UNİBANK hər kəsi BOĞAZA YIĞIB... - ETİRAZ
Tanınmış şair və qiraətçi Pərviz Həşimi “Unibank”ı sərt tənqid edib.
Manset.az-ın məlumatına görə, şair bankın operatorlarının fəaliyyətindən və göstərdiyi xidmətlərdən narazılığını bildirib:
“Azərbaycanda “Unibank” qədər səthi işləyən, laqeyd yanaşan, operatorları kobud olan, adamı ələ salan başqa bir bank yoxdur. Keçən ayın 24-dən etibarən mənim nömrə dəyişimi ilə bağlı müraciətim var. Böyük proses deyil. Mən ali təhsilli olmasam da onların operatorlarından daha dəqiq, səlis və subordinasiya qaydalarına uyğun danışıram. Adamı ya ələ salırlar, ya yola verirlər ya da yalan məlumat verirlər. Mənim kreditimin vaxtıdır CİF kodumu istəyirəm, vermirlər ki, adım gecikməyə düşsün”.
Video BURADA... baxmaq üçün tıklayın...