Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov Azərbaycana gəldiyində həbs olunacağı barədə bəzi KİV-də yayılan məlumatları şərh edib.
“Buna səbəb yoxdur, baxmayaraq ki, cinayət işinin (Kinematoqrafçılar İttifaqına qarşı – Turan) başlanması ilə əlaqədar bu barədə şayiələr yayılır. Məqsəd məni qorxutmaqdır, lakin, bu, baş tutmayacaq”, - R.İbrahimbəyov “Meydan TV”yə müsahibəsində bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.
Xəbər verildiyi kimi, R.İbrahimbəyov iyulun 31-də Tbilisi-Bakı aviareysi ilə Bakıya gələcək.