Əmrullayev RAHAT-RAHAT İSTEFAYA GEDƏ BİLƏR... - TAM ZƏMİN YARADIB...
Tarix: 1-09-2022, 08:33 | Çap et
Düşünmək olar ki, bu sözləri hansısa təhsil eksperti, yaxud Təhsil nazirinə ciddi opponentlik edən birisi deyib. Çünki, səsləndirilən fikirlər olduqca ciddi ittihamdır, Azərbaycan təhsilinin, yüz minlərlə müəllimin əməyinin üstündən xətt çəkməkdir. Gözləmək olardı ki, Təhsil naziri dərhal bu fikirlərə reaksiya verər, bu ittihamları absurd adlandırar, təhsil işçilərinin ünvanına səsləndirilən təhqirləri cavablandırardı. Amma... Yüz il də gözləsəniz Emin müəllimdən bu fikirlərə cavab eşitməyəcəksiniz. Çünki bu “dahiyanə”, “müdrik” sözlərin müəllifi elə cənab nazirin özüdür. Bakı şəhərində yerləşən məktəb direktorları ilə görüşdə (bu direktorların böyük qisminin təyinatında onun rolu olmayıb və həmin direktorlar dolayısıyla Emin müəllimə tabe də deyillər) nazir necə cuşa gəlibsə yuxarıda dediyimiz fikirləri səsləndirib. Dediyim kimi, bu yüz minlərlə təhsil işçisini təhqir etmək, ömrünü çətin şərtlər altında gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimləri alçaltmaqdır. Bu fikirləri səsləndirən nazir dərhal istefa verməlidir, müəllimlərdən üzr istəməlidir. Belə bir məsəl var ki, hamı dəli olanda mollanın yanına gedir, bəs molla dəli olanda kimin yanına getsin ? Nazir təyin olunduğu gündən özünə islahatçı imici formalaşdırmaq üçün müxtəlif üsullardan istifadə etsə də E.Əmrullayev nəinki hansısa islahata imza ata bilib, əksinə təhsil sistemində ciddi narazılıq formalaşdırıb. Xatırladaq ki, bu narazılıq dalğasının mənbəyi hələ Əmrullayevin Təhsil İslahatları İnstitutunda işlədiyi dövrdən başlanıb. Sosial şəbəkələrdə təhsil qruplarına gözucu nəzər salmaq kifayətdir ki, real mənzərəni görəsən. E.Əmrullayev sanki sırf narazılıq formalaşdırmaq, onsuz da acınacaqlı durumda olan Azərbaycan təhsilinin “fatihəsini” vermək üçün fəaliyyət göstərir. Təhsildə olan bütün günahları binəva müəllimdə görən nazir öz həmkarlarına az qala düşmən münasibəti sərgiləyir. Sanki milyonlarla dövlət vəsaitini havaya sovuran, korrupsiyalaşmış bir sistem formalaşdıran, Azərbaycan təhsilinin vayına oturan elə “bizim Cəbiş müəllim” imiş... Məgər cənab Əmrullayev bilmirmi ki, bu gün Azərbaycan müəllimi ən ağır şərtlər altında, cüzi əmək haqqı müqabilində fədakarlıq edir (bu yerdə M.Mərdanovun məhşur sözlərini xatırlamamaq olmur) . Məktəblərdə müəllim yersiz yerə o qədər yüklənir ki, dərs deməyə belə vaxtı qalmır. Repititorluq sistemini elə müəllimi bu günə qoyanlar özləri formalaşdırmayıbmı? Müəllimi süpürgə pulu, fond pulu, summativ pulu yığmağa kim məcbur edir görəsən ? Əgər məktəblər müəllimlərə əmək haqqı verən bir mexanizmə çevrilibsə bunun günahkarı sizsiniz, cənablar. Əgər Təhsll naziri E.Əmrullayev deyirsə, məktəblər müəllimə əmək haqqı verən bir mexanizmdirsə, mən də Nicat Mahmudov olaraq açıq şəkildə üzünüzə qarşı bildirirəm ki, sizin nazirliyiniz də milyonları udmaq üçün bir mexanizmdir! Bir daha qeyd edirəm ki. E.Əmrullayev öz fəaliyyəti ilə hər zaman dövlətin əsas güc mənbələrindən olan təhsil ictimaiyyətindən ibarət böyük bir narazılar ordusu formalaşdırır. Özünü müəllimlərin düşməni kimi aparmaq, gündə bir imtahan şousu düzəltməklə onları daim stres altında saxlamaq islahat deyil, cənab nazir. Məncə bu sizdə alınmadı. Olan şeydir, hamı adını tarixə qızıl hərflərlə yazmağı bacarmır... Gün kimi ictimaiyyətə aydındır ki, ölkəmizdə təhsil sahəsində köklü islahatların əsası Mikayıl Cabbarovun nazir təyinatından sonra başlanıldı. Hətta əksər opponentlərinin təhsil sahəsinə yad hesab etdikləri cənab Mikayılovun təhsil sahəsində inqilabi hesab ediləcək addımları bu sektorda illərlə kök salmış ətalət qanunlarını yerindən oynatdı, “Misir ehramları”nın kölgəsində uyuyan Azərbaycan təhsilini yerindən dəbərtdi. Sanki reanimasiyada can verən bir xəstəyə oksigen balıncı qoşuldu, nəfəs verildi . Etiraf edilməlidir ki, bu gün Azərbaycan təhsilində islahat hesab edilən bütün addımlar məhz M.Cabbarovun dövründə atılıb. Ondan sonra sadəcə olaraq imitasiya xatirinə görüntülər sərgilənib. Heç kimə sirr deyil ki. E.Əmrullayev məhz M.Cabbarovun islahat xəttinin davamçısı olaraq görəvə gətirilib. Çox heyif ki, təhsil sektoruna yaxın hesab edilən bu şəxs nəinki etimadı doğrultmağı bacardı, hətta nazirlikdə at oynadan qruplaşmaların əlində oyuncağa çevrildi. Bir məktəb direktorunu vəzifədən azad edəcək qədər səlahiyyətə malik olmayan nazirin hansısa islahata imza atacağını gözləyirsinizmi? Adi bir institut rəhbəri vəzifəsini doğru-dürüst yerinə yetirə bilməyən bir şəxsin ölkədə inqilabi dəyişikliklərə imza atacağına inanırsınızmı? İnanmırsınız... Məhz bu səbəbdən də Azərbaycan təhsili bu günkü tragikomik vəziyyətdədir. Mikayıl Cabbarovun “sevimli kadrı” olmaq o demək deyil ki, sən əvəzedilməzsən. İdarə olunanların idarə etməsi heç zaman mümkün olamayıb. İdarə olunanların əli ilə Azərbaycan təhsilini məhv etməyin lütfən... Saytımız adından təhsil əməkdaşları, geniş ictimaiyyət arasında apardığımız sorğu göstərdi ki, cəmiyyətdə E.Əmrullayevin fəaliyyətindən kifayət qədər narazılıq hökm sürür. Bunu dövlətin strateji araşdırma mərkəzləri nəzərə almalıdır, böyük bir müəllim ordusunun alçaldılmasına, narazı duruma salınmasına susmamalıdır. Apardığımız sorğuda “kimi təhsil naziri görmək istəyirsiniz” sualını verdiyimiz respondentlərin böyük qismi Elnur Əliyevin adını çəkdilər. Təhsil sistemində fəaliyyət göstərdiyi qısa müddətdə böyük işlər görən, nüfuz sahibi olan Elnur müəllim bu gün pedaqoji ictimaiyyətin nazir görmək istədiyi ən güclü kadrdır. Çünki E.Əliyev müəllimə dost gözüylə baxırdı, onu düşmən gözündə görmürdü. Onun üçün problem yaratmırdı, onun problemlərini təmənnasız həll edirdi. Önəmli o idi ki, Elnur Əliyevin sözünün «kəsəri» var idi. Bax nazir dediyin belə olmalıdır, cənab Əmrullayev. Nazir olduğunuz müddətdə yadda qalan bir addımınız olmayıb. İstefa verin və əbədilik yaddaşlarda qalın. Müsbət mənada… Rubrika.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|