Ötən həftə Eltonun "Həftənin hid paradı"ndakı çıxışı səs-küy yaratmışdı. Hələdə mövzu ətrafında söhbətlər davam edir.
Gecce.az xəbər verir ki, "ATV Maqazin onlarla"nın eyniadlı rubrikasının bu dəfəki qonağı müğənni Natavan Həbibi olub.
Natavan seçimini ifaçılara görə deyil, mahnılara görə müəyyənləşdirəcəyini bildirib.
Sıralamaya keçmədən öncə ötən həftə xalq artisti Flora Kərimovanın Natavan haqqında "İstiqanlılıq yoxdu, nəsə mənə mane olur ona isti münasibət göstərməyə. Mənimlə onun arasında böyük bir aysberq var. Natavana isnişə bilmirəm, üşüyürəm ona" deməsinə qarşı tərəf münasibət bildirdi.
"Kimə qarşı soyuğamsa, bunu özünə bildirməyə çalışıram. İkiüzlülük yoxdu məndə, nədi onu göstərirəm. İstəmirəmsə, yalançı etiraf ola bilməz" - deyən Natavan Həbibi daha sonra hit paradı müəyyənləşdirib.
Sıralamaya keçmədən öncə, o, xalq artistini uzaqlaşdırmağa qərar verib:
"Statusuna, adına görə, ona olan böyük hörmətimə görə, Zülfiyyə Xanbabayevanı kənarlaşdırıram. Onu sıralamağa ehtiyac yoxdur, həmişə birincidir".
Hit paradın 10-cusu olaraq Natavan Elza Seyidcahanı seçdi. Ona olan xoş münasibətindən danışan Natavan Həbibi dedi ki, Elzanın qədrini bu əsrdə bilmədilər: "Hər uşağın başı üçün deyil, onun musiqisini lağa qoyur".
Kərimin mahnısını eşitmədiyindən onu 9-cu sıraya keçirtdi. Bəlli oldu ki, Natavanla Kərimin arasında soyuq küləklər əsir.
8-ci sırada Zamiq bərqərar oldu: "Əsas odur inciməyin. Görürsüz, heç mən burda yoxam, amma heç incimirəm".
7-ci sıranın sahibini yarızarafat təqdim edən Natavan Ramalı seçdi: "Ramaşka... Bunların uşaqlığı mənim gözümün qarşısında keçib. Elə bilirsiz zarafat edirəm. Mən çoxdan səhnədəyəm, cavan qalmışam".
Hit parada yeni daxil olan Nuranı Natavan 6-ci yerdə gördü. Mahnısına da "şirin mahnıdır" dedi.
Bu həftənin əlaçısı Xatun oldu: "Xatuşka, baltuşka əlaçısan. Mahnı uğurludu, sənə qabağa gedirsən ay qız". Xatunun onu parodiyasından danışan Natavan gülərək, "duzsuz çıxırdı, məhkəməyə verməyəcəm, narahat olma" dedi.
N.Həbibi hitlər sırasında Günay İbrahimlinin "Günah"ını 4-cü seçdi. "İni onun vaxtıdı, çox həvəslidi. Bizim ilk çıxdığımız vaxtlar var idi, o efirdən bu efirə qaçırdıq. İndi o həvəs var?" - deyə Natavan bildirdi.
"Samir Piriyevin son mahnıları partladır",- deyən N.Həbibi onu 3-cü etdi.
Sevda Yahyayeva ilə yeni barışan Natavan onun "Yanlış adam"ın 2-ci pilləyə yüksəltdi.
"Mənim heç kimlə mübahisəm yoxdur. İlhamə Quliyeva xəstəxanada yatanda, baş çəkməyə getmişdik. Sevda da gəldi. İlhamə xanım dedi ki, "sizi küsülü görmək istəmirəm". Biz də "baş üstə" deyib, barışdıq".
Sosial şəbəkələrdə izləmə rekordu qıran və dillər əzbəri olan Miri Yusifin "Sən hara, bura hara" mahnısı hit paradda da yerini tutmağı bacardı. Natavan onu 1-ci etdi.