İRADƏYƏ FOTOŞOPLU TƏXRİBAT
Tarix: 1-08-2013, 11:01 |
Çap et
MÜĞƏNNİNİN DODAQLARINI BÖYÜTDÜLƏR VƏ...Müğənni İradə İbrahimovanın dodaqlarını silikon etdirdiyi xəbəri yayılıb. Sənətçinin virtual dostlarından biri onun 2009-cu ildə çəkilən “Nigaranam gəl” klipindəki fotosunda dodaqlarını fotomontajla böyüdüb və səhifəsinə yerləşdirib.
İradə xanım isə dəyişikliyi dodaqlarında deyil, saç rəngində etdirdiyini deyib:
“Dodaq silikonu yeni dəbə düşəndə mənə təkliflər oldu. Amma istəmədim. İndi də istəmirəm. Allah necə yaradıbsa, elə də qalacaq. Dəyişiklik ancaq saç rəngimdədi. Onu da dostlarımla paylaşıb, fikirlərini öyrənmək istəmişəm” - deyən sənətçi fotomontajın bu qədər şişirdildiyinə ehtiyac olmadığını sözünə əlavə edib. \ publika \