"Əgər mənə qadağa qoyulubsa, yalançının atası qəbirdə itlə yatsın" - Fərmanqızından şok iddia
Tarix: 4-09-2021, 09:14 | Çap et
“Yay istirahətimi çox gözəl keçirdim. Əvvəl Türkiyəyə getdim, daha sonra isə doğma Azərbaycanımda dəniz kənarında oldum. İşimi də instaqram sosial şəbəkəsində davam etdirdim, reklamlar edib, pulumu qazandım. Bu da bir işdir də. İnstaqramdan orta hesabla aya 9-10 min manat qazanıram. Dəniz kənarında təmiri tamamlanan evim var, demək olar ki, bütün hər şeyini reklamla edirəm. Məsələn, 2 min manatlıq qapı, yaxud digər texniki avadanlıq reklam edirəmsə onun pulunu almıram, həmin şirkət də bunun müqabilində gəlib evin qapısını qoyur, texniki işlərini pulsuz edir. Buna görə də mən xalqa minnətdaram. Mən xalqa deməmişəm ki, məni izləyin, izləməyə də bilərdilər. Məni xalq sevib, seçir, etimad göstərib 1 milyona yaxın insan izləyirsə, mən də o izləyicilərin sayına görə forslanıb, reklam təklif edənlərə baha qiymət deyirəm (gülür). İzləyici sayım 200-300 min olarsa, mən reklamçılara baha qiymət deyə bilmərəm, adama deyərlər ki, izləyicisinə bax, təklif etdiyi qiymətə bax. Mən 3 il ərzində bu qədər reklam olunub, izləyici yığa bilmişəmsə bu da mənə xalqımızın inamı, etimadıdır. Ona görə də sizin vasitənizlə xalqımıza təşəkkür edirəm”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib. O daha sonra əlavə edib. “Bu gün Azərbaycan şou-biznesində gündəmdə olan 6-7 xanım müğənnilərindən biriyəm. Çoxu da dostumdur. Telefonu götürün əlinizə, bir-bir şəxsi nömrələrinə zəng edin, əgər onlar da mənim kimi telefonu özləri götürüb, hamı ilə danışsa sözümü geri götürəcəyəm ki, yox, mənim kimi ikincisi də var imiş. Heç biri ilə birbaşa əlaqə yaratmaq mümkün deyil. Bir az məşhurluq hiss edən kimi elə bilirlər ki, bunlar Zeynəb Xanlarovadır. Sizin vasitənizlə həmin müğənnilərə deyirəm ki, telefonlara özünüz cavab verəndə xəncərinizin qaşı düşəcək?! Mən telefon zənglərinə özüm cavab verirəm. İş nömrəmi də instaqrama yazmışam, ona menecerim cavab verir, çünki işlə bağlı zəng edənlər çox olur. Yanında olaramsa özüm də cavab verirəm. Jurnalistlərə də özüm şəxsən cavab verirəm. Çünki sizlərin sayəsində bu yerlərə gəlmişik. Jurnalist müğənnini yerdən göyə də qaldıra bilər, göydən yerə də vura bilər, olduğu yerdə saxlaya da bilər” deyə müğənni bildirib. Afət Fərmanqızı “Ali and Nino” kitab evinin “Klassiklərimiz müasir dövrdə” başlığı ilə paylaşdığı karikaturalardan da danışıb.
“Sözün düzü, həmin karikaturalar haqda eşitmişəm, amma vaxt edib baxmamışam. Klassikləri niyə gülüş hədəfinə çevirirlər? Belə karikaturaların əleyhinəyəm. Mən Nəsiminin qəzəlini sintez edib oxuyanda, xalqa bu cür çatdıranda topa qoyub atırdılar, indi Nəsiminin müasir dövrdə karikaturasını çəkib, gülüş hədəfinə çevirirlər. Halbuki mənim ifamdan sonra 4-5 yaşlı uşaqlar həmin qəzəli əzbər öyrəndilər. Dünyada erməni musiqisindən başqa bütün musiqilər mənə doğmadır. Əgər erməni musiqisinə mahnı oxusaydım məni təhqir etməyə haqları çatırdı. Mən axı oxumaram! Hindistan da bizə dost olan ölkədir, biz Hind musiqi və kinoları ilə böyümüşük. Ona görə də mən bu qəzəli hind musiqisi ilə sintez etmişdim. Mən nə qəbahət iş görmüşdüm ki, bəziləri buna irad bildirirdilər, indi o boyda mütəfəkkirlərin karikaturalarını çəkiblər. Qoy Flora Kərimova, Rasim Balayev indi danışsın da. Niyə danışmırlar? Xalq artistləri bir biznesmen xanımın hədiyyə və pullarına görə mənim üzərimə gəlirdi. Bu onların öz fikirləri deyildi. Hamısını da sübuta yetirmişəm. Adlarını bir-bir demək istəmirəm, onsuz da hamı bilir. Onlar mənim bu mahnı ilə pul qazanmağımı həzm edə bilmirdilər.
Fikirləşirdilər ki, xalq artistiyəm, 30 ildir oturmuşam evdə, amma Afət dünən kənddən gəlib, artıq özünə ev, maşın alıb, pul qazanır. Hamısının başına daşı elə mənim pul qazanmağım saldı. Hətta efirə, redaktorlara hədiyyələr gəlirdi ki, Afəti buraxmayın efirə, qadağa qoyun. Yalan məlumat verdilər ki, guya Afətə efirlər qadağa qoyub. Mən də çıxıb ad çəkmədən dedim ki, əgər mənə qadağa qoyulubsa yalançının atası qəbirdə itlə yatsın. O zaman artıq bu məsələnin üstü açıldı ki, güllə mənə haradan dəyir?! Sonda həmin insan gördü ki, artıq mənə bata bilmir, barışıq, dostluq əlini uzatdı. Allahın istəyi ilə xalqın ucaltdığı sənətçini heç bir bəndə yıxa bilməz. Onun pulu, qüvvəsi mənimkindən çox olsa belə” deyə Afət Fərmanqızı bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
|