ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                 

“Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq?”
Tarix: 29-02-2016, 17:39 | Çap et
“Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq?”
Teleaparıcı Vüsalə Əlizadə Musavat.com saytının suallarını cavablandırıb. Teleaparıcı ilə söhbətə rol aldığı “Qardaşlar” serialından danışaraq başlayırıq.

- “Qardaşlar” serialında Dəniz obrazını canlandırırsınız. Çəkilişlər necə gedir?

- Çəkilişlər əla gedir. Kollektivimiz pozitiv insanlardan ibarətdir, bol-bol gülüb əylənirik. Bütün insanlara bizim kimi bir kollektivlə çalışmağı arzulayıram. Serialda dəli ailəyə gəlin düşmüşəm. Obrazım çox müzakirə edilən və qınanılan oldu. Dəniz xarakterinin bu qədər hay-küylə qarşılanacağını düşünmürdüm. Amma maraqlı iş alınacağını bilirdim. Çünki tərəf-müqabillərimin işləri daima müzakirələrə səbəb olub. İlk işim “Bacanaqlar” serialında oldu. “Qardaşlar”da isə baş roldayam. Şəhərdə gəzəndə adi məktəbli uşaq da “Dəniz, Novruzun (serialda Dənizin həyat yoldaşı) üstünə bəsdir də qışqırdın. Yazıq Novruz” deyə mənə səslənir. Əslində, isə o ailədə yeganə ağıllı insan Dənizdir, o da yad yerdən gəlib. O ailənin psixoloji durumu yerində deyil. Bu cür ailələr çoxdur. Novruz həyat yoldaşının və onun qohumlarının hesabına yaşayır deyə Dənizin sözündən çıxmır. Onun kimi kişilər çoxdur.

- Dəniz ailədə hegemonluq edir. Bəs Vüsalə özü ailədə necə gəlin olub?

- Bu haqda çox danışmaq istəmirəm. Hərdən deyirəm ki, kaş əvvəl Dəniz obrazını canlandırıb, sonra ailə qurardım. Bəlkə o zaman hər şey fərqli olardı. Dənizdən təcrübə yığardım, sözünü demək qabiliyyətim, bacarığım olardı.

- Hər aparıcının aktrisalıq etməyi qəbul olunmur. Amma Vüsalə tənqidlərə məruz qalmadı. Sizi digərlərindən fərqləndirən nələrdir? Tamaşaçıların sizə olan münasibəti necədir?

- Mən İncəsənət Universitetinin Rejissor-aktyor fakültəsini bitirmişəm. Müəllimlərim də aktrisalığımı bəyənir. Həmkarlarımın çoxu televiziya, kamera görməyəndə mən dövlət televiziyasında böyümüşəm. Gözümün qabağında Oqtay Ağayev, Mirzə Babayev olub, onların yanında tədbir aparan uşaq olmuşam. Ona görə də mənim üçün aktrisalıq etmək çətin olmadı.

Dəniz obrazına qarşı bəzi insanlarda isə antipatiya yaranıb. Bir aktyor, aktrisa yaratdığı obrazla özünə qarşı sevgi və ya nifrət yaradıbsa, deməli, alınıb. Mən uşaq ikən Muxtar Manıyevə nifrət edirdim. Televiziyaya gələndən, sənət aləminə qoşulandan sonra onu insan kimi tanıdım və sevgim min qat artdı. O qədər peşəkar aktyordur ki, obrazıyla tamaşaçısında nifrət yarada bilib. Bizim yaşımızda olan xanımların hamısı Rasim Balayevə aşiq olub. Ötən həftə Həmidə Ömərova verilişimdə qonaq idi, onun danışığına, davranışına, baxışına valeh olurdum. Onun kimi insanlar kumirimiz olub. Mən böyüklərdən öyrənməyə çalışan biriyəm, aktrisalığımın da zamanla daha da mükəmməl olacağına inanıram.

- Canlandırmaq arzusunda olduğunuz rol var?

- Dram janrında olan filmdə oynamaq istəyirəm. Ruhi xəstə qadının yaşadıqları barədə kitab oxumuşdum. Ən böyük arzum onun həyatını canlandırmaqdır. Oxuduqlarım məni gərginləşdirmişdi. Bəlkə də, o hekayəni ekranlaşdırmaq özümə qismət olacaq. Mənim rejissor təhsilim var. Lakin heç vaxt istəməmişəm ki, uğursuz, keyfiyyətsiz iş görüm. Maddi dəstəyim olar, imkan yaranarsa, məmnuniyyətlə film çəkərəm. Baş rolda da özüm oynayaram. Dramı sevirəm. Romantikanı da gözəl canlandırıram. Özümü isə heç vaxt komediyada görməmişəm, “Qardaşlar”da isə tam komik obraz deyiləm. Öz ciddiliyim var, sadəcə atmacalarla gülüş bəxş edirəm.

- ATV-də “Qadına görə” proqramını təqdim edirsiniz. Adətən qalmaqalsız proqramlar reytinqsiz olur.

- Proqram istədiyim nəticəni verdi. Qadınlardan xoş sözlər eşidirəm, bu da məni sevindirir. Tez-tez qadınlar mənə sosial şəbəkələrdən yazırlar, saatlarla yazışırıq, mənimlə dərdlərini bölürlər. Bizdə düşünürlər ki, həftə ərzində 10-12 reytinq olursa, veriliş baxımlıdır. Reytinqi evlərə quraşdırılmış xüsusi cihazlar bəlli edir. Mənə görə reytinq cədvəli cəmiyyətdə gördüyümüz insanların rəyidir. Yolda 10 qadın məni saxlayıb təşəkkür edirsə, deməli, proqramım baxımlıdır, sevilir. 10 qadın 10 ailənin üzvü, anası, qadınıdır. Hər verilişin öz tamaşaçısı var. Qadın proqramına başlayanda bilirdim ki, reytinqim orta səviyyədə olacaq. Cəmiyyətə yararlı iş görürəm. Qadın, ana statusu alandan sonra həmcinslərimə dəstək olmaq istəyirəm. Xanımlardan ibarət güclü komandam var, yalnız operatorla, montajçı oğlandır. Biz qadın həyatı üçün çalışırıq. Bir-biri ilə ağız büzərək danışanda, dava-dalaş edəndə insanın işi uğurlu alınmır. Qadın proqramları arasında öndə gedirik. Təvazökarlıqdan uzaq olsa da, deyəcəyəm ki, hazırda reytinqdə birinci olan, baryerləri aşan qadın proqramı yoxdur. Millət vəkilindən tutmuş sıravi qadınlar da qonağımız olub. Gözəl əl qabiliyyəti olan qadınlar öz işlərini bizim vasitəmizlə nümayiş etdirə bilirlər. Heç kim bu dünyadan heç nə aparmır, bacardığımız qədər yardımçı olmalıyıq.

- Dediniz ki, ana olandan sonra həyatı, insanlara daha çox qayğı ilə yanaşırsınız. Vüsalə necə anadır?

- Qızım Dilək mənim həyatım, canım, hər şeyim, başımın tatlı bəlasıdır. Gün ərzinin bütün yorğunlunu, stressini onunla unuduram. Zəng edib “Ay mama, hələ gəlmirsən?” deməsi mənə həyat verir. Bilirəm ki, məni kimsə sevir, axtarır. Ana olmadan öncə bacılarımı qısqanırdım. Bacımın qızı bacımı bərk qucaqlayıb içdən öpəndə qısqanclıq hissi keçirirdim. Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq? “Sənsiz ölərəm” deyən adam da övlad qədər insanı sevə bilməz. Valideynlər gərək övladlarına sevgi versin, onlara qarşı biganə olmasın.

- Cəmiyyətimiz həyat yoldaşı vəfat edən və ya boşanan qadınlara ikinci şans vermək istəmir. Növbəti dəfə ailə qurmaq istəyən xanımlara qarşı aqressiya var. Sizin də gənc yaşda ailəniz dağılıb. Yenidən ailə qurmaq istəmirsiniz?

- Əvvəl deyirdim ki, ikinci dəfə ailə qurmaram. Cəmiyyətimiz qadınlara qarşı biganə yanaşır. Qadınlar qınaq obyekti olmamaq üçün növbəti dəfə ailə qurmaqdan qorxurlar. Mənə də müxtəlif məsləhətlər verirlər. Bəziləri “Yenidən ailə qur”, bəziləri “Qız anası ərə getməz, övladın üçün yaşa” deyir. Hər şey qadının özündən asılıdır. Ağlı başında olan xanım ailə də qurar, övladı ilə əri arasında münasibətləri də tənzimləyər. Özü güclü olmayan və ayaqları üzərində dayana bilməyən qadınlar ailə qurmağa qorxmalıdır. Mən güclü qadınam. Çünki hər şeyimi, qazandığım hörməti, məşhurluğu, işimi yenidən geri qaytardım. Hər şeyi yenidən başlamaq mənə sıxıntılı günlər yaşatdı, lakin daima güldüm. Dəstək olsunlar deyə heç kimə sığınmadım. Mənim yerim boş idi, 10 gün efirdə olmayanda unudulanlardan deyiləm.

- Bu aralar həmkarlarınız biznes qurmağa üstünlük verirlər. Sizin ikinci işlə məşğul olmaq planınız var?

- 50-60 yaşıma kimi aparıcılıq etmək fikrim yoxdur. Uşaqlıqdan xəyalımda biznes-layihə var, ona da maliyyə dəstəyi lazımdır. İşimi qurub televiziyadan uzaqlaşacam. İndi vəziyət elədir ki, hansısa işə 5-10 min yatıra bilmərəm. Dünya biznesmenləri belə yatırım etmirlər. Yaxın gələcəkdə özümə uyğun karyera quracağam. Üzü danlaqlılardan olmaq istəmirəm, vaxtında getmək istəyirəm.

- Televiziyaya yeni simalar gəlmir. İllərdir ki, eyni teleaparıcılar efirdədir. Eyni simaları görmək də insanların televiziyaya olan marağını azaldır.

- Bu fikirlə razıyam, televiziyada qıtlıq var. Yararlı olmayan aparıcı televiziyadan getməlidir ki, bacarıqlı gənclərə yol açılsın. O qədər bacarıqlı gənclərimiz var. Onlar teleməkana gəlsələr, irəliləyişlər olar. Hər dövrün adamı var. Biz gənclərə dəstək olmalıyıq. Təəssüf ki, həmkarlarımın 90%-i gənclərə paxıllıq edir. Televiziyanın inkişaf etməsi üçün istedadlı insanlara yol açılmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru