"Çox təəssüflər olsun ki, “Kəndimiz” mahnısı anamın ilk və son işi oldu"
Tarix: 22-09-2023, 09:27 | Çap et
“Anam “Ögey ana” filmində “Kəndimiz” mahnısını ifa edib. Amma heç vaxt üzə çıxıb deməyib ki, mən bu mahnını oxumuşam. Çünki belə şeyləri sevmirdi. Uzun illər bu hamıya sirr kimi qaldı. Ona görə də deyirdilər ki, mahnını elə İsmayıl obrazının ifaçısı Ceyhun Mirzəyev oxuyub. Biri deyirdi ki, Şövkət xanım, Sara xanım ifa edib. Düzdür, bilənlər bilirdi ki, bu mahnını anam oxuyub. Anam tanınmış, ziyalı nəslin ocağına gəlin gəlmişdi. Mirmövsüm Ağanın qohumları idi. Nənəm baş həkim, babam energetik işləyirdi. Atam Xətai rayonunun deputatı idi. Onun üçün də o vaxt oxuyana, müğənniyə pis baxırdılar. Anama müğənni olmağı atası qadağan etmişdi” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filmindəki “Kəndimiz” mahnısının ifaçısı Məsumə Atamovanın oğlu Atamzadə Mirnail deyib. O bildirib ki, anası hər zaman məşhur müğənni olmaq arzusuyla yaşayıb. “Anamın arzusu idi hamı bilsin ki, “Kəndimiz” mahnısını o oxuyub. Atam sonralar anama icazə verirdi ki, oxusun. Hətta atam onu bəstəkar Ələkbər Tağıyevin yanına da aparmışdı. Sadəcə olaraq artıq başı ailəyə, övladlarına qarışmışdı. Müğənni olmaq arzusuyla yaşayırdı anam. Çox təəssüflər olsun ki, “Kəndimiz” mahnısı anamın ilk və son işi oldu. Anam uşaq yaşlarından oxumağa meylli idi. Bütün uşaqları yığıb kukla tamaşaları göstərər, konsertlər verərdi. Babam anamın müğənni olmaq istəyini biləndə ona qarşı çıxıb. Anam məktəbdə oxuyanda rus dili müəllimi onun istedadını görür və babamdan anamı “Pionerlər evi” nə yazdırmağı xahiş edir. Babam razılıq verir. Anam həmin “Pionerlər evi” n də Əfsər Cavanşirovdan dərs alır. Əfsər müəllimlə “Ögey ana” filminin bəstəkarı Tofiq Quliyev yaxın dost olublar. Bir gün Tofiq müəllim Əfsər Cavanşirova zəng edib filmdə istifadə etmək üçün uşaq səsinin lazım olduğunu deyir. Əfsər müəllim də ora anamı göndərir. Anam danışırdı ki, Tofiq Quliyev onun səsini çox bəyənib. O həmin mahnını estrada orkesri ilə mikrofonsuz oxuyub. Əlbəttə ki, orada elə boğazlar, xırdalıqlar var ki, anam çətinlik çəkib. Amma nəticəsi gözəl olub. Anam bu mahnını Moskvada rus dilində də oxuyub” deyə sənətçinin övladı bildirib.
Məsumə xanımın övladı bildirib ki, anası “Ögey ana” filmində İsmayıl obrazını oynayan Ceyhun Mirzəyevlə bir məktəbdə oxuyub. “Ceyhunla anam bir məktəbdə oxuyublar. Hətta gözəl ünsiyyətləri də olub. Anam danışırdı ki, məktəb illərində hamı kimi o da Ceyhunun filmdə çəkilməsinə böyük qibtə ilə baxırdı. Ceyhun da anama deyib ki, mən kinoya çəkilirəm, sənin isə gözəl səsin var. Ceyhunla anam illər sonra “Beşmərtəbə” deyilən yerdə rastlaşıblar. Hətta anama təklif edib ki, çəkdiyi filmlərdə həm aktrisa, həm də müğənni olaraq rol alsın. Anam bu dəfə də babama-nənəmə görə yenə də razılıq verməyib. Anamı hətta “Ögey ana” filmində uşaqlardan biri kimi də çəkmək istəyiblər. O da alınmayıb. Anam sonralar deyirdi ki, müğənni olmadığıma görə peşman deyiləm. Çünki bilirdi ki, bu sənətdə bir-birinin yolunu kəsənlər çox olur. O da bunlardan qorxurdu. Həmişə özünə təsəlli verirdi. Deyirdi ki, müğənnilər var ki, 100 mahnı oxuyur, heç biri yadda qalmır, amma mən bir mahnı ilə tarixə düşmüşəm. Uzun illər keçməsinə baxmayaraq o yenə də “Kəndimiz” mahnısını eşidəndə kövrəlirdi. Bəzən evdə oxuyurdu da. Deyirdi ki, mən öləndən sonra da bu mahnı yaşayacaq” deyə sənətçinin övladı bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|