İRAN XALİDƏ XALİDİ BLOKADADA SAXLAYIR
Tarix: 30-05-2013, 13:04 |
Çap et
DİPLOMATLARIMIZ ONUNLA GÖRÜŞƏ BİLMİR“Xalidə Xalid və Şamxal Hüseynov hazırda İran tərəfindədir, danışıqlar aparılır ki, onlarla görüş keçirilsin. Çalışırıq ki, buna nail olaq və onlar Azərbaycana qaytarılsın”. Bunu hafta.az-a açıqlamasında xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev deyib. O vurğulayıb ki, konkret olaraq hansı sənədlərdə problem olduğu qeyd olunmur: “Mən başa düşə bilmirəm sənədlərdə problem deyiləndə hansı sənədlər nəzərdə tutulur. O adamlar konkret olaraq Azərbaycan tərəfinə qaytarılmalıdır. Onu da vurğulamaq lazımdır ki, vətəndaşlarımızın diplomatlarla görüşünə şərait yaradılmır”.
Qeyd edək ki, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbriz şəhərində həbs olunub. Şeyxülislam Hacı Allahşkür Paşazadənin mayın 18-də İran səfərindən sonra azərbaycanlı alimin azad olunduğu bildirilsə də, o, hələ də Azərbaycana təhvil verilməyib.