4 NƏFƏR ACLIĞI DAYANDIRDI
Tarix: 18-05-2012, 16:37 |
Çap et
İNDİ 14 SAYLI KOLONDA 2 NƏFƏR ACLIQ EDİR
İctimai Palatanın 14 saylı Cəzaçəkmə Müəssisəsində (CM) aclıq aksiyası keçirən 4 üzvü aksiyanı dayandırıb.
Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, mayın 15-dən yemək qəbulundan imtina etmiş məhkumlar Sahib Kərimov, Tural Abbaslı, Əhəd Məmmədli və Şahin Həsənov bu gün - mayın 18-də aclıq aksiyasını dayandırıblar.
Həmin CM-də həbsdə saxlanılan digər iki nəfər isə aksiyanı davam etdirir. Bunlar Vidadi İsgəndərli və Babək Həsənovdur.