Prodüser Tarix Əliyev (Tolik) Dağıstanın “əməkdar mədəniyyət işçisi” fəxri adını alması münasibətiylə qonaqlıq verib. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində keçirilən gecəyə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Sürpriz qonaq isə xalq artisti İlhamə Quliyeva olub.
Qeyd edək ki, xalq artisti bir müddət öncə səhhətinin pisləşdiyi üçün ev şəraitində müalicə olunduğunu demişdi.