Yardım almaq üçün də gərək pulun ola... - 200 manatlıq müavinətə görə vətəndaşdan 500 manatlıq rüsum istənilir
Tarix: 16-06-2017, 10:04 | Çap et
DİA.AZ: - Ünvanlı dövlət sosial yardımı ilə bağlı şəffaflıq artsa da, problemlər bitib- tükənmir. Qanunvericilikdə olan bəzi süni əngələr faktiki olaraq ehtiyac və səfalət içində yaşayan ailələrə bu dövlət yardımını almaq imkanı vermir.
DİA.AZ bildirir ki, Salyan rayonunun Arbatan kəndində yaşayan Taleh Oktay oğlu Babayev üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cəlim Müslümova müraciət edib. Surəti redaksiyamıza göndərilən həmin müraciətdə Salyan sakini bu yardımı almaq üçün rəsmilərdən əlavə yardım istəyib:
“Mən 7 nəfərdən ibarət ailəmlə yuxarıda göstərilən ünvanda yaşayıram, himayəmdə 2-si xəstə və əlil olmaqla 5 azyaşlı uşaq var. 2017-ci ilin may ayınadək hər ay 200 manat olmaqla ünvanlı dövlət sosial yardımı alır və bununla minimal səviyyədə yaşayışımızı təmin edirdik. Bu yardımın kəsilməyi bizi ehtiyac və məhrumiyyət içərisində qoyub.
Ünvanlı dövlət sosial yardımı almaq üçün yenidən müraciət etmək istədikdə, bürokratik əngəllə üzləşmişəm. Belə ki, mənim adım 1998-ci ildə atamın adına işlənmiş pay torpağı verilməsinə dair dövlət aktında keçir. Həmin aktla 12 nəfərdən ibarət ailəyə ümumilikdə 2,87 ha torpaq sahəsi verilib ki, onun da 1/12 hissəsi, yəni 0,24 ha mənim payıma düşür. Məndən tələb olunur ki, öz payıma düşən torpağı ayrıca olaraq dövlət reyestrindən keçirim və onun çıxarışını təqdim edim. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin yerli idarəsindən bildirirlər ki, bu sənədi əldə etmək üçün 1 ay vaxt və azı 500 manat pul lazımdr. Yeni “çıxarış”ı almaqdan ötrü əvvəlcə aktın özünün “çıxarış”ı olmalıdır. Bundan ötrü DƏDRX-yə 130, notariusa 110 manat rüsum ödəməliyəm. Sonrakı mərhələdə mənim və yerdə qalan 11 nəfərin adına ayrıca olaraq çıxarış hazırlanmalıdır ki, bu sənədlərin hər birinə 120 manat rüsum ödəməliyəm.
Hörmətli Mehriban xanım! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı bu bürokratik əngəl mənə və ehtiyacı olan xeyli sayda digər vətəndaşa dövlət yardımını əlçatmaz edib. Faktiki qazancı yaşayış minimumundan aşağı olan ailə, lüzumsuz sənədləşməyə görə bu qədər pulu haradan, necə əldə edə bilər? Dövlət əgər doğrudan da ehtiyacı olan insanlara kömək etmək istəyirsə, ya bu “çıxarış oyunu”nu kənara qoysun, ya da sənədlərə görə yaranan xərci (rüsumları) öz boynuna çəksin. Sonuncu dəfə mənim ailəmə təyin edilmiş yardımın aylıq məbləği 200 manat idi. Tutaq ki, “çıxarış” üçün tələb olunan 500 manatı kimdənsə borc aldım və mənə yenə 200 manatlıq aylıq yardım təyin edildi. Belə çıxır ki, mənim azyaşlı uşaqlarım 2 ay yarım ac qalmalıdır ki, borcu qaytarım. Maddi imkansızlığa görə “çıxarış” ala bilməyənlərin taleyi necə olmalıdır- bunu düşünürsünüzmü? Axı bu ailələrin “çıxarış”a yox, yardıma ehtiyacı var. “Çıxarış” əldə edə bilmirsə, acından ölməlidirmi?
Bəzi insanlar bu mənasız sənədə görə risq edib xərc çəkə bilmir, ehtiyat edir ki, hətta “çıxarış” alsa belə, hansısa digər səbəbdən yardım təyin edilməyə, nəticədə onsuz da yaxşı olmayan vəziyyəti daha da pisləşə bilər. Dövlət orqanları tərəfindən bu, bir pis yanaşmadır ki, faktiki ehtiyacı olan, lakin imkansızlığa görə tələb olunan bütün sənədləri toplaya bilməyən vətəndaşlar taleyin ümidinə buraxılır. Bu isə onları normal qidalanmadan, sosial xidmətlərdən məhrum etmək, intihara, cinayətkarlığa, dələduzluğa sövq etməkdir.
Konstitusiyamızda yazılıb ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Hazırkı vaxtda ünvanlı dövlət sosial yardımı ilə bağlı şərtlər, dövlət rüsumlarının məbləği elədir ki, bu yardımı almaqdan ötrü əlavə yardıma ehtiyac var. Xahiş edirəm mənə kömək edin ki, dövlət yardımından istifadə edib ailə üzvlərimin maddi təminatını ödəyə və müalicəsini təşkil edə bilim.”
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|