"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                 

"Biz təkcə torpaqlarımızı itirmədik, qızıl səslərimizi də itirdik"
Tarix: 27-08-2021, 08:49 | Çap et
"Biz təkcə torpaqlarımızı itirmədik, qızıl səslərimizi də itirdik"
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. Qarabağın işğalı milli-mənəvi dəyərimiz olan muğamımıza da təsirsiz ötüşməyib.

Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, Qarabağımızın işğalı gözəl səslərimizin itirilməsinə gətirib çıxardı. Bir milyona yaxın qaçqın Azərbaycanın başqa bölgələrində məskunlaşdı. Nəticədə muğamımız dəyərli səslərini itirdi. Xalq artisti Qarabağın işğalının muğamımıza təsirinin nəticəsini Muğam müsabiqəsində hiss etdiyini söyləyib:

"Azərbaycan muğam sənətinin korifeylərinin böyük bir qismi Qarabağdan çıxıb. Muğam müsabiqəsində münsiflər heyətində iştirak elədiyimə görə görürdüm ki, Qarabağ bölgəsindən səs gəlmirdi. Çünki yetişmirdi. Biz işğal vaxtı təkcə torpaqlarımızı, tarixi abidələrimizi, evlərimizi itirmədik, eyni zamanda muğamımız gözəl səslər itirib".
Xalq artisti əlavə edib ki, 2005-ci ildə Heydər Əliyev Fondu, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən muğam müsabiqələrinin keçirilməsi muğamımızı dirçəltdi. Bu vaxta qədər 7 Muğam müsabiqəsi keçirilib. Həmin müsabiqənin nəticəsində onlarla muğam ifaçısı səhnəmizə gəldi: "Artıq onların fəxri adları var. Onlar artıq operamızın səhnəsində çıxış edirlər. Eyni zamanda Dövlət Televiziyamızın solistləridir. Bizimlə bərabər nəinki Azərbaycanda, dünyada da ləyaqətlə təmsil edirlər. Bundan sonra Beynəlxalq muğam müsabiqələrinə start verildi. 6 Beynəlxalq muğam müsabiqəsi keçirilib".

2008-ci ildə Beynəlxalq Muğam Mərkəzi tikilib. Ondan sonra Ağcabədidə, Ağdamda, Füzulidə və Sumqayıtda muğam mərkəzləri tikildi. Bu gün muğam bütün dünyada tanınır və sevilir. M.İbrahimovun fikrincə, qarabağlılar öz torpaqlarına geri qayıtdıqdan sonra muğam öz çiçəklənmə dövrünə qayıda bilər: "Çox şükür ki, Ali Baş Komandanımızın sayəsində, qazilərimiz və şəhidlərimizin qanı, canı bahasına Qarabağımız artıq azaddır. Artıq muğamımız Qarabağımızda səslənir. May ayında təşkil olunan "Xarıbülbül" festivalında artıq bütün dünya buna şahid oldu. Düşünürəm ki, həmin torpaqların insanları öz torpaqlarına qayıdandan sonra muğamımız əvvəlki intibah dövrünə geri qayıdacaq".

Xalq artisti Nəzakət Teymurova bildirir ki, Qarabağın işğalında ən çox itirən muğam sənəti olub. Bu 30 ildə o torpaqlarda insanlar doğulmadı, o torpaqlardan səslər gəlmədi. Muğamımız keyfiyyətli səs itirdi:

"Az da olsa səs qalıb. Onların da əksəriyyəti o torpaqlardan gələn insanların səsləridir. Qaçqın düşüb, hansısa bölgəmizdə məskunlaşmış insanların səsləridir. Qarabağ ifaçılarının səsini bülbülə bənzədirdilər. Təəssüf ki, bülbül kimi səslərimizi itirdik. Torpaq önəmli bir faktordur. Səs torpaqdan bəhrələnir, ilham alır. O səsləri Allah bizə o torpaqlardan bəxş edib. İndi də var, amma o keyfiyyət yoxdur. Müəyyən vaxt lazımdır ki, o torpaqlar yenidən bizə o səsləri bəxş etsin".
Əməkdar artist Təyyar Bayramov deyib ki, Qarabağın çox möhtəşəm muğam ifaçıları olub. Son dövrlər, demək olar ki, belə musiqiçilər yox idi. Çünki Qarabağ işğal olundu, o qızıl səslərin sahibləri başqa bölgələrimizdə məskunlaşdılar. Onları birləşdirib bir iş görmək mümkün deyildi. Xanəndə pərən-pərən düşmüş qızıl səs sahiblərini bir araya toplamaq istəyib: "Çox istəyirdim ki, dəstək olum, onları bir yerə yığım. Hətta Ağdamda ansambl da yaratmışdım. O ifaçıları bir yerə toplamaqda çox çətinlik çəkirdik. Hamısı pərən-pərən düşmüşdü. Qarabağ işğal olunmamışdan əvvəl Şuşada, Ağdamda məktəblər var idi. Həmin məktəblərin özlərinin ansamblları var idi. Xanəndələr özlərini orada püxtələşdirirdilər. Sonra nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində təşkil olunan festivallarında iştirak etdilər".


Xanəndə təəssüf hissi ilə qeyd edib ki, Qarabağın məşhur "Qarabağ bülbülləri" və "Şur" ansamblı da həmin illərdə dağıldı. Çünki baza yox idi. Həmin ansamblları yetişdirən məktəblər işğal vaxtı viran qaldı: "O məktəblər Bakının hansısa bir küncündə fəaliyyət göstərirdilər. Həmin məktəblərdən də mütəmadi olaraq yaxşı ifaçılar gəlmirdi. İndi az da olsa, var. Amma havanın, mühitin səsin formalaşmasında böyük rolu var. Elə hallar olub ki, səsimdə problem olub, nagüman rayona konsertə getmişəm. Oranın havasını alan kimi səsim dəyişib, başqa bir səs olub. Oranın soyuq bulaqlarından su içəndə də səsə zərəri olmurdu. Bunu mən Şamaxıda da hiss etmişəm".

Qeyd edək ki, Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru