“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib
Tarix: 14-10-2024, 16:59 |
Çap et
İnnovasiya və sürət lideri “Bakcell” media nümayəndələri üçün “Media İnnovasiya Günü” adlı təlim təşkil edib. Tədbirə ölkənin aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist qatılıb.
dia-az.life xəbər verir ki, təlimdə süni intellektin tətbiqi, innovasiya, brend inkişafı, ekosistemlər, yeni texnologiyalar və innovativ həllər mövzusunda təqdimatlar və interaktiv sessiyalar keçirilib.
Tədbir zamanı, həmçinin jurnalistlərin süni intellekt, yüksək texnologiyalar və innovasiyalarla bağlı sualları cavablandırılıb, bu mövzularda müzakirələr aparılıb. Proqram intelektual oyunlar və əyləncə bölümü ilə davam edib. kapital bank vakansiya
Qeyd edək ki, “Bakcell” 2015-ci ildən etibarən hər il davamlı olaraq media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir.