Əsas Səhifə > Partiya > 4 NƏFƏR ACLIĞI DAYANDIRDI
4 NƏFƏR ACLIĞI DAYANDIRDI18-05-2012, 16:37 |
İNDİ 14 SAYLI KOLONDA 2 NƏFƏR ACLIQ EDİR İctimai Palatanın 14 saylı Cəzaçəkmə Müəssisəsində (CM) aclıq aksiyası keçirən 4 üzvü aksiyanı dayandırıb. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, mayın 15-dən yemək qəbulundan imtina etmiş məhkumlar Sahib Kərimov, Tural Abbaslı, Əhəd Məmmədli və Şahin Həsənov bu gün - mayın 18-də aclıq aksiyasını dayandırıblar. Həmin CM-də həbsdə saxlanılan digər iki nəfər isə aksiyanı davam etdirir. Bunlar Vidadi İsgəndərli və Babək Həsənovdur. Geri qayıt |