ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                 

“Çox təəssüf ki, gözü yumub, qələmi çəkir və bir neçə aparıcını işdən çıxarırlar... ” - ”Space TV"də `YARPAQ TÖKÜMÜ`
Tarix: 2-09-2023, 08:32 | Çap et
“Çox təəssüf ki, gözü yumub, qələmi çəkir və bir neçə aparıcını işdən çıxarırlar... ”
Xəbər verdiyimiz kimi, son günlərdə xeyli sayda aparıcı “Space TV”ni tərk edib. Aparıcılar ya özləri işdən ayrılıb, ya da heç bir səbəb göstərilmədən işlərinə xitam verilib.

Ötən gün adıçəkilən televiziyanın tanınmış simalarından biri olan aparıcı Rövşanə Ağasəfqızı da işindən ayrıldığını açıqladı. Aparıcı axşam.az-a açıqlamasında heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib:

“Hazırda məzuniyyətdəyəm. Bu gün ”Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram".

Rövşanə Ağasəfqızından bir gün öncə isə tanınmış aparıcı Fariz İlyasov bu kanalla yollarını ayırdığını açıqlayıb. “Dəyərli izləyicilərim və dostlarım, bu gündən etibarən çalışdığım ”Space TV" ilə yollarımızı ayırdıq. Qismət olsa, yeni layihələrdə görüşərik", - deyə Fariz İlyasov qeyd edib.

Xatırladaq ki, “Space TV”nin rəhbərliyi bu ilin fevral ayının əvvəlində dəyişmişdi. Həmin vaxt “Space TV”nin rəhbəri Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və “Lider” telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovin gətirildi.

Qeyd edək ki, Vado Korovin əsasən “Şən və Hazırcavablar” klubunda (KVN) “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb. Onun Space TV-yə rəhbər gətirilməsi xeyli müzakirələrə səbəb olmuşdu.Əksəriyyət bu təyinatın da uğursuz olacağını, digərləri isə əksini deyirdi. Amma bu bir faktdır ki, Vado Korovin rəhbərliyə gələndən bu günə qədər xeyli sayda tanınmış tele-aparıcı kanalı tərk edib.

Onlardan biri aparıcı Ceyhun Səfərdir. O, televiziyadan getməyinin səbəbini bu cür açıqlamışdı:

“Bir müddət ”Space" TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə “Space”dən ayrıldım.

Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni “Space”də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. “Space” TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm".

Məşhur aparıcı Turan İbrahimov isə yeni rəhbərlik təyin olunandan 2 həftə sonra televiziyadan getdiyini açıqlamışdı:

“İki həftə əvvəl verdiyimiz qərardır. ”Space" TV-dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram".

Yeni rəhbərlik gələn kimi “Space TV”də işindən ayrılan jurnalistlərdən biri də aparıcı Kamil Eldaroğlu oldu.

Tanınmış aparıcı Elçin Əlibəyli, Nübar Əbil də televiziyanı tərk edən məşhur simalar arasındadır.

17 il adı çəkilən kanalın simalarından biri olan Zamirə Dadaşovanın isə televiziyadan qalmaqallı gedişi uzun müddət müzakirə mövzusu oldu. Aparıcı heç bir əsası olmadan, qanunsuz şəkildə televiziyadakı işinə xitam verildiyini bildirmişdi.

“İlk iş yerim AzTV - 10 il, ikinci iş yerim ”Space TV" - 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də ayrıla bilməmişəm. Düzələr deyib, davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum “Açıq söhbət” verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Və əlbətdə əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır həm də məni üzən. Təəssüf pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar", deyə aparıcı sosial şəbəkədə qeyd etmişdi.

Bəs ekspertlər “Space TV”də gedən son istefa dalğasını necə dəyərləndirir? Tanınmış simaların televiziyanı tərk etməsi nə ilə nəticələnə bilər?

DİA.AZ bildirir ki, məsələ ilə bağlı tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Əlbəttə, belə hadisələri eşidəndə üzülürük. Çünki bir televiziya üçün bir aparıcı yetişdirmək çox çətindir. Şəxsən mən uzun illər televiziyada işlədiyim müddətdə onlarla hazırda televiziya məkanında çalışan insanların yetişməsinə əmək sərf etmişəm və onların kanal dəyişməsini ürək ağrısı ilə seyr edirəm.

Bu cür hadisələr təkcə “Space TV”də deyil, digər televiziyalarda da müşahidə olunur. Çox təəssüf ki, gözü yumub, qələmi çəkir və bir neçə aparıcını işdən çıxarırlar. Fikrimcə, bizdə jurnalistlərin bu mənada müdafiə sistemi yoxdur, onlar çox köməksizdir. Yəni, onları müdafiə edən struktur yoxdur, özləri də birləşib, nəsə bir şey əmələ gətirə bilmirlər.

O ki qaldı “Space TV”nin bundan sonra vəziyyətinin necə olacağına, məlum olduğu kimi bu kanal tez-tez rəhbər dəyişən strukturdur. Hesab edirəm ki, Etibar Babayevdən sonra “Space TV” ümumiyyətlə bir qeyri-müəyyənlik zolağına düşüb. Yəni, yeni kimsə gələndə müəyyən hərəkətlər etməyə çalışır. Təbii ki, istəyirlər ki, yaxşı olsun, amma istəklər məsələni həll etmir. Yaradıcılıq, idarəçilik azadlığı mühüm rol oynayır. Ona görə də “Space TV”nin bundan sonra necə olacağını demək mümkün deyil.

Amma deyə bilərəm ki, “Space TV”nin hazırda rəhbərliyində olan adam yaradıcı adamdır, xüsusən şou aləminə bələddir, intellektualdır, ümid verir ki, hər halda nələrsə edə biləcəklər. Amma nə olacaq, bunu yaxın zaman göstərəcək".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru