“Kino günündə göstərməyə yeni film olmadı” - AXI NİYƏ?!
Tarix: 16-08-2023, 12:24 | Çap et
Avropa Kino Akademiyasının üzvü deyir ki, Azərbaycan kinosunun problemləri çoxdur: “Azərbaycanfilm” kimi unikal sənət ocağına 6-7 aydır ki, dövlətdən maliyyə ayrılmırsa milli kinodakı vəziyyətdən necə rahat olmaq olar?” Kənan Məmmədov milli kinomuzun canlı əfsanələrindən biridir. “Atları yəhərləyin”, “Fəryad”, “Doğma sahillər”, “Təhminə”, “Otel otağı”, “Köhnə bərə”, “Qara gölün cəngavərləri”, “Haray”, “Küçələrə su səpmişəm”, “Qala”, “Qızıl uçurum”, “Qətldən yeddi gün sonra”, “Məhkumlar”, “Ovsunçu”, “İstanbul reysi”... kimi bədii filmlərimizin quruluşçu operatoru olub. Tofiq Tağızadə, Rasim Ocaqov, Şamil Mahmudbəyov, Eldar Quliyev, Oqtay Mirqasım, Ramiz Həsənoğlu kimi görkəmli rejissorlarla çalışıb.
Özünün dediyi kimi, dünyanın o başına -Kanadaya köçsə də, tez-tez Vətənə gəlir, doğma Bakını, doğulduğu İçərişəhəri gəzir, uzun illər çalışdığı “Azərbaycanfilm” kinostudiyasına baş çəkir, bir vaxtlar çiyin-çiyinə işlədiyi insanlarla söhbətləşir, ötən günləri yada salır.
Əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü Kənan Məmmədovla Azərbaycana budəfəki gəlişində görüşdük, Reyting.az-a müsahibəyə həvəslə razılıq verdi.
- Kənan müəllim, o gün sosial şəbəkədə yazışanda bu sualı sizə vermişdim, istəyirəm yenə təkrarlayım. Doğma Vətəndə günlər necə keçir?
- Artıq 6 ildir ki, dünyanın o başına -Kanadaya köçmüşəm, amma harada yaşamasından asılı olmayaraq Vətən insan üçün əzizdir. Mən də Azərbaycanı çox istəyirəm, imkan düşəndə Bakıya gəlirəm. Budəfəki gəlişim şəxsi məsələlərlə bağlı olsa da əlamətdar hadisələrə təsadüf elədi...
- Yəqin ki, kino ilə bağlı yubileyləri nəzərdə tutursunuz?
- Təbii. Bu il milli kinomuzun 125, uzun illər çalışdığım Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının isə 100 yaşı tamam oldu. Yubileylərlə bağlı keçirilən tədbirdə iştirak etdim, sənət yoldaşlarımla, dost-tanışlarla görüşdüm.
İl yarımdan çox idi ki, Vətənə gələ bilmirdim. Şablon kimi çıxmasın, hər dəfə gələndə Bakının necə dəyişdiyini, inkişaf etdiyini görürəm. Amma Bakı çox tünlükdür, sürücülər və piyadalar qaydalara əməl etmirlər. Kanadada tamam fərqli mənzərədir. Buna baxmayaraq Bakı mənə bütün halları ilə maraqlı və əzizdir. Həmişə olduğu kimi, bu dəfə də İçərişəhərə baş çəkdim, mən orda doğulmuşam, orda böyümüşəm axı. İçərişəhərin küçələri həmişə məni özünə çəkir.
- Mən sizi əslən lənkəranlı bilirdim...
- Babam Hacıəli Məmmədov 1900-cü ildə Lənkərandan Bakıya gəlib, o dövr üçün həm savadına, həm də gözəl xəttinə görə Bakı Dumasında işə götürüblər, orda mirzəlik edib. Sonra bir müddət babamgil Lənkərana qayıdıblar, atam Əzizağa kişi orda anadan olub, atam kiçik yaşlarında olanda ailəsi yenidən Bakıda yaşamağa başlayıb. Mən də 1946-cı il oktyabrın 9-da İçərişəhərdə dünyaya göz açmışam.
- Doğma Bakını, İçərişəhəri özünüzün də dediyiniz kimi, dünyanın o başına -Kanadaya dəyişmək qərarı yəqin ki, anidən, birdən-birə verilməyib?
