"MÖHTƏŞƏM YÜZ İL"Ə MÖHTƏŞƏM İTTİHAMLAR
Tarix: 29-05-2013, 13:10 | Çap et
Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"ın prodüseri Timur Savcı dünən 200 nəfərlik çəkiliş qrupunu yığaraq toplantı keçirib. O, aktrisa Məryəm Üzerlinin çəkilişləri tərk etməsi ilə bağlı danışaraq deyib: "Pula görə belə davrandı. Artıq Məryəm yoxdur, yolumuza davam edirik. Çox qəribə xəbərlər yayır Məryəm. Sanki ona pulunu verməmişik, qonorar davası döyür.
Haqqımda yanlış təsəvvürlər yaradır. Mən bu problemi ən qısa müddətdə çözmək istəyirəm. Serial Məryəm Üzerli olmadan davam edəcək".
Bu arada aktrisa Məryəm Üzerlinin sevgilisi Can Ateş "Hürriyet" qəzetinə müsahibə verib.
Müsaşibəni qısa ixtisarlarla təqdim edirik:
- Son aylarda Məryəmin psixoloji durumu nə yerdəydi?
- Məryəmlə aramızdakı münasibətlər barədə indiyədək danışmadım, heç bir açıqlama vermədim. Amma indi "Muhteşem yüzyıl" serialı biabırçılıqla bitir. Onlardan insanlıq görmədik. Son həftədə Məryəmə edilənlər və onun haqqında deyilənlər, yazılanlar insanlıqdan çox uzaqdır. Bunu Məryəmin sevgilisi kimi yox, adi vətəndaş kimi deyirəm.
Deyirlər ki, guya Məryəm pula görə serialdan çəkilib. Ağ yalandır! Bu qız düz üç aydır ki, hayqırır, nalə çəkir, yardım istəyirdi.
Çəkilişlərdə huşunu itirirdi, depressiyaya düşmüşdü, "ruhən və psixoloji baxımdan çökdüm" dedi - kimsə vecinə almadı.
- Yəni Məryəm Üzerlinin qonorarının artırılması tələbi ilə bağlı deyilənlər yalandır?
- Məryəmin qarşısına 1 milyon dollar qoyun, başqa tərəfə də güllər və gözəl kəlmələri: onu əla tanıyan adam kimi deyirəm ki, Məryəm gülləri seçəcək. Pul, şan-şöhrət düşkünü olan insan deyil Məryəm.
Məryəm həmişə deyirdi: "Mənim bir həyatım var və onu məhv edə bilmərəm". Biz türklərin anlamaqda çətinlik çəkdiyimiz məsələdir. Ona görə də qəzetlər yazır ki, bəs, Məryəm, o qədər pul alırsan, otur, lal ol, işlə.
- Məryəmin səhhəti nə yerdədir?
- Bitdi Məryəm, çökdü... Deyirlər ki, pul üçün edir bunları, yalan danışırlar. Mənə deyin: Almaniyada hansı klinika xəstə olmayan adam barədə "xəstədir" arayışı verər? Mümkündürmü bu?! Həmin həkimi Almaniyada "məhv" edərlər.
- Həkimlər nə deyirlər?
- Deyirlər ki, Məryəm 1-1,5 il həbsxanada yatmış adam kimidir. Sanki müharibədən qayıtmış insan kimidir söyləyirlər. Amma Məryəmin xəstəliyinə serialda inanmırlar. Prodüser Timur Savcı da inanmadığını deyir. İnsaqlıqdır bu?!
- Məryəmlə ayrıldığınızı deyirlər...
- Sarsaq yalandır. Onu belə vəziyyətdə qoyub gedəcək şərəfsiz deyiləm. Mən ona həmişə dəstək olmuşam, bundan sonra da belə olacaq.
- Məryəmlə nə zaman görüşdünüz?
- 10 gündür ki, həkimlər ona kimsə ilə görüşməyə icazə vermirlər.
- Telefon əlaqəsi varmı?
- Danışırıq. Bu həftə yanına gedəcəyəm.
- Məryəm haqqında yayılan xəbərlərə nə deyir?
- Ona demirik. Narahat etmək istəmirik.
- Türkiyəyə qayıtmağı düşünürmü?
- Baş verənlərdən sonra Məryəmin Türkiyəyə qayıdacağını sanmıram. Doğulduğu Berlində ayda 5-6 min avro qazanıb yaşamaq istəyir. Zatən, bunu tez-tez deyirdi.
- Məryəmi ən çox pərişan edən nə oldu?
- "Muhteşem yüzyıl"ın prodüseri Timur Savcının ondan cümə gününədək oteli tərk etməsini istəməsi. Vallah, çox pis davranışdır bu. Məryəm Berlində, otel ona məktub yollayıb bildirir ki, əşyalarını otaqdan çıxarsın. Bu qız sizə nə pislik etdi?! Əsl alman intizamı ilə çalışdı. Hər gün vaxtlı-vaxtında çəkiliş meydançasında oldu. İndi belə hərəkətləri ona necə rəva bilirsiniz axı...
- Məryəmin iş rejimi çox ağır idi?
- Hər gün səhər saat 07.45-də oteldən maşınla aparırdılar çəkiliş meydançasına. Gecə saat 23-də də qayıdırdı otelə. Üstəlik, gecədən xeyli keçənədək yeni səhnələr üçün rolunu əzbərləməliydi. Türk dilini iki il əvvəl öyrənmiş qızdır. Bu səbəbdən cümlələri, sözləri əzbərləyirdi. Saatlarla...
- Həftənin neçə günü belə idi?
- 5 gün. İki istirahət günü vardı, onlar da reklam çəkilişləri, müsahibələr, reportajlar. Bazar günləri də oturub bazar ertəsinin çəkilişlərinə hazırlaşırdı.
- Məryəm nə istəyirdi?
- Pul, şöhrət istəmirdi. İnsani münasibət istəyirdi. Normal iş rejimi, şəxsi həyatına vaxtının qalmasını istəyirdi. Məryəm yalnız bunları istəyirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|