DİA.AZ: - Ağdaş rayonu Abad kənd sakinləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Məktubda deyilir:
"Azərbaycan ərazisində hazırda tikintisi gedən beynəlxalq qaz kəmərini inşa edən vəzifə şəxslər Ağdaş rayonunun Abad kənd sakinlərinə məxsus 150 hektar əkin torpaq sahəsini məhv edərək camaata küllü miqdarda ziyan vurmuşdur.Daha doğrusu yeganə dolanışıq yerimiz olan əkin sahələrimizi məhv etməklə 100-ə yaxın ailəni məhv etmişdilər.Belə ki, beynəlxalq qaz kəmərinin çəklişi ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində əmələ gəlmiş qurunt, tullantı sularını Ağdaş rayonunun Abad kəndində keçən su kanalına axıdılması nəticəsində həmin qurunt suları daşaraq üzərində tonlarla məhsul olan 150 hektar torpaq sahəsini basmışdır.Nəticədə qurunt suları altında qalmış məhsullar tərg olmuş, torpaq sahəmiz yararsız vəziyyətə düşmüşdür. 25 iyun 2017-ci il tarixdə baş vermiş bu hadisə barədə Ağdaş Rayon İcra Hakimiyyəti başçsıına və qaynar xətt vasitəsi ilə müvafiq orqanlara məlumat vermişik. Ancaq gəlib araşdırıb tədbir görən yoxdur.Həmin 150 hektar torpaq sahəsi 100-ə yaxın ailəyə məxsusdur.Orada kənd təsərrüfatı bitkiləri buğda, arpa, pambıq. yemiş, qarpız, qarğıdalı,günəbaxan, kartof, soğan, sarımsaq və sairə bitkilər əkmişdik.150 hektar torpaq sahəsində olan tonlarla məhsulun hamsı qurunt suyunun altında qalaraq tamamilə tərg olmuşdur.
Nəticədə də küllü miqdarda ziyanlar dəymişdir.Qurunt suları altında qalmış 150 hektar torpaq sahəmizdə bundan sonra heç bir məhsuldarlıq olmayacaq.Həmin torpağı əvvəlki yararlı vəziyyətə gətirilməsi üçün küllü miqdarda vəsait lazımdır.Hökumət təcili bu məsələni komissiya təşkil edib yerində araşdırmalı və ciddi tədbirlər görülməlidir.Abad kənd sakinlərinə səhlənkar vəzifəli şəxslər tərəfindən vurulmuş ziyan ödənilməlidir. Həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməli barələrində ciddi tədbirlər görülməlidir.Bizim yeganə dolanışıq yerimiz ancaq bu torpaq sahəsində əkib-becərib əldə etdiyimiz məhsuldan əldə edilən gəlir idi ki, bununla ailəmizi dolandırırdıq.Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova, SOCAR-ın prezidenti Rövnəq Abdulayevə, Kənd Təsərrüfatı Naziri Heydər Əsədova, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə və digər aidiyyatı orqanların rəhbərlərinə müraciət edib xahiş edirik təcili bu məsələni komissiya təşkil edib yerində araşdırib, ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.
İmza; Ağdaş rayonu Abad kənd sakinləri 1.Quliyev Cəmil Sərdar oğlu telefon; (050) 494-36-51 2.Nuralıyev Əhmədiyyə Məhəmmədəli oğlu 3.Məmmədov İbrahim Müğdət oölu 4.Məmmədov Qiyamət Məmməd oğlu 5.Alıməmmədov Alıməmməd Mustafa oğlu 6. Məhərrəmov Roman Tofiq oğlu (051) 910-64-62 7.Abdullayev Sədrəddin Saməddin oğlu telefon; (050) 372-73-15 8.Məmmədov İkram Məmməd oğlu 9.Alıəşrəfov Səxavət Əşrəf oğlu 10.Alıəşrəfov Namiq Süleyman oğlu 11.Musayev Mənsur Heydər oğlu 12.Cəbrayılov Yamən Həsən oğlu 13.Cəbrayılov Dilqəm Həsən oğlu 14.Abduləzizov Abdulla Sabir oğlu 15. Qasımov Rza Ələkbər oğlu 16.Alıəşrəfov Qüdrət Ələsgər oğlu 17.Abubəkirov Zaur Yaqub oğlu 18.Fətullayev İsmayıl Möhsüm oğlu və digərləri"
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...