Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN XALİDƏ XALİDİ BLOKADADA SAXLAYIR

İRAN XALİDƏ XALİDİ BLOKADADA SAXLAYIR


30-05-2013, 13:04
İRAN XALİDƏ XALİDİ BLOKADADA SAXLAYIR
DİPLOMATLARIMIZ ONUNLA GÖRÜŞƏ BİLMİR

“Xalidə Xalid və Şamxal Hüseynov hazırda İran tərəfindədir, danışıqlar aparılır ki, onlarla görüş keçirilsin. Çalışırıq ki, buna nail olaq və onlar Azərbaycana qaytarılsın”. Bunu hafta.az-a açıqlamasında xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev deyib. O vurğulayıb ki, konkret olaraq hansı sənədlərdə problem olduğu qeyd olunmur: “Mən başa düşə bilmirəm sənədlərdə problem deyiləndə hansı sənədlər nəzərdə tutulur. O adamlar konkret olaraq Azərbaycan tərəfinə qaytarılmalıdır. Onu da vurğulamaq lazımdır ki, vətəndaşlarımızın diplomatlarla görüşünə şərait yaradılmır”.
Qeyd edək ki, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbriz şəhərində həbs olunub. Şeyxülislam Hacı Allahşkür Paşazadənin mayın 18-də İran səfərindən sonra azərbaycanlı alimin azad olunduğu bildirilsə də, o, hələ də Azərbaycana təhvil verilməyib.

Geri qayıt