"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                 

"Adam təhsil alıb, bəs niyə bu qədər dar düşüncəyə malikdir?"
Tarix: 19-08-2021, 11:22 | Çap et
"Adam təhsil alıb, bəs niyə bu qədər dar düşüncəyə malikdir?"
Müğənnilərin bilik, elm, savadının aşağı olması ilə bağlı sosial şəbəkələrdə, ictimaiyyətdə zaman-zaman müzakirələr olur. Əksər müğənnilərimiz efirdə və yaxud sosial şəbəkələrdə səsləndirdiyi savadsız nitqi, mədəniyyətinə, ədəbi dilin normalarına riayət etməməsi, ən müxtəlif sahələrlə bağlı bilgilərinin, intellektual səviyyəsinin olmaması səbəbindən müzakirə obyektinə çevrilirlər. Çox da uzağa getməyək, tez-tez müşahidə edirik ki, qardaş Türkiyədə əksər sənətçilər yeri gələndə ölkədə baş verən siyasi, sosial məsələlərə bu və digər şəkildə reaksiya verir, vətəndaş mövqeyi ortaya qoyur, müzakirələrə qoşulurlar.

Əlbəttə ki, Azərbaycan reallığı üçün bəzən bu heç də təəccüblü deyil. Məlum məsələdir ki, Azərbaycan müğənnilərinin böyük əksəriyyəti hansısa sahədə özlərini tapmayanda səs imkanları olmasa belə daha asan qazanc yolu - müğənniliyi özlərinə peşə seçmək qərarına gəlirlər. Araşdıranda məlum olur ki, əksər müğənnilər nəinki musiqi, 11 illik orta məktəb təhsilindən başqa heç bir təhsilə malik deyillər. Çox təəssüf ki, bəzən ali təhsili olan müğənnilər belə adi elementar dil qaydalarına riayət edə bilmir. Məsələn, bir müddət bundan əvvəl əməkdar artist Elza Seyidcahanın sosial şəbəkədə “səhv” sözünü “səhf” kimi yazması və sonradan onun səhvini düzəltmək istəyən həmkarlarının da bu sözü düzgün yaza bilməməsi xeyli müzakirə olundu. Və yaxud Damla kimi tanınan müğənni Məsuma Məmmədovanın müsahibə zamanı heç bir alim adı deyə bilməməsi uzun müddət müzakirə obyektinə çevrildi.

Bəs hansı müğənnilərimiz savadlıdır, musiqidən, notdan anlayışı var? Hansılar peşəkar bəstəkarlarla işləyir?

Məsələn, Xalq artisti Aygün Kazımova yarımçıq təhsillidir. Məlumata görə, sənətçi illər öncə Mədəni Maarif Texnikumuna daxil olsa da, sonradan ailə həyatı quraraq, təhsilini yarıda qoyub.

Xalq artisti Bilal Əliyev - onun bioqrafiyası haqda internet resurslarında dərc edilən məlumatda bildirilir ki, sənətçi Asəf Zeynallı adına Musiqi Texnikumunun xanəndəlik fakültəsini bitirib. Bundan sonra isə karyerasına başlayıb. Sənətçi sonradan bioqrafiyasına Azərbaycan Dövlət Mədəniyyət Universitetini bitirdiyini əlavə etsə də, universiteti hansı ildə və hansı fakültəsini bitirdiyi haqda məlumat verməyib. İddialara görə, xalq artisti əslində adıçəkilən universitetə, ümumiyyətlə, daxil olmayıb.

2019-cu ildə Xalq artisti adına layiq görülən 39 yaşlı müğənni Röya Ayxan illər sonra ali təhsil almaq qərarına gəlib. O, 2004-cü ildə hansısa yolla BDU-nin hüquq fakültəsinə daxil olub. Lakin sonradan müğənninin təhsilini yarımçıq qoyduğu barədə məlumatlar yayılmışdı...

55 yaşlı Əməkdar artist Xumar Qədimovanın isə ali təhsili yoxdur.

Müğənni Natəvan Həbibi bioqrafiyasına ali təhsilli olduğunu qeyd etsə də, universitetin adını, fakültəni qeyd etməyib. Belə görünür ki, müğənni ali təhsilə malik olmadığını bu cür gizlətməyə çalışır.

Əməkdar artist Abbas Bağırov Gəncə şəhərində musiqi məktəblərinin birində fortepiano təhsili aldıqdan sonra Tərtər rayonunda yerləşən Maliyyə İqtisad Kollecinə daxil olub. Onun sonradan ali təhsil aldığı barədə məlumat yoxdur.

Əməkdar artisti Eyyub Yaqubov A.Zeynallı adına Musiqi Kollecinin fortepiano sinfini bitirib.

Xalq artisti Tünzalə Ağayeva isə Gəncə Musiqi Kollecini bitirdikdən sonra Bakı Musiqi Akademiyasına daxil olub. Lakin müğənni birinci kursdan təhsilini yarımçıq qoyaraq, ailə həyatı qurub. Qeyd edək ki, Tünzalə Ağayeva öz intellektual səviyyəsi, dünya görüşü, nitqi ilə digər həmkarlarından xeyli fərqlənir.

Populyar müğənni Nadir Qafarzadə də illər sonra Asəf Zeynallı adına Musiqi Texnikumunun opera müğənnisi fakültəsini bitirib.

Əməkdar artist Mətanət İsgəndərli yalnız orta məktəbi bitirib. Həmçinin meyxanaçı Namiq Qaraçuxurlu, Rəqsanə İsmayılova, Şəbnəm Tovuzlu da yalnız orta təhsil alıblar.

Bununla yanaşı, ali təhsilli, hətta iki diplomlu müğənnilərimiz də var. Məsələn, xalq artisti Flora Kərimova həm Azərbaycan Tibb Universitetini, həm də Milli Konservatoriyanı bitirib.

Xalq artisti Zülfiyyə Xanbabayeva Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib.

Əməkdar artistlər Elza Seyidcahan, Gülüstan Əliyeva, müğənni Nura Suri Bakı Musiqi Akademiyasının məzunlarıdır.

Ali təhsilli sənətçilərin siyahısında xalq artistləri Faiq Ağayev, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, müğənnilər Vasif Məhərrəmli, İradə İbrahimova, Lalə Məmmədova və digərlərinin adları var.

Tanınmış bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Ümumiyyətlə, təkcə musiqidə deyil, istər həkimlik, istərsə də bağban və digər sahələrdə bəzən o qədər dar düşüncəli insanlarla qarşılaşıram, buna şok oluram. Öz-özümə sual verirəm ki, adam təhsil alıb, bəs niyə bu qədər dar düşüncəyə malikdir? Hər kəs özünü inkişaf etdirməyə borcludur. Çünki elə bir dövrdə yaşayırıq ki, bu bir tələb kimi hər birimizin boynuna düşür.

Əlbəttə ki, bir sənətçi olaraq bir xalqı, dövləti ən geniş auditoriyada biz təqdim edirik. Yəni bu sahədə bizim imkanlarımız daha çoxdur. Ona görə də biz daha çox dünya görüşünə, intellektual səviyyəyə malik olmalıyıq.

Bəzən sənətçilərə çağırış edilir ki, kitab oxuyun. Amma kitab oxuyanda da nə oxuduğuna, kitabda olanların nəyi təbliğ etdiyinə diqqət etmək lazımdır.

Və yaxud çalışmaq lazım deyil ki, süni şəkildə hansısa universitetin diplomuna sahib olasan. Ali təhsilin olmasa da elmi cəhətdən peşəkar insanlarla ünsiyyətdə olub, onlardan öyrənmək olar. Məsələn, bəzən musiqi savadı olmayan müğənnilər peşəkar bəstəkarlarla işləyəndə böyük bir məktəb keçmiş olurlar. Peşəkar bəstəkar illərlə əldə etdiyi bilgiləri müğənniyə ötürür və bu bilgilər həmin müğənniyə böyük imkanlar yaradır. Peşəkar bəstəkardan qaçanlar, asan yolla nəyisə əldə etməyə çalışanlar sonda həmişə uduzur".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru