"O PULU XARİCİLƏRƏ NİYƏ VERİRSİNİZ?"
Tarix: 20-12-2012, 11:41 | Çap et
RƏQQASIMIZ KİMƏ ƏSƏBİLƏŞİB?Beynəlxalq müsabiqələr laureatı, tanınmış rəqqas Şəhriyar Cəfərov bu gün saytımızın ismarıc qutusuna mesaj yollayıb. Onun mesajını olduğu kimi təqdim edirik:
“Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin nizam-intizamın möhkəmlənməsi məqsədilə verdiyi qərar biz rəqqasların narazılığına səbəb olub. 30 noyabr 2012-ci ildə imzalanan əmrdə bildirilib ki, bütün əməkdaşlar işdən sonra filarmoniyadan kənar hər hansı yerdə çıxışları ilə bağlı filarmoniya rəhbərliyini məlumatlandırmalı və bununla yanaşı hər hansı bir çıxışlarından əldə etdikləri gəlirin 20 faizini filarmoniyanın hesabına keçirməlidirlər.
Bu, hansı Əmək Məcəlləsində göstərilib? Mən işdən sonra yüz yerə gedə bilərəm. Bunun onlara heç bir aidiyyəti yoxdur. Əmrdə vurğulanıb ki, işdən sonra qazancın 20 faizi filarmoniyanın hesabına keçirməlisən. Məgər filarmoniya Vergilər Nazirliyinin işini icra edir? Hansı səbəbə onlara vergi verməliyəm?! Mən gecə çörəkpulu qazanıramsa, siz axı buna niyə bais olursunuz? Guya dövlət filormaniyanı təmin etmir ki? Murad Adıgözəlzadə demək istəyir ki, nizam-intizamı pozun, amma gəlirinizdən 20 faizini mənə verin. O ya rəqqasların restoranlarda işləməsinə icazə verməsin, ya da belə bir absurd qərarı geri götürsün. Bunlar rəqqaslara öz qulları kimi baxırlar. Əlbəttə ki, Murad Adıgözəlzadə rəqqaslara yüksək maaş versə, onlar küçələrə düşməzlər. Niyə sən rəqqasın qazancının qarşısını alırsan? Elə təkcə sən gözəl yaşamalısan?” Bakı Xoreoqrafiya məktəbindəki təhsil sistemi çox bərbad vəziyyətdədir. Təəssüf ki, bunu Mədəniyyət və Turizm Nazirliyi də görür, amma əncam çəkmir. Məktəbin təhsil sisteminin belə vəziyyətə düşməsinə görə oranın direktoru Nilufər Kərimovanı ittiham etmək lazımdır. O, ümumiyyətlə, xoreoqrafiya təhsili olmayan, bu sənətdən tamamilə uzaq bir insandır. Nilufər xanım ixtisasca pianoçudur. Nazirə və orada işləyən məmurlara Nilufər Kərimova kimi adamlar lazımdır. Çünki həmin məmurlar belə xanımların üzərində hökmranlıq edə bilirlər. Məhz bunun nəticəsidir ki, xoreoqrafiya məktəbində dərs deyən müəllimlərin səviyyəsi aşağıdır. Bu gün xoreoqrafiya məktəbində milli rəqslər çox aşağı səviyyədə öyrədilir. Demək olar ki, milli rəqslərə yer ayrılmır. Məktəbin məzunlarının səviyyəsi sıfırdır. Bu gün xoreoqrafiya məktəbində Azərbaycan folklor sənəti tədris olunmur. Bu, faciədir. Tədris olunan rəqslər də nöqsanlı şəkildədir, baş geyimləri yoxdur, musiqi tərtibatı düzgün qurulmayıb, milli kaloritlərdən əsər-əlamət qalmayıb. Belə məzunlar kimə lazımdır? Qoy bu sualın cavabını Mədəniyyət və Turizm Nazirliyinin məmurları versin. Ona görə bugünkü gənclər başqa xalqların milli rəqslərini mənimsəyir. Xoreoqrafiya məktəbinin binasına baxanda Əbülfəs Qarayevin fikri aydın görünür. Onlar açıq şəkildə xoreoqrafiya məktəbini tamamilə bağlamaq istəyirlər. Xoreoqrafiyanın binası 1986-cı ildə açılıb, amma iniyədək təmirə dayanmayıb. Uzun zamandır ki, Opera və Balet Teatrının rəhbərliyi ilə məhkəmə çəkişməsindəyəm. Mən əvvəl də demişdim, indi də deyirəm ki, Opera və Balet Teatrının rəhbəri Akif Məlikov teatrda yaradıcı siyasətini düzgün qurmayıb. Nəyə görə 23 ildə cəmiyyətimizə lazım olan balet tamaşaları qurulmur? ”20 Yanvar", “Xocalı”, “Qarabağ” mövzuları balet tamaşalarında öz əksini tapmır? Amma lazımsız mövzulara opera qurulur, hələ balet də. Opera və Balet Teatrının bugünkü repertuarı cəmiyyətə lazım deyil. Niyə Azərbaycanın bu qədər talantlı baletmeusterləri ola-ola xaricdən mütəxəssislər dəvət edirlər? O pulu xaricilərə niyə verirsiniz? Olmaz ki, onun əvəzində gənclərimizi xaricə göndərəsiniz?" Mədəniyyət vəTurizm nazirliyində Polad Bülbüloğlunun vaxtından qalan Ədalət Vəliyev adlı müavin var. O və Əbülfəz Qarayev Polad Bülbüloğlunun mədəniyyətə vurduğu ziyanı layiqli şəkildə davam etdirirlər. Əbülfəs Qarayevin başı turizmə qarışıb. O, mədəniyyətlə məşğul olmur. Akif Məlikov da o siyasətin davamçısıdır. Bütün teatrlarda rəhbərlik dəyişib. 23 ildir ki, o, rəhbər kimi yerindədir. Polad Bülbüloğlu komandası, ola bilsin, hələ də siyasətini dəyişməyib. Onun siyasəti milli rəqslərə ziyan vermək idi. Ya da biganəlik. Əgər Qorxmaz Qurbanov, Kamil Dadaşov kimi sənətkarlar kənarda qalıbsa, deməli, Polad müəllimin siyasəti hələ mədəniyyətdə davam edir. Onlar prezident təqaüdü almırlar. Bu günlərdə Nizami Cəfərov Kamil Dadaşovun prezident təqaüdü istəməsinə fikir bildirərək, onu təhqir etmişdi. Demişdi ki, hər yoldan ötənə prezident təqaüdü verilmir. Əgər o, Kamil Dadaşovu tanımırsa, bu, onun problemidir. Belə sənətkarı aşağılamaq qətiyyən olmaz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|