Səssizliyini hər zaman nəğmələri ilə pozan Xumar Qədimova yeni bəstəsini təqdim edib.
Axşam.az-ın məlumatına görə, söz aşiqi olan Qədimova bu dəfə böyük şair Bəxtiyar Vahabzadə yaradıcılığına muraciət edib.
"Bir salama dəymədi" şeirinə musiqi həyatı verən sənətçi bəstənin yaranma tarixçəsini belə açıqlayıb:
"Mahnını illər öncə bəstələmişəm. Təqdimatı bu günə qismət imiş. Düşünürəm ki, dinləyici üçün ən əsas hesabat elə yeni nəğmələrin, yaradıcılıq işlərinin təqdimatıdır".