Bir qrup teatr xadimi nazirə müraciət etdi: - "İftixar Piriyevlə bağlı tədbir görün"
Tarix: 6-10-2023, 08:48 | Çap et
İrəvan Dövlət Dram Teatrının bir qrup əməkdaşı mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıb.
Onlar Dram Teatrında baş verən qanunsuzluqlara etiraz edirlər. DİA.AZ bildirir ki, "Arqument.az" elektron poçtuna ünvanlanmış müraciətdə deyilir: "Cənab nazir, biz bu müraciətimizlə həm sizin, həm də mədəniyyətimizə cavabdeh olan digər rəsmi şəxslərin diqqətini İrəvan Dövlət Azərbaycan Dram Teatrında uzun illərdir ki, hökm sürən avtoritar idarəetmə rejiminə yönəltmək istəyirik. Əminik ki, siz mədəniyyət naziri olaraq bizim müraciətimizi dinləyəcək və bu teatrda olan problemlərin həlli üçün müvafiq və təxirəsalınmaz göstərişlər verəcəksiniz. Öncə nəzərinizə çatdıraq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrında bu gün hökm sürən bütün qanunsuzluğun başında bu teatrı 20 ildən artıq dədə malı kimi idarə edən direktor İftixar Piriyev dayanır". "İftixar Piriyev İrəvan Dövlət Dram Teatrına direktor təyin olunduğu ilk gündən teatrda yaradıcı ab-havanı dedi-qodu əvəzləyib. Təəssüflər olsun ki, uzun illərdir ki, bizim tetarımız hansısa tamaşası, qastrol səfəri, premyerası ilə deyil, mədəniyyət və incəsənətimizə yaraşmayan qalmaqallarla ölkə gündəminə gəlib. İllərdir ki, teatr qanunlarla yox, İftixar Piriyevin "prinsipləri", "qaydaları" ilə idarə olunur. Bu illər ərzində kollektivimizdə çalışan bir çox peşəkar mədəniyyət işçiləri İftixar Piriyevin qəzəbinə tuş gələrək uzaqlaşdırılıb. Böyük tarixi olan İrəvan teatrında bu gün bir dənə də olsun müstəqil yaradıcı fikiri olan adam yoxdur", - deyə o bildirib. Şikayətçilər deyirlər ki, İftixar Piriyev bu illər ərzində sözün məcazi mənasında kim baş qaldırıbsa, kim yaradıcı mühit yaratmaq, bu mühitə təkan vermək istəyibsə, onu müxtəlif bəhanələrlə, özünün teatrda yaratdığı "stajlı üzəduran truppası"nın köməkliyi ilə uzaqlaşdırıb: "Sizə zaman-zaman İftixar Piriyevin İrəvan Dövlət Azərbaycan Dram Teatrından uzaqlaşdırdığı şəxslərin siyahısını təqdim edirik: 1. Vidadi Əliyev - Xalq artisti 2. Tamilla Abdullayeva - Xalq artisti 3. Elmira İsmayılova - Xalq artisti 4. Əjdər Zeynalov - aktyor 5. Rəşad Səfərov - aktyor 6. Rada Nəsirova - aktrisa 7. Mitət Aydın 8. Elçin Hacı 9. Əhliman Ərşadlı 10. Zülfiyyə Eldarqızı 11. Şəbnəm Cəbrayılova". "Bu şəxslərin əksəriyyəti qeyri-qanuni işdən çıxarılıb. Əksər əməkdaşlar işdən qanunsuz çıxarıldıqlarına görə məhkəməyə müraciət ediblər. Məsələn, işdən qeyri-qanuni çıxarılanlardan biri Şəbnəm Cəbrayılovadır. Şəbnəm Cəbrayılova məhz hamilə olduğu dövrdə, həyatının ən çətin məqamlarında İftixar Piriyev tərəfindən işdən çıxarılmışdı. Hamilə ikən teatrın direktorunun bu sarsıdıcı qərarı ilə üz-üzə qalan Şəbnəm Cəbrayılovanın uşağı bətnində tələf oldu. Bu hadisə ilə bağlı medianın suallarına tuş gələn İftixar Piriyev isə "Mən Şəbnəmin hamilə olduğunu bilirdim, amma uşağı olduğunu yox" deyə açıqlama vermişdi. Şəbnəm Cəbrayılova qarşılaşdığı bu qanunsuzluq ilə bağlı məhəkəməyə müraciət etmiş və hər üç instansiyada qalib gəlib. Siz təsəvvür edirsinizmi? Teatrı mədəniyyət ocağı kimi yox, dədə malı kimi idarə edən İftixar Piriyev işdən əsasız, qanunsuz çıxartdığı əməkdaşa dövlət təzminat ödəyək", - deyə onlar qeyd ediblər. "Hörmətli Adil müəllim, yuxarıda da qeyd etdiyimiz kimi təəssüflər olsun ki, bu illər ərzində İrəvan Dövlət Dram Teatrı yaradıcı uğuru ilə yox, İftixar Piriyevin ucbatından qalmaqallarla medianın gündəminə gəlib. Siz təsəvvür edin ki, 2018-ci ildə Türkiyədən qastroldan qayıdarkən İftixar Piriