“Şəraitsiz evdə yaşayıram, vanna qoyub evdə çimirəm”
Tarix: 25-09-2023, 08:17 | Çap et
Minayə Laçınlı! Onu tamaşaçılar “Tanıdım səni” layihəsindən sevib tanıdılar. O ölkəmizdə zurna alətinin ilk və tək qadın ifaçısıdır. DİA.AZ bildirir ki, moderator.az-a açıqlama verən Minayə xanım zurna aləti ilə tanışlığını belə xatırlayıb. “İstedadımı atam kəşf edib. Dünyaya gələndə bu aləti gördüm, səsini eşitdim. Atam məni istiqamətləndirdi, müəllimlik etdi. Sözün düzü ilk dəfə bu aləti əlimə götürəndə yerə qoydum. Çünki həm səs baxımından güclüdür, həm də nəfəs baxımından güc tələb edən musiqi alətidir. Düşündüm ki, xanım üçün çətin olar. Vaxt-zaman keçdikcə hər şey yerini aldı. Bu alətin ilk və tək qadın ifaçısıyam. Qadın klarnet ifaçısı var, amma zurna ifaçısı yoxdur. Bəzən paylaşım edəndə yazırlar ki, bu alət qadın üçün deyil. Amma məni dəstəkləyənlər çoxdur. Əgər normal ifa edirəmsə, niyə də etməyim?! Düşmənlər bu aləti öz adlarına çıxarmaq istəyirlər. Düşünürəm ki, peşənin qadını, kişisi yoxdur. Əsas o sahədə uğur qazanıb, məsuliyyətli olmaqdır. Tamaşaçılar məni “Tanıdım səni” layihəsindən tanımağa başladılar. “Tanıdım səni-2” layihəsinin anonsları efirdə getməyə başlayanda içimdə ümid yarandı ki, mən də o yarışmada iştirak edəcəyəm. Onlar istedadlı insanları gəlib rayonlardan seçirdilər. 2012-ci il may ayının 26-da məni gəlib Ağcabədidə seçdilər. Böyük bir izdiham var idi. Zaur Baxşəliyev başda olmaqla bütün münsiflər mənə “hə” dedi” deyə o bildirib.
Minayə Laçınlı bildirib ki, şəraitsiz evdə yaşayır. “Görmə əngəlli olsam da bu sənəti seçdim. Təəssüf ki, mən bu gün sənətimi, yaradıcılığımı istədiyim kimi davam etdirə bilmirəm. Bunun bir neçə səbəbi var. Birinci səbəb mənim şəraitsiz evə yaşamağımdır. Mən qaçqın gələndən Ağcabədi rayonunda məskunlaşmışam. Laçın rayonundan məcburi-köçkünəm. 31 ildir ki, Ağcabədi rayonunda köhnə, uçuq yataqxanada yaşayıram. Çox bərbab vəziyyətdəyəm. Hər şey uçur, tökülür. Adicə sanitar qovşaq belə yoxdur. Mən vanna qoyub evin içində başımı yuyuram. Burada yaşamaq mənim üçün çox çətindir. Həm səhhətimə görə çətindir, həm də sənətimə görə. Bu şəraitsiz yerdə mən özüm-özümü doğru-düzgün idarə edə bilmirəm. Yataqxanada yaşadığım üçün zurna aləti ilə məşqlər etmək müşkül məsələdir. Səs-küy qonşuları narahat edə bilər. Rayonda qalmağımın özü mənim həm səhhətim, həm də sənətim üçün çətinliklər yaradır. Bakıya gəlib vaxtı-vaxtında müayinələrdən keçə bilmirəm. Gözümdə dəhşətli ağrılar olur. Ara-sıra Bakıda tədbirlərə dəvət alıram. Gedib iştirak edə bilmirəm. Sağ olsun Xuraman xanım Şuşalı bu mövzuda mənə böyük dəstək göstərir. Heç olmasa Bakı şəhərində bir otaqlı evlə təmin olunsaydım problemlərimin əsas qismi həll olmuş olardı. Bəlkə də mən şəfa tapmış olardır. Yazılı və şifahi şəkildə aidiyyatı qurumlara müraciət etsəm də, bir cavab hələ ki, gəlməyib. Problemlərimin heç biri həll olunmayıb. Bu günlərdə Laçında şəhər günü qeyd edildi. Təəssüf ki, mən ora da çağırılmadım. Gözüm qaldı.. Heç bir sənətçimizdən dəstək görmürəm. Sənətimlə maddi gəlir qazanmalıyam ki, başqa problemlərimi həll edim. Keçən il İsrailə göz müalicəmlə bağlı sənəd yolladım. Həkimlər 70-80 faiz görməyimə şans veriblər. Daha dəqiq proqnozu mən gedib orada müalicə olunandan sonra deyə bilərlər. Mənim ora getməyim üçün 17 min manat lazımdır. Əgər müayinələr müsbət nəticələnsə əməliyyat gözlənilir. Əməliyyatın qiyməti isə 50 min dollardır. Hesab kartımı paylaşsam da çox cüzi məbləğ toplanıb” deyə musiqiçi bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|