Əsas Səhifə > Şou-biznes > "MÖHTƏŞƏM YÜZ İL"Ə MÖHTƏŞƏM İTTİHAMLAR
"MÖHTƏŞƏM YÜZ İL"Ə MÖHTƏŞƏM İTTİHAMLAR29-05-2013, 13:10 |
Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"ın prodüseri Timur Savcı dünən 200 nəfərlik çəkiliş qrupunu yığaraq toplantı keçirib. O, aktrisa Məryəm Üzerlinin çəkilişləri tərk etməsi ilə bağlı danışaraq deyib: "Pula görə belə davrandı. Artıq Məryəm yoxdur, yolumuza davam edirik. Çox qəribə xəbərlər yayır Məryəm. Sanki ona pulunu verməmişik, qonorar davası döyür. Haqqımda yanlış təsəvvürlər yaradır. Mən bu problemi ən qısa müddətdə çözmək istəyirəm. Serial Məryəm Üzerli olmadan davam edəcək". Bu arada aktrisa Məryəm Üzerlinin sevgilisi Can Ateş "Hürriyet" qəzetinə müsahibə verib. Müsaşibəni qısa ixtisarlarla təqdim edirik: - Son aylarda Məryəmin psixoloji durumu nə yerdəydi? - Məryəmlə aramızdakı münasibətlər barədə indiyədək danışmadım, heç bir açıqlama vermədim. Amma indi "Muhteşem yüzyıl" serialı biabırçılıqla bitir. Onlardan insanlıq görmədik. Son həftədə Məryəmə edilənlər və onun haqqında deyilənlər, yazılanlar insanlıqdan çox uzaqdır. Bunu Məryəmin sevgilisi kimi yox, adi vətəndaş kimi deyirəm. Deyirlər ki, guya Məryəm pula görə serialdan çəkilib. Ağ yalandır! Bu qız düz üç aydır ki, hayqırır, nalə çəkir, yardım istəyirdi. Çəkilişlərdə huşunu itirirdi, depressiyaya düşmüşdü, "ruhən və psixoloji baxımdan çökdüm" dedi - kimsə vecinə almadı. - Yəni Məryəm Üzerlinin qonorarının artırılması tələbi ilə bağlı deyilənlər yalandır? - Məryəmin qarşısına 1 milyon dollar qoyun, başqa tərəfə də güllər və gözəl kəlmələri: onu əla tanıyan adam kimi deyirəm ki, Məryəm gülləri seçəcək. Pul, şan-şöhrət düşkünü olan insan deyil Məryəm. Məryəm həmişə deyirdi: "Mənim bir həyatım var və onu məhv edə bilmərəm". Biz türklərin anlamaqda çətinlik çəkdiyimiz məsələdir. Ona görə də qəzetlər yazır ki, bəs, Məryəm, o qədər pul alırsan, otur, lal ol, işlə. - Məryəmin səhhəti nə yerdədir? - Bitdi Məryəm, çökdü... Deyirlər ki, pul üçün edir bunları, yalan danışırlar. Mənə deyin: Almaniyada hansı klinika xəstə olmayan adam barədə "xəstədir" arayışı verər? Mümkündürmü bu?! Həmin həkimi Almaniyada "məhv" edərlər. - Həkimlər nə deyirlər? - Deyirlər ki, Məryəm 1-1,5 il həbsxanada yatmış adam kimidir. Sanki müharibədən qayıtmış insan kimidir söyləyirlər. Amma Məryəmin xəstəliyinə serialda inanmırlar. Prodüser Timur Savcı da inanmadığını deyir. İnsaqlıqdır bu?! - Məryəmlə ayrıldığınızı deyirlər... - Sarsaq yalandır. Onu belə vəziyyətdə qoyub gedəcək şərəfsiz deyiləm. Mən ona həmişə dəstək olmuşam, bundan sonra da belə olacaq. - Məryəmlə nə zaman görüşdünüz? - 10 gündür ki, həkimlər ona kimsə ilə görüşməyə icazə vermirlər. - Telefon əlaqəsi varmı? - Danışırıq. Bu həftə yanına gedəcəyəm. - Məryəm haqqında yayılan xəbərlərə nə deyir? - Ona demirik. Narahat etmək istəmirik. - Türkiyəyə qayıtmağı düşünürmü? - Baş verənlərdən sonra Məryəmin Türkiyəyə qayıdacağını sanmıram. Doğulduğu Berlində ayda 5-6 min avro qazanıb yaşamaq istəyir. Zatən, bunu tez-tez deyirdi. - Məryəmi ən çox pərişan edən nə oldu? - "Muhteşem yüzyıl"ın prodüseri Timur Savcının ondan cümə gününədək oteli tərk etməsini istəməsi. Vallah, çox pis davranışdır bu. Məryəm Berlində, otel ona məktub yollayıb bildirir ki, əşyalarını otaqdan çıxarsın. Bu qız sizə nə pislik etdi?! Əsl alman intizamı ilə çalışdı. Hər gün vaxtlı-vaxtında çəkiliş meydançasında oldu. İndi belə hərəkətləri ona necə rəva bilirsiniz axı... - Məryəmin iş rejimi çox ağır idi? - Hər gün səhər saat 07.45-də oteldən maşınla aparırdılar çəkiliş meydançasına. Gecə saat 23-də də qayıdırdı otelə. Üstəlik, gecədən xeyli keçənədək yeni səhnələr üçün rolunu əzbərləməliydi. Türk dilini iki il əvvəl öyrənmiş qızdır. Bu səbəbdən cümlələri, sözləri əzbərləyirdi. Saatlarla... - Həftənin neçə günü belə idi? - 5 gün. İki istirahət günü vardı, onlar da reklam çəkilişləri, müsahibələr, reportajlar. Bazar günləri də oturub bazar ertəsinin çəkilişlərinə hazırlaşırdı. - Məryəm nə istəyirdi? - Pul, şöhrət istəmirdi. İnsani münasibət istəyirdi. Normal iş rejimi, şəxsi həyatına vaxtının qalmasını istəyirdi. Məryəm yalnız bunları istəyirdi. Geri qayıt |