"Belə özbaşınalıq, belə anarxiya görməmişəm..." - NARAZILIQ!
Tarix: 20-08-2021, 10:15 | Çap et
DİA.AZ: - Respublikanın Əməkdar müəllimi, Prezident mükafatçısı, şair, Gəncə şəhər Veteranlar Şurasının üzvü, 1995-ci ildən YAP-ın üzvü, “Qızıl Qələm” mükafatı laureatı Həsənov İlham Musa oğlu ölkə rəhbərliyinə 18-ci müraciətini ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən 66 yaşında belə özbaşınalıq, belə anarxiya görməmişəm. Bu ona görə belədir ki, vaxtı ilə Heydər Əliyevə söyənlərin balaları hakimiyyəti zəbt edib, vəzifəyə gətirilib və bunlar da düşünülmüş formada bizlərdən qisas alırlar. Biz dövlət və dövlətçiliyə xidmət edənlərik. Yəqin ki, bu müraciətimiz ölkədə təlatümə səbəb olacaq. Çox maraqlıdır, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərləri öz verdiyi əmrlərin əksinə çıxıb Nazirliyin öz qaydalarına əməl etmirlər. Prezident tərəfindən təsdiq olunan Təhsil qanununun maddələrini belə pozurlar.
Təhsilə düşmən kəsiliblər. Məsələn: Məni və Valeh müəllimi, Respublikanın Əməkdar müəllimlərini qərəzli şəkildə işdən çıxartdılar. Qaydalarda yazılır ki, ictimaiyyət arasında nüfuzu olan, kollektivdə hörmət qazanan, dövlət təltifi olan, fəxri adları olan müəllim və məktəb direktorları 70 yaşa qədər ildə 1 dəfə müqavilə bağlamaq yolu ilə işləyə bilər və paralel olaraq bildirilir ki, bu zaman Ərazi Maliyyə İdarə rəislərinin rəyi nəzərə alınmalıdır. Bu rəy isə vaxtında alınmayıb. Əksinə Maliyyə İdarəsi rəisindən gizlədilib. Yalnız bizim şikayətimizdən sonra bu insandan rəy tələb ediblər. O da bizi tərifləyib. Deməli buradan belə çıxır ki, biz həqiqətən qərəzli şəkildə işdən çıxarılmışıq. Bütün bunları edən Gəncə şəhər Təhsil idarəsinə müdir göndərilən, təhsildən, məktəbdən anlayışı və xəbəri olmayan Aqrar Universitetinin məzunu, SOROS-un tərbiyəsini almış bir adam, pedaqogikanın və psixologiyanı, məktəbşünaslığı dərk etməyən, psixoloji durumunda problem olan Anar Qədiməliyevdir. Faktiki olaraq bu insan Gəncə təhsilini uçuruma aparır, təhsil bərbad hala salınıb. Heç kimi qəbul etmir, elə bil ki, bunu Gəncə müəllimlərinə qəsd etmək üçün göndəriblər və buna deyiblər ki, get Gəncə təhsilini dağıt, nə istəyirsən elə arxanda biz durmuşuq. Həqiqətən də bunun arxasında özü kimi qeyri-peşəkar adamlar Aqrar Universitetinin məzunu, Təhsil Nazirliyinin rəsmisi Orxan Abbasov və Beynəlxalq Münasibətlər fakültəsini bitirən, vaxtı ilə Xarici İşlər Nazirliyinin işçisi, sonradan dolayı yolla Təhsil Nazirliyinə gətirilən nazir müavini Muxtar Məmmədov və İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov durur. Məhz bu adamların əli ilə respublikada 300 nəfərə yaxın sıravi məktəb direktorları, hətta yaşları 75-85 olanlar yuxarıdan tapşırılmaqla və ya rüşvət verməklə işdə saxlanılıblar. Eyni qayda da Gəncə şəhərində bizi çıxardıb yaşda bizdən böyük, göstəriciləri bizdən daha aşağı olan 5 №-li orta məktəbin direktoru Bəhram İmranovu işdə saxladılar. İndi 17-müraciətdə biz bu real faktları göstərdiyimiz təqdirdə bu reallığa əks-səda verən yoxdur. Bu adamlar görün nə qədər harınlayıb və nə qədər hayıxıblar ki, bu ilin iyul ayında Gəncə şəhər 16 nömrəli məktəbdə olan MİQ-də cinayət işi törətdilər, sualları düşünülmüş formada payladılar. Bu cinayətin üstü açılan kimi imtahan nəticələri ləğv olundu və nəzarətçilər imtahandan qovuldu. Ancaq öz əməlləridir deyə bu barədə də heç bir ciddi tədbir və ölçü götürülmədi. İndi sual olunur: Əgər bu işdə cinayət halı yox idisə niyə imtahan nəticələri ləğv olunur və nəzarətçilər imtahandan qovulurdu? Yox əgər cinayət varsa niyə bu günə qədər günahkarlar cəzalandırılmadılar?
Bu cinayət xarakterli məsələ də ört basdır edildi. Bu işin başında da təşkilatçılarından biri Anar Qədiməliyevdir. Daha sonra Gəncədə 14 №-li orta məktəbin direktoru Elnur Qasımov 2018-ci ildə 22 №-li məktəbin ingilis dili müəllimi ilə özünün və qarşı tərəfin də ailəsi ola-ola eşq macəraları yaşamış və bundan da qeyri-rəsmi bir qız uşağı olmuş bir adamı Təhsil Nazirliyinin təkidi ilə işdən çıxartdılar. Çünki, qızın qayınatası Nazirliyə şikayət yazmışdı ki, bu adam mənim oğlumun evini dağıdıb, bunu necə işdə saxlayırsınız. Lakin həmin Elnur Qasımov Anar Qədiməliyevlə 39 №-li məktəbdə bir sinifdə oxuduğuna görə üstündən cəmi 2 il keçməsinə baxmayaraq onu 2020-ci ilin oktyabr ayında yuxarıdakı dostlarının əli ilə yenidən bu dəfə Gəncə şəhər 8 №-li orta məktəbə direktor göndərdi. İndi deyin buna nə ad vermək olar? Daha sonra Nazirlikdə işləyən Orxan Abbasov vaxtı ilə Gəncə şəhər İcra Hakimiyyətində işləyən və şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə dələduzluq üstündə qovulan qayınatası Məzahir Rəhimovu bu dəfə yenidən Gəncədə açılan fizika-riyaziyyat təmayüllü liseyə direktor müavini təyin etdirdi. Qaynanası Təranə Rəhimovaya isə 20 saat bədən tərbiyəsi dərsini qeyri qanuni verdirdi. Anar Qədiməliyev isə atası Yusif Qədiməliyevi 2 saylı peşə liseyinə baş usta vəzifəsinə təyin etdi. Deməli bu adamlara hər şey olar, bu adamlar qanun poza bilərlər. Amma digərlərinə heçnə ola bilməz. Bu adamların bir devizi var. �?Babam mənə kor deyib, gələn-gedənə vur deyib’
Bu adamlar həqiqətən heç kimdən qorxub çəkinmədən rəiyyəti tapdalayırlar daha fikirləşmirlər ki, bir gün tələ yiyəsi gəlib çıxacaq. Allah Məşədi ibada rəhmət etsin! Yadıma bir məsələ düşdü. Görəsən 300 nəfər sıravi direktorların və Gəncədə Bəhram İmranovun nəyi Təhsil Nazirliyinin xoşuna gəldi ki, bunları işdə saxladı? Qoy mən sizə deyim. Əsas malı, varı-dövləti, pulu, bunlar əsas şərtdirlər. Mən və Valeh müəllim də isə bunlar yoxdur. Emin Əmrullayev ayıbdır, bəsdir öz işçilərini xüsusilə Gəncə şəhər Təhsil idarəsinə layiq olmayan müdiri Anar Qədiməliyevin mənfi hərəkətlərinə don geyindirib haqq qazandırdınız. Gəncə şəhər Təhsil idarəsinə təyin etdiyiniz Anar Qədiməliyev hər yerdə vurğulayır ki, mən ona görə heç kimdən qorxmuram ki, mənim arxamda Emin Əmrullayev durur. Biz onunla Amerikada oxumuşuq və onunla yaxın dostuq. Hətta Anar Qədiməliyevin işinə davam etməsi üçün müqavilə bağladığı Bəhram müəllim hər yerdə deyir ki, nə qədər ki, Anar Qədiməliyev Gəncədə müdirdi, pulumu vermişəm, qalıb işləyəcəm. Hələ üstəlik Gəncə camaatı danışır ki, Eşqi Bağırovun gəl ha gəlidi. Bizim yerimizə təyin ediləcək namizədlər də müəyyənləşib. Bunlar 39 və 15 nömrəli məktəbin direktor müavinləri Vüsal və İftixar müəllim və 27 nömrəli məktəbin müəlliməsi Mehriban müəllimədir. Həmin adamlar da Orxan Abbasovun komandasıdır. Emin Əmrullayevi bu məsələlər dərindən düşündürməlidir.
Birdə Prezident Aparatının səlahiyyətli, vəzifəli şəxsləri prezidenti və Mehriban xanımı azacıq da olsa istəyirlərsə bu işləri ciddi nəzarətə götürməli, qətiyyətli addım atmalı və təcili tədbirlər görməlidirlər .
Cənab Prezident və Mehriban xanım. Sizdən xahişim odur ki, mənim daxilimdən gələn bu ürək yanğısını duyub Təhsil Nazirliyinin rəhbərliyinə xüsusi göstəriş verəsiniz. Sonda yenə deyirəm əlimi sizdən üzmürəm, mənim ümid pənahım yalnız və yalnız sizsiniz. İnşallah bu dəfə müsbət cavab gözləyirəm".
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|