"Müharibə mövzusunda çəkilmiş filmlərimiz uğursuzdur" - Dörd il cəbhədə vuruşan aktyor
Tarix: 29-09-2023, 14:02 | Çap et
I Qarabağ Müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, Bakı Bələdiyə Teatrıın truppa müdiri, aparıcı aktyor İsmayıl Atakişiyev 4 il I Qarabağ müharibəsində iştirak edib. Teatrla yanaşı kino və seriallarda da rol alan aktyor bildirir ki, bu gün Azərbaycanda kino, teatr və serial sahəsinin ən böyük problemlərdən biri ssenari çatışmazlığıdır: "Götürək elə müharibə mövzusu. Yazılan bütün ssenarilər, çəkilən filmlər, tamaşalar rejissorların təxəyyülünün məhsuludur. Mən 4 il müharibədə vuruşmuşam. Mən bilirəm orada nələr yaşanıb. Mən bizim filmlərə baxanda o ab-havanı qəti görə bilmirəm. Çəkirlər, onların işlərinə kölgə salmaq istəmirəm. Amma çəkirlərsə, heç olmasa çəkilişə başlamazdan öncə müharibədə iştirak edən insanlarla danışsınlar. Mənim döyüşçü yoldaşlarım, komandirim deyir ki, "ay İsmayıl, bu nədir çəkirlər? Müharibəni çəkirlər, döyüşçünün paltarı, ayaqqabısı səliqəli. Biz ütülü paltar, maz çəkilən ayaqqabı görmüşdük müharibədə?" Bizim paltarlarımızı bit basırdı, onu suyun içinə salıb qaynadırdıq ki, bitlər yox olsun. Sonra o paltarı geyinirdik. Orada təmiz, səliqəli paltar nə gəzirdi? Heç o həvəsdə də deyildik. Çünki, nə qədər dostlarımız şəhid oldu, yaralandı. Səhər çörək kəsdiyin adam günorta şəhid olurdu. Amma bizim Qarabağla bağlı çəkilən filmlərimizdə baxırsan ki, əsgər səngərdən gəlib, səliqəli geyimdə. Əsir düşmüş qadınları çəkirlər, makiyajda, səliqəli saçda.."
Veteran aktyor bildirir ki, filmdə ilkin təəssürat çox önəmlidir. Ona görə də müharibə mövzusunda çəkilən heç bir film uğur qazanmır. Haya-küyə düşüb film çəkirlər, amma müharibəni görmüş insanlarla məsləhətləşmirlər. Atakişiyev əlavə edir ki, rejissor təxəyyülü də olmalıdır, sözsüz. Amma kökünü Qarabağda vuruşanlardan, orada məcburu köçkün düşən insanlardan götürmək lazımdır. Onların gördüklərini, yaşadıqlarını çəksələr, şedevr filmlər ərsəyə gələr: "Vaxt keçir, ömür gedir. O insanların sırası azalır. Bir gün biz də olmayacağıq. Ona görə də çəkilən filmlərə baxan yoxdur. Bu təkcə kino, teatr və serial sahəsinə aid deyil. Musiqidə də vəziyyət eynidir. 44 günlük müharibə dövründə xeyli sayda mahnı yazıldı. Amma heç biri xatırlanmır. Niyə? Çünki, müharibə ruhu yoxdur. Ona görə də unudulub. O mahnıları yazanların heç birinin müharibə ilə bağlı təəssüratı yoxdur". Həmsöhbətimiz bildirir ki, 4 il müharibədə vuruşsa da, bir dəfə də olsun qorxu hissi nədir bilməyib. O, İkinci Qarabağ müharibəsində də ordu sıralarına qatılmaq istəyib. Lakin yaşı müharibə üçün uyğun olmadığından, cəbhəyə gedə bilməyib: "Müharibə başlayanda mən də getmək istədim. Çünki, oralar bizə daha doğmadır. Amma təəssüf ki, alınmadı. Çox şükür ki, güclü ordumuz sayəsində biz qalib gəldik. Bizim vuruşduğumuz illərin ordusu ilə indikinin arasında xeyli fərq var. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt. Hərc-mərclik idi, silah çatışmırdı. Silahdan anlayışı olmayan, əlinə ömründə silah almayan gənclər vuruşurdu. Amma o vaxt da insanlarımızda vətənpərvərlik yüksək idi. İndiki dövrdə vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Ali Baş Komandanı Allah qorusun. O vaxt indi olan silahları yalnız xəyal edə bilərdik. Çox çətin bir dövr idi". Müsahimiz döyüşdə yaralandığı günü saatına qədər xatırladığını deyir. Bununla belə, əlillik statusundan imtina edib. Odur ki, bu gün qazi adından sui istifadə edənləri qınayır: "İndiyə qədər yaralandığım tarix saatına qədər yadımdadır. O da niyə yadımdadır, deyim. Birinci dəfə başımdan yaralanmışdım. 1993-cu il fevral ayının 19-da ermənilər tərəfdən mühasirəyə alındıq. Çox çətin bir vəziyyət yarandı. Hamı pərən-pərən düşmüşdü. Həmin vaxt başımdan snayper yarası aldım. Düşünün, fevral ayının 19-u və qar dizdəndir. Komandir dedi ki, dağın başına qalxmalıyıq. Soruşdu ki, kimdə saat var və saat neçədir? Dedim, məndə var və saat 3-ə qalır 10 dəqiqə. Əmr verdi ki, yuxarı qalxaq, çünki mühasirədən çıxmalı idik. Döyüşə-döyüşə dağın yuxarısına doğru addımladıq. Düzdür, mən çox silah ata bilmirdim, çünki başımdan qan açılırdı. Təsəvvür edin ki, qarı yığırdım papağın içinə, papağı da qoyurdum başıma ki, qan dayansın. Beləcə mühasirəni yardıq və çıxdıq. Axşamüstü Tərtərin xəstəxanasına gətirildim. O vaxt mənə dedilər ki, "sənə yaralanmağınla bağlı bir kağız verək, ordudan tərxis olun". Dedim "siz nə danışırsınız? Başım yaralandı deyə deyim ki, əliləm? Mənə lazım deyil". Sağalıb yenidən Orduya qayıtdım. Amma təəssüf ki, hər iki müharibədə də fürsətdən istifadə edənlər oldu. Bir barmağı qanayıb, hay-haray salırlar ki, "qaziyəm". 1994-cu ildə bir də yaralandım. Bu dəfə isə Füzuli istiqamətində gedən döyüşlərdə qarın nahiyəmdən güllə yarası aldım. Güllə qarnımdan girib belimdən çıxdı. Onda artıq heç nə hiss etmirdim. Çox ağır yaralı idim. Buna görə də ikinci dəfə yaralandığım andan sonrakı müddəti xatırlaya bilmirəm". Məlumat üçün bildirək ki, Əməkdar artist İsmayıl Atakişiyev 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluğu fakultəsində teatr rejissoru Vaqif İbrahimoğlunun kursunda təhsil alıb. 2004-cü ildən Bakı Bələdiyyə Teatrında çalışan aktyor teatrın repetuarında olan tamaşalarda maraqlı obrazlar silsiləsi yaradıb. O, "Bir ovuc torpaq" (II) (2013, bədii serial), "Tək olanda qorxma"... (2013-2015, bədii serial), "Cəhd" (2015, qısametrajlı bədii film), "Əli və Nino (2016, tammetrajlı bədii film), "Durnalar qayıdanda" (2014, bədii serialda polis) və s. serial və filmlərdə rəngarəng rollar oynayıb. Əməkdar artist İsmayıl Atakişiyev 2019-cu ildə layihə rəhbəri, həm ssenari müəllifii olduğu "Məhəbbətə məglub" serialında əsas rollardan birini oynayıb. Müharibə veteranı, Zəfər, Ordunun 100 illiyi medallarına layiq görülüb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|