Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...
Tarix: 3-11-2021, 11:01 | Çap et
Texniki Universitetin günahı nədir?
1-Cİ HİSSƏ


DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu son iki ildə universitetimizdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə məlumat vermək istəyirik". DİA.AZ bildirir ki, bu sözlər sözügedən ali təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza göndərilən müraciətində yer alıb.

Daha sonra narazı müəllimlər yazır: "Doğrudan da Azərbaycan Texniki Universitetinin (AzTU) rektor məsələsində bəxti gətirmir. 2000-ci ildən bu universitetə əvvəlcə 16 il Havar Məmmədovun, sonra isə indiki rektor Vilayət Vəliyevin rəhbərlikləri nəticəsində AzTU Respublikamızda çox mənfi bir imic qazanmış, hazırlanan kadrların tədris səviyyəsi təsəvvür edilməz dərəcədə aşağı düşmüş, qanunsuzluqlar baş alıb getmiş, bugünkü halda isə AzTU gülünc və faciəli, yəni tragikomik bir vəziyyətə düşmüşdür. Havar Məmmədov artıq çevrilmiş səhifədir, keçmişdə qalmışdır və onun “fəaliyyətinin” təhlilinə vaxt sərf etməyə dəyməz. AzTU-nun Vilayət Vəliyevin rektorluğu ilə bağlı bugünkü bədbəxtlikləri isə artıq 2 ildən artıqdır ki, davam etməkdədir və bu müddətdə o, Havar Məmmədovun 16 illik “xidmətlərini” çox geridə qoymuşdur.

V.Vəliyevin bu müddətdəki fəaliyyəti kifayət edib ki, universiteti xaos dərəcəsinə çatdırsın. Bu müddətdə gördüyümüz odur ki, rektor vəzifəsini tutan Vilayət Vəliyev formal olaraq “Əməkdar elm xadimi” tituluna sahib olsa da, əslində savadsız, təhsildən, xüsusən texniki təhsil sistemindən uzaq, özündən razı və psixoloji problemləri olan bir şəxsdir. Belə davam etsə, yaxın vaxtlarda 70 illik tarixi olan, Azərbaycanın ən böyük texniki ali təhsil müəssisəsindən biri olan AzTU-nu xilas etmək də mümkün olmayacaq.

V.Vəliyev bu vəzifəyə təyin olunan vaxtdan əvvəl qorxa-qorxa, görəndən sonra ki, ondan bir hesabat tələb edən, ona nəzarət edən yoxdur, daha cəsarətlə bu dağıdıcı prosesə başladı. Əvvəlcə dedi ki, burada dekanların hamısı cinayətkar və rüşvətxordur, onları işdən kənarlaşdırdı, hamısını dəyişdirdi. Sonra isə keçdi digər müəllimlərə, kafedra müdirlərinə, dəlil-sübutsuz, yeri gəldi-gəlmədi, deyir ki, burada hamınız rüşvətxorsunuz, cinayətkarsınız, təmiz, düz adam yoxdur. O, universitetə gələn gündən təcrübəli adamları işdən çıxarıb, yerlərinə təcrübəsiz, kəmsavad, iş bacarmayan adamları qoydu (yəni seçdirdi). Sonra yenidən onların bəzilərini çıxarıb, yenilərini qoydu və s. Daha sonra digər şəxslərə, şöbə müdirlərinə və kafedra müdirlərinə keçdi. Bu dəyiş-düyüş prosesi 2 ildən artıqdır ki, davam edir və hələ də sonu görünmür. Bu isə tədris prosesini dağıdır. Yeni qoyduğu dekanların arasında onun yaxın qohumları da var. Onlar iş bilməyən, təcrübəsiz adamlardır, onları da gənc kadr adı ilə vəzifəyə qoyub. Belə ki, Metallurgiya fakültəsinin dekanı Nizami Poladov və İqtisadiyyat fakültəsinin dekanı Fərqanə Musayeva onun qohumlarıdırlar. Fərqanə bu vəzifəyədək təhsil sistemində heç bir vəzifədə işləməyib, AzTU-ya kənardan gətirilib, sadəcə, kənarda saathesabı dərs deyib, AzTU-da ümumiyyətlə yenidir və dekan işinin öhdəsindən gələ bilmir, halbuki, universitet haqqında təlimatda da qeyd edilir ki, fakültə dekanı tədris sahəsində təcrübəsi olan mütəxəssislərdən seçilməlidir.

V.Vəliyev AzTU-ya rektor kimi gələndə ondan əvvəl AzTU-nun “İstilik texnikası” kafedrasında çox ciddi çatışmazlıqlar, hətta cinayətlər aşkar edilmişdi və AzTU-nin daxili komissiyası kafedrada yoxlama aparırdı. Həmin kafedranın müdiri artıq bir ildən çox idi ki, dosent Əzizova Lalə idi və bu bir il kifayət etmişdi ki, bir çox pozuntularda şəxsən onun da əli olsun. O, dərhal vəzifəsindən kənarlaşdırılıb, cəzalandırılmalı idi. Ancaq bunun əvəzində rektor V.Vəliyev komissiyanın aşkara çıxardıqları faktlarla tanış olduqdan sonra L.Əzizovanın vəzifəsini bir az da böyüdərək, onu “bəh-bəhlə” Energetika fakültəsinə dekan “seçdirdi”, yəni əslində təyin etdi (hamıya bəllidir ki, bu universitetdə “seçki” prosesləri necə idarə olunur). İndi bir ildən çox idi ki, L.Əzizova dekan işləyirdi və əlbəttə ki, dekanlıqda da işləri qarışdırdı və hətta onun cinayət əməlləri də aşkar edildi. Rektor V.Vəliyev nəinki ondan qanunsuz əməllərinə görə cavab tələb etmədi, onu dekanlıqdan da sakit-səssiz çıxardı və onun adını da çəkmir, sanki, belə bir adam olmayıb. Bu isə o zaman baş verir ki, guya V.Vəliyev AzTU-dakı vəziyyəti “düzəltmək” istəyir.

Rektor V.Vəliyev Magistratura şöbəsində bu iki ildə 3 müdir dəyişdirib. Vəzifəyə qoyulanların da hamısı əvvəldən məlum idi ki, səriştəsiz və bacarıqsız adamlardır, bu işin öhdəsindən gələ bilməyəcəklər. Bir vəzifəyə qoyduğunu 2-3 aydan sonra dəyişir, başqasını qoyur, sonra onu da dəyişir. Rektor deyir ki, özüm işi bilməyəni vəzifəyə qoyuram ki, işə yeninik gətirsin. Qəribə məntiqdir, elə deyilmi? Sağlam adamın məntiqi deyil.

V.Vəliyevin təyin etdiyi Tədris hissəsinin müdiri Qəmər İsayeva haqqında isə xüsusi danışmaq lazımdır. O da bu vəzifəyə yeni rektorun təyin etdiyi 3-cü adam idi. Bu adam bir il yarım bu vəzifədə işlədi, amma bilmədi ki, sillabus nədir, tədris planı nədir, fənn proqramı nədir, tədris prosesi nədir, kurs işi nədir, dünən dediyini bu gün inkar edirdi. O, Pedaqoji Universitetin “İbtidai sinif müəllimliyi” ixtisasını bitirib, uşaq sanatoriyasında tərbiyəçi, nəğmə müəlliməsi və s. işləyib, sonra iki universitetdən ixtisara salınıb və işdən kənarlaşdırılıb (Pedaqoji universitet və Bədən tərbiyəsi akademiyasından). İbtidai sinif müəllimi nə bilir, texniki ali təhsil nədir ki, buna da rəhbərlik etsin. Keçən tədris ilinin yaz semestri başlayanda (fevral, 2020-ci il) o, rektor V.Vəliyevin göstərişi ilə dərs cədvəlini elə qarışdırmışdı ki, 10 gün dərslər iflic vəziyyətinə düşdü. Yəni, məsələn, Xarici dil dərsini Elektronika laboratoriyasına salmışdılar, Elektronika dərsini isə Tarix dərsi keçilən auditoriyaya. Bunun bir səbəbi də o idi ki, rektor ona göstəriş vermişdi ki, dərsləri kafedraların öz auditoriyalarına salmasın ki, orada müəllimlər “xəlvət yerdə” tələbələrdən rüşvət alarlar (???). Görün, nə qədər səviyyəsizlikdir və müəllimlərə qarşı necə həqarətli bir münasibətdir, elə bilirlər ki, burada hər dəqiqə, hər auditoriyada pul yığılır. Rektor V.Vəliyev tez-tez deyir ki, mən burada heç kimə inanmıram. Nəhayət, bir ay əvvəl Qəmər İsayeva da həmin vəzifədən aşağı endirildi, lakin ona yenə şöbə müdiri vəzifəsi verildi. Lakin qəribədir ki, dərs cədvəlləri ilə əlaqədar onun sonradan düzəldilən keçən ilki səhvi bu tədris ilində yenidən təkrarlandı. 2021-ci ilin sentyabrında universitetdə tədris məhdud şəkildə əyani formatda bərpa edildikdə, yenə auditoriyalar qarışdırıldı. İndi maşınqayırma laboratoriyasında tələbələr mexanizmlərin arasında Azərbaycan tarixi dərsi keçirlər, maşınqayırma texnologiyasından laboratoriya dərsini isə heç bir avadanlığın olmadığı adi auditoriyada keçirlər, və yeni Tədris hissə müdiri Ə.Məmmədov da bu vəziyyəti düzəltməkdən imtina edir və qarışıqlıq hələ də davam etməkdədir. Başa düşmək olmur ki, bu nədir, açıq təxribatçılıq, yoxsa səviyyəsizliyin nəticəsi?

Rektor V.Vəliyev universitetin internet saytında imzasız donos, böhtan yazmaq üçün bir vasitə də yaratmışdı – saytda "Rektora müraciət" adlı bir giriş qoymuşdular. Həmin yazını basmaqla, tələbə və ya müəllim heç bir qeydiyyat keçmədən, öz adını bildirmədən rektora nə xəbər istəsə, yaza bilərdi. Bu məlumatı da yalnız rektor oxuya bilərdi. Məsələn, tələbə "onu incidən" müəllim haqqında anonim şəkildə istənilən böhtanı yaza bilərdi, o cümlədən, müəllim və işçilər də bir-birinin haqqında. Sonra da rektor arabir deyirdi ki, filan müəllim haqqında mənə filan sözlər yazıblar. O adam isə, yəni böhtana məruz qalan isə, təbii ki, özünü müdafiə edə bilmirdi. Yalnız bu yaxınlarda universitet saytından bu vasitəni ləğv etdilər. Deyirlər ki, Nazirlikdən bunu rektora irad tutublar. Bu adamın elementar tərbiyə və etika məsələlərindən də xəbəri yoxdur. O, karantinə qədər tez-tez tələbələri toplayıb, görüş keçirib, onları müəllimlərin üstünə qaldırırdı, bununla da universitetdə tərbiyə və intizamı pozurdu. O, tələbələri elə vəziyyətə çatdırıb ki, müəllimlər tələbələrdən dərs tələb etməyə qorxurlar ki, gedib rektora şikayət edəcəklər ki, müəllim məni incidir.

Rektor V.Vəliyevin məşhur “Köklü struktur dəyişiklikləri” isə artıq bir epopeyaya çevrilib. Bunu heç nə ilə izah etmək olmur. Bu rektor AzTU-ya gələndən onlarla dəfə müxtəlif departamentlər, şöbələr, sektorlar, daha nə bilək nələr yaradır, 1-2 aydan sonra isə onları ləğv edərək, yenilərini yaradır, yenə 1-2 aydan sonra onları da ləğv edərək, yenilərini yaradır və s. Hər elmi şura iclasında əsasən belə məsələlər qoyulur. Bu proses iki ildir ki, sonsuz davam edir və nə qədər davam edəcək, məlum deyil. Bu şöbələrdən hər birinə əndrəbadi adlar qoyur, sonra gələn ay deyir ki, bu struktur bölməsi filan bölmənin işini təkrar edir, buna görə ləğv edilməlidir. Guya ki, şöbəni yaradanda bunu görmək olmazdı. Hər dəfə elmi şura iclasına yeni struktur dəyişiklikləri haqqında məsələlər çıxarılır. Bu artıq gülünc bir şəkil alıb. Hər dəfə də yeni struktur dəyişiklikləri ediləndə Universitetdə köç-ha-köç düşür. İşçilər bir otaqdan o biri otağa, bir binadan o biri binaya köçür, sonra yenə geri köçürlər və s. Bu dəyişikliklərdən də rektorun öz məqsədləri var. Hər dəfə struktur dəyişikliklərindən sonra köhnə şöbələrin, struktur bölmələrinin müdirləri və işçiləri ixtisar edilir, ya da 3 aylıq əmək müqaviləsi ilə başqa vəzifəyə keçirilir. 3 ay başa çatdıqda və ya bir neçə dəfə 3 aylıq müqaviləni uzatdıqdan sonra isə onun əmək müqaviləsinə xitam verilir və o adam işsiz qalır. Rektor onlara deyir, mən sizi işdən çıxarmamışam ki, müqavilənin müddəti bitib, ona görə çıxmısınız. Onların yerinə isə rektor V.Vəliyev öz adamlarını, qohum və tanışlarını, yerlilərini gətirir. Artıq, AzTU onun ailə-dost müəssisəsinə çevrilib. Universitetin kollektivi “bizimkilərə” və “sizinkilərə” bölünüb və burada qeyri sağlam mühit hökm sürür, yalnız konfliktlər, dedi-qodu, münasibətlərdə gərginlik və s. Rektor müxtəlif məsələlər üçün onun yanına gələn işçilərə təzyiq göstərərək, onları digər işçilər haqqında xəbərçilik etməyə vadar edir. Xəbərçiliyə, böhtana meyli olan adamlar üçünsə münbit mühit yaranıb, onlar rektorun bu xasiyyətindən istifadə edərək, onun qəbuluna gedir, başqalarının haqqında yalan, böhtan və iftiraları ona xəbər verir, bu yolla özlərinə qarşı “yaxşı” münasibət qazanmağa çalışırlar. Əvvəllər bizdə heç vaxt belə qeyri sağlam mühit olmayıb. Bu, rektora, ziyalıya, müəllimə yaraşan xüsusiyyətlər deyil. Onun yeni gətirdiyi adamlar köhnə işçilərə həqarətlə, yuxarıdan aşağı baxırlar. Rektor öz adamları ilə ayrıca, qapalı iclas keçirib, deyir ki, bunları (yəni köhnə işçiləri) sıxışdırın, təzyiq edin, onlarla sərt rəftar edin. Universitetdə şöbələrin sayı kafedraların sayından çox olub. Gətirdiyi adamlara da köhnə işçilərdən qat-qat yüksək maaş verir. Şöbələrin sayı, adları itirilib, yəqin ki, rektorun özü də artıq onların adlarını yazılara baxmadan yaddaşından deyə bilmir. Bu proses bu günə qədər də davam etməkdədir və sonu görünmür. Bilinmir ki, bu universitet təhsil üçündür, yoxsa müxtəlif çoxsaylı şöbələr üçün.

Rektor universitetin Tədris hissəsini, vacib bölmələrini kiçik otaqlara köçürüb, sıxlaşdırır, onların otaqlarına isə yeni adamları yerləşdirir. Bir il yarımdır ki, universitetdə köç-ha-köç düşüb, hələ də qurtarmaq bilmir ki, bilmir. Yay vaxtı şöbələrin otaqlarının açıq qapılarının qarşısından keçəndə görürsən ki, hər otaqda 1-2 cavan oğlan və ya qız qarşısında kompüter işsiz oturub, divarlara tamaşa edirlər..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru