"Onların gözündə adiləşdim" - Nisə Qasımova
Tarix: 20-02-2016, 10:33 |
Çap et
Xalq artisti Nisə Qasımova ətrafındakı insanlardan şikayətlənib.
Axşam.az-ın məlumatına görə, müğənni hər kəs üçün adiləşdiyini vurğulayıb:
"Hərdən qəti qərara gəlmək istəyirəm: tanıdığım bəzi insanlardan uzaqlaşım. Ya da onları yaxına buraxmayım. Niyə? Uzun illər əlçatmaz idim, hətta öz qohumlarıma da. Elə ki ürəyim kimi evimin qapısı da bəzi insanlara açıq oldu, bax o zaman onların gözündə adiləşdim. Ay adiləşdirənlər, mən gəldiyim yolun hər küncünü yumulu gözlə qayıda bilərəm".