- Sözsüz ki, Kanadaya köçməklə bağlı fikrimi bir günə verməmişəm. Qızımın həyat yoldaşı savadlı, bacarıqlı poliqlotdur, 5-6 xarici dili mükəmməl bilir. O, çalışdığı korporasiyada tenderi udduğuna görə işləmək üçün Kanadaya dəvət aldı və ailəsi ilə ora köçməli oldu. Qızım isə istedadlı pianoçudur, orda musiqi müəlliməsidir. Mən də qızıma çox bağlı bir insanam, gördüm ki, ondan ayrı qalmaq çətindir, belə qərara gəldik ki, xanımımla birgə qızımızın yanına daşınaq.
- Kanadanın hansı şəhərində yaşayırsınız?
- Kürəkənim və qızım Toronto şəhərində işləyirlər, meqapolis olduğundan Torontoda yaşamaq çətindir. Yaşadığımız şəhərin adını kürəkənim belə tərcümə edir - Təzə bazar. Bizim yaşadığımız şəhərdən Torontoya avtomobillə 35 dəqiqəlik yoldur, sakit, ekoloji cəhətdən təmiz, yaşıllıqların içərisində salınan bir şəhərdir.
- Söhbətimizin əvvəlindəki sualı bu dəfə başqa cür səsləndirim. Kənan müəllimin qürbətdə günü necə keçir?
- Qızımgil meşənin kənarında ev alıblar, təbiətin qoynunda dincəlirəm özüm üçün.
Mən 2008-ci ildən pensiyaya çıxsam da, ondan sonra quruluşçu operator kimi 6 filmdə işləmişdim, işləmək üçün yenə enerjim, sağlamlığım imkan verirdi. Sadəcə, bizim kinoda nəsil dəyişikliyi baş verdi, birgə çalışdığım rejissorların əksəriyyəti dünyasını dəyişdi, “Azərbaycanfilm”də də işlər demək olar ki, dayandı.
Yaradıcı işlə məşğul olan adam üçün sənətdən ayrı qalmaq çətindir, bir yandan da bayaq dediyim kimi, qızım üçün darıxırdım, ona görə də köçüb getməli oldum. İndi də orda həm dincəlirəm, həm də sözsüz ki, kino adamı kimi dünyada bu sahədə gedən prosesləri, yenilikləri izləyirəm.
Bugünkü cavanlar ola bilsin, yaxşı tanımır, mən axı həm də Avropa Kino Akademiyasının üzvüyəm. Rüstəm İbrahimbəyovla eyni vaxtda bu nüfuzlu quruma üzv qəbul edilmişik, sadəcə, rəhmətlik Rüstəm müəllim akademiyaya seçiləndə hələ Rusiya vətəndaşı idi. Yəni deməyim odur ki, Azərbaycandan ilk dəfə mən həmin quruma seçilmişəm.
Avropa Kino Akademiyasının müxtəlif ölkələrdə keçirilən tədbirlərinə üzvü kimi qatılaram, müzakirələrdə iştirak edirəm. Sonuncu iştirak etdiyim belə tədbir ötən ilin sonunda İslandiyanın paytaxtı Reykyavikdə keçirildi, yeni filmlərə baxıb müzakirə etdik, nominasiyaların qaliblərini seçdik. Çox istərdim ki, onların arasında nə vaxtsa Azərbaycan filmi də olsun, amma hələ ki, bu arzunu reallaşdırmaq mümkün deyil.
- Bizim kino sahəsində yenilikləri necə, izləyə bilirsinizmi?
- Əlbəttə izləyirəm, cavanlar nələrisə etmək istəyir. Amma onların çəkdikləri teleserialların bədii keyfiyyəti bir peşəkar kimi məni qane eləmir. Ümumiyyətlə, bu sahədə çoxlu problemlərin olduğu görünür. Milli Kino Günü ilə bağlı keçirilən tədbiri yarımçıq tərk etməli oldum, özümü çox pis hiss elədim?
- Niyə?
- Kino günündə göstərməyə yeni film olmadı, heç vaxt belə vəziyyət yaranmamışdı. Kinosuz da kino günü olar? Bunun özü göstərir ki, problemlər çoxdur. “Azərbaycanfilm” kinostudiyası kimi böyük ənənəsi olan bir unikal sənət ocağına 6-7 aydır ki, dövlətdən maliyyə ayrılmırsa milli kinodakı vəziyyətdən necə rahat olmaq olar? Mən dəqiq bilmirəm ki, kinomuza konseptual yanaşma necədir, nələri düşünürlər? Bəziləri deyir ki, kinostudiya baza kimi qalsın, ayrı-ayrı prodakşnlar orda film çəksinlər. Öz-özlüyündə pis təklif deyil, amma əvvəlcə gəlin görək kinostudiyanın buna texniki imkanları çatırmı, sexlərdə vəziyyət müasir tələblərə cavab verirmi, yüksək səviyyəli mütəxəssislər varmı? Bunlar yoxdur axı.
- İstedadınıza, təcrübənizə görə kinomuz, ümumiyyətlə incəsənətimiz üçün qənimət insanlardansınız. Rəsmi dairələrdən kinomuzun gələcəyi ilə bağlı fikirlərinizi, təkliflərinizi soruşan olubmu?
- Ömrümün 45 ilini milli kinomuza həsr etmişəm, 28 bədii filmin quruluşçu operatoruyam, xoşbəxt adamam ki, böyük rejissorlarımızla çalışmışam. Bu gün milli kinomuzu inkişaf etdirmək üçün xüsusi bir model, yol axtarmaq, nə bilim baş sındırmaq lazım deyil. Necə deyərlər, velosiped icad etməyə ehtiyac yoxdur. Birinci növbədə dövlət kinoya maliyyə ayırmalı, bununla da göstərməlidir ki, sahənin dirçəldilməsində maraqlıdır. Onsuz da biz bu gün Hollivudla rəqabət aparmaq gücündə deyilik.
O ki qaldı rəsmi şəkildə görüşməyə, təklif verməyə, nə deyim vallah... Mədəniyyət naziri yenə dəyişdi, başqa komanda gəldi, mən də onların heç birini tanımıram.
Bu dəfə Bakıya gələndə həmişəki kimi doğma kinostudiyamıza baş çəkdim, direktor Nazim Hüseynovla görüşüb söhbətləşdim, indiki durumu öyrəndim. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda bir yerdə oxuduğum gözəl operatorumuz və rejissorumuz Hüseyn Mehdiyevin rəhbərlik etdiyi Professional Kinorejissorlar Gildiyasına baş çəkdim, Hüseynlə fikir mübadiləsi apardıq.
- Maraqlıdır, Kənan müəllim hər dəfə kinostudiyanın qapısından içəri daxil olanda hansı hissləri keçirir?
- Əsas qapıdan keçən kimi üzbəüz binadakı ağ rəngli pəncərəni gözüm axtarır. Çünki ora mənim iş otağım olub. Nostalji hisslər keçirirəm. Yadıma düşür ki, çəkiliş qrupu səhər tezdən toplaşıb şən əhval-ruhiyə ilə minirdik avtobuslara, gedib natura çəkilişləri aparırdıq. Gecə də yorğun-arğın, lakin işimizdən razı halda qayıdırdıq kinostudiyaya. Ömür keçir, həmin insanların əksəriyyəti artıq həyatda yoxdur. Bəziləri də kinostudiyanın durğunluq dövründə gedib başqa sahələrdə iş-güc tapıblar.
Kinostudiyamıza hər gələndə birgə işlədiyim Tofiq Tağızadəni, Rasim Ocaqovu, Eldar Quliyevi, Fikrət Əliyevi yad edirəm.
Moskvada təhsilimi başa vurub 1976-cı ildə Bakıya qayıdanda Rasim Ocaqovun məşhur “Ad günü” filmində ikinci operator oldum. Düz iki il müxtəlif mövzularda sənədli filmlər işlədim. Bir gün səhər kinostudiyaya gələndə dedilər ki, Tofiq Tağızadə səni axtarır. Tofiq müəllim kimi korifey rejissorun gənc bir operatorla maraqlanması kino aləmində sıradan bir hadisə deyildi. Tofiq Tağızadə mənə İsi Məlikzadənin ssenarisini verdi və dedi ki, istəyirəm yeni filmimin quruluşçu operatoru sən olasan. Beləliklə, böyük kinoda “Evdə kişi var” filmi ilə debüt etdim. Tofiq müəllim həmişə deyirdi ki, maraqlı bir layihəm var, onu səninlə birgə işləyib kinodan gedəcəm. Amma heyf ki, həmin arzusunu həyata keçirə bilmədi.
Rasim Ocaqovla 4 film üzərində birgə işlədik. Ümumiyyətlə, Rasim müəllim kimi nəhəng rejissorla qarşılaşmağım, onunla çalışmağım mənim kino həyatımda mühüm bir hadisə oldu.
1999-cu ildə onunla “Otel otağı” bədii filmini çəkdik. Bu, Rasim müəllimin sonuncu filmi idi, çünki “Otel otağı”nı təhvil verəndən sonra xəstələndi, daha heç bir film çəkə bilmədi. Amma böyük planları, ideyaları var idi, hər dəfə görüşüb müzakirə edir, hazırlaşırdıq. Təəssüf ki, nəhəng sənətkar rəhmətə getdi və birgə planlarımız yarımçıq qaldı.
“Axırıncı dayanacaq” filmi isə kinoda sonuncu işim oldu. Həmin ekran əsərini 2014-cü ildə mərhum Fikrət Əliyevlə birgə işlədik...
- Dediyiniz kimi, həm sovet, həm də müstəqillik illərində kinomuzdakı ən görkəmli rejissorlarla birgə çalışmaq sizə nəsib olub. Belə bir məşhur rejissorumuz varmı ki, onunla işləmək istəmisiniz, amma alınmayıb?
- Çox görkəmli bir kino rejissorumuz var idi, onunla işləməyi çox arzulamışdım. Həmin şəxsin adını çəkməzdən əvvəl bir hadisəni danışım. 1990-cı il idi, Rasim Ocaqovla “Qətldən yeddi gün sonra” adlı bədii filmimizi təhvil vermək üçün Moskvaya getmişdik. “Kino Evi”ndə banket oldu, həmin rejissorla yanaşı oturmuşduq. Məni təbrik elədi, film barədə, operator işindən xoş sözlər söylədi. Dedi ki, Kənan, əla bir ssenari var, biz səninlə hökmən o filmi çəkməliyik. Həmin rejissor görkəmli həmyerlimiz, Vyetnamda milli kinonu yaradan, sonralar SSRİ Xalq artisti kimi ən nüfuzlu fəxri ada layiq görülən Əjdər İbrahimov idi. Çox istəyirdim ki, belə bir insanla işləyim, amma Əjdər müəllimlə birgə film çəkmək arzum həyata keçmədi.
- Son vaxtlar bizdə quruluşçu operatoru təsvir rejissoru kimi təqdim edirlər. Şəxsən mənim dilimə yatmır, məsələn, təsvir rejissoru Kənan Məmmədov...
- Mənim fikrimi öyrənmək istəyirsinizsə, əslində doğru seçimdir. Moskvada görkəmli professor Aleksandr Vladimiroviç Qalperinin emalatxanasında təhsil alanda sənət müəllimim də “operator” ifadəsi ilə razılaşmırdı, deyirdi ki, fermada inəyi aparatla sağan qadına da, neft-kimya sahəsində çalışana da, kino çəkəndə bizə də operator deyirlər. Şəxsən mən də hesab edirəm ki, təsvir rejissoru uğurlu ifadədir, məzmun etibari ilə işimizi tam əhatə edir, görünür bizimkilər Amerika variantını seçiblər. Yəqin ki, Amerika və Avropada istehsal olunan filmlərə diqqət etmisiniz, titrlərdə “quruluşçu operator” deyil, “kamera” sözü yazılır.
- Kənan müəllimin fikrincə 125 illik milli kinomuzun 10 ən yaxşı filmi hansılardır?
- Bu çox geniş və əhatəli cavab tələb edən sualdır. Mən bir mütəxəssis kimi adını çəkəcəyim hər bir filmi gərək geniş təhlil edim. Bəlkə bu sualı saxlayaq növbəti müsahibəmizə? İnşallah, gələn dəfə Kanadadan qayıdanda bu barədə ayrıca müsahibə edərik.
- Növbəti dəfə doğma Bakıda görüşənədək!
Etibar CƏBRAYILOĞLU Reyting.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|