Azərbaycan diasporuna ayrılan ikimərtəbəli binanı kim satıb? – Araşdırma
Tarix: 11-05-2017, 09:02 | Çap et
Son günlər Ukraynda fəaliyyət göstərən tanınmış diaspor liderlərinə qarşı aparılan çirkin qara-piar kampaniyasından narahat olan həmin ölkədə yaşayan bir qrup azərbaycanlı adından redaksiyamıza ciddi faktlar təqdim edilib. Onların bildirdiyinə görə, son zamanlar Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan Dövlət Televiziyasının həmin ölkədəki xüsusi müxbiri Möhsüm Aslanov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev barəsində heç bir əsası olmayan xəbərlər dövriyəyə buraxılır: “Biz bu işlərin arxasında kimlərin durduğunu dəqiqliyilə bilirik. Yuxarıda adlarını sadaladığımız şəxslərin fəaliyyətini gözləri götürməyən bəzi adamlar belə çirkin kampaniyanı koordinasiyalı şəkildə aparırlar. Hər dəfə bizim yaşadığımız Ukraynaya azərbaycanlı jurnalistlər gələndə biz sevinirik. Ancaq sonra məlum olur ki, özlərini diaspor lideri adlandıran bəzi şəxslər soyadşımız olan jurnalistləri nələrinsə müqabilində öz çirkin məqsədlərini həyata keçirmək üçün vasitəyə çevirirlər. Biz heç də Ukraynaya səfər etmiş bütün azərbaycanl jurnalistləri bu kateqoriyaya aid etmirik. Ancaq son vaxtlar reallaşan jurnalist turlarından sonra biz yuxarıda adlarını çəkdiyimiz şəxslərə qarşı Azərbaycanın bəzi KİV-lərində məqsədli şəkildə qara piar kampaniyasının aparıldığının şahidi oluruq. Məsələn, bu yaxınlarda Ukraynaya səfər edən jurnalist xanımlardan biri özünü Azərbaycanın populyar telekanallarından birinin işçisi kimi təqdim etsə də, maraqlandıqda məlum oldu ki, həmin adam 4 ildir telekanaldan uzaqlaşdırılıb. Bu kateqoriyadan olan adamlar məqsədli şəkildə yuxarıda adlarını sadaladığımız tanınmış azərbaycanılıar barədə başqa soydaşlarımız vasitəsilə “donos” yığmaqda maraqlı olduqlarını biruzə verirlər. Hətta kiminsə barəsində film çəkmək adı ilə hazırladıqları müsahibə zamanı verdikləri yönəldici suala görə sərt təpkilə belə uzləşiblər. Bizə çirkin kampaniyada iştirak edən jurnalistlərin adları, kimin dəvətilə Ukraynaya gəlmələri və kim tərəfindən maliyələşmələri dəqiq məlumdur. Sadəcə, hələlik bu faktı tam çılpaqlığı ilə açıqlamaq istəmirik. Əminik ki, onları bura ezam edən KİV rəhbərləri işçilərinin hansı oyunlardan çıxmalarından xəbərsizdirlər”. Ukraynada yaşayan soydaşlarımız bildirir ki, onlar jurnalistlərimizin daha ciddi mövzular ətrafında araşdırma aparmalarını istəyirlər: “Məsələn, bizi ən dərindən maraqlandıran mövzu 2002-ci ildə Kiyev şəhər Meriyası tərəfindən Ukrayna Azərbaycanlıları Konqresinə ayrılan binanın taleyinin sonradan necə olmasıdır? Qeyd edək ki, həmin bina Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti üçün ayrılıb. Həmin vaxt bu işlərə rəhbərlik edən Oqtay Əfəndiyev adlı diaspor nümayəndəsi binanın hansı təyinat üzrə ayrılmasını hamıdan gizli saxlayıb”. Bildirilir ki, sözügedən binanın verilməsinin zəruri olması ilə bağlı məsələni mərhum prezident Heydər Əliyev Ukraynanın sabiq prezidenti Leonid Kuçma qarşısında qaldırıb.Kuçma isə öz növbəsində Kiyev şəhərinin həmin zamankı meri Omelçenkoya bu məsələnin tez bir zamanda həll edilməsinə dair tapşırıq verib:
“Nəticədə, Kiyevin ən gözəl yerlərindən birində bu məqsəd üçün 418 kvadratlıq 2 mərtəbəli bina ayrılıb. Bu məsələni vaxtilə Hikmət Cavadov adlı diaspor fəalı şef redaktoru olduğu və Ukraynada nəşr edilən “Slovo Azerbaydjana” qəzetində araşdırıb. Həmin araşdırmada qeyd edilib ki, Azərbaycan diasporunun ehtiyacları üçün ayırılan 2 mərtəbəli bina 2005 ci ildə başqa bir firmanın adına keçirilib və sonradan onun yerində tamamilə başqa təyinatlı 4 mərtəbəli ofis inşa edilib. Nədənsə, bu gün Ukraynadakı azərbaycan diasporunun adından ağız dolusu danışan Hikmət Cavadov apardığı zəruri jurnalist araşdırmasını yarıda saxlamalı olub. Elə həmin vaxtdan da Oqtay Əfəndiyevlə Hikmət Cavadov arasında isti münasibət yaranıb. 5 min tirajla çap edilən qəzet isə texiniki səhvliyin olması bəhanəsilə məhv edilib. Hətta həmin qəzetin nüsxəsini Ukraynanın dövlət qurumlarının arxivindən belə tapmaq mümkün deyil.
Çünki hər yerdən götürülüb. Məhz deyilən ərəfələrdə Hikmət Cavadov öz təşkilatı adından diasporun 1-ci forumunu keçirib və bina satmaq damğasını vurduğu Oqtay Əfəndiyevi öz təşkilatına fəxri sədr seçdirib. Buna etiraz əlaməti olaraq bir neçə fəal üzv Hikmət Cavadovun təşkilatını tərk etməli olub. Bizdə olan məlumata görə, bu yaxınlarda Ukrayna rəhbərliyinə diaspor üçün binanın ayrılması ilə bağlı müraciət edilən adamlmara “sizə 15 ilə əvvəl bina ayrılıb” kimi cavabın verilməsi həmin şəxsləri bu istiqamətdə dəqiq araşdırma aparmağa vadar edib. Binanın satılmasında əli olanlar isə bundan bərk əndişələndiyi üçün, araşdırmanın izinə düşmək istəyən şəxslər barədə qara piar kampaniyasına start veriblər. Biz jurnalistləri bu məsələdə xüsusilə diqqətli olmağa çağırırıq”. Azinforum.az olaraq qeyd edirik ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrimiz arasında hansısa intriqanın olması bizi dərindən narahat edir. Biz sayt olaraq fəaliyyətimzdə daima bu cür detllara qarşı olduğmuzu bəyan etmişik.
Lakin Azərbaycan diasporu üçün ayrılan binanın kimlərsə tərəfindən satılaraq, pulunun mənimsənilməsi həm hüquqi, həm də mənəvi məsuliyyət yaradan bir əməldir. Hesab edirik ki, hər iki ölkənin əlaqədar qurumları bu istiqamətdə lazımı araşdırma aparıb, binanın həqiqi sahibi olan Azərbaycan diasporuna geri qaytarılmasına köməklik göstərməlidir. Biz bu istiqamətdə araşdırmamızı davam etdirəcəyik. Ukraynada fəaliyyət göstərən ən tanınmış diaspor liderlərinin bu məsələ ilə bağlı münasibətini öyrənməyə çalışacayıq. Yazıda adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazır olduğumuzu bəyan edirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|