Əsas Səhifə > Şou-biznes > İRADƏYƏ FOTOŞOPLU TƏXRİBAT
İRADƏYƏ FOTOŞOPLU TƏXRİBAT1-08-2013, 11:01 |
MÜĞƏNNİNİN DODAQLARINI BÖYÜTDÜLƏR VƏ... Müğənni İradə İbrahimovanın dodaqlarını silikon etdirdiyi xəbəri yayılıb. Sənətçinin virtual dostlarından biri onun 2009-cu ildə çəkilən “Nigaranam gəl” klipindəki fotosunda dodaqlarını fotomontajla böyüdüb və səhifəsinə yerləşdirib. İradə xanım isə dəyişikliyi dodaqlarında deyil, saç rəngində etdirdiyini deyib: “Dodaq silikonu yeni dəbə düşəndə mənə təkliflər oldu. Amma istəmədim. İndi də istəmirəm. Allah necə yaradıbsa, elə də qalacaq. Dəyişiklik ancaq saç rəngimdədi. Onu da dostlarımla paylaşıb, fikirlərini öyrənmək istəmişəm” - deyən sənətçi fotomontajın bu qədər şişirdildiyinə ehtiyac olmadığını sözünə əlavə edib. \ publika \ Geri qayıt |