Əsas Səhifə > Partiya > RÜSTƏM İBRAHİMBƏYOV HƏBSİ XƏBƏRİNDƏN DANIŞDI
RÜSTƏM İBRAHİMBƏYOV HƏBSİ XƏBƏRİNDƏN DANIŞDI25-07-2013, 12:32 |
Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov Azərbaycana gəldiyində həbs olunacağı barədə bəzi KİV-də yayılan məlumatları şərh edib. “Buna səbəb yoxdur, baxmayaraq ki, cinayət işinin (Kinematoqrafçılar İttifaqına qarşı – Turan) başlanması ilə əlaqədar bu barədə şayiələr yayılır. Məqsəd məni qorxutmaqdır, lakin, bu, baş tutmayacaq”, - R.İbrahimbəyov “Meydan TV”yə müsahibəsində bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Xəbər verildiyi kimi, R.İbrahimbəyov iyulun 31-də Tbilisi-Bakı aviareysi ilə Bakıya gələcək. Geri qayıt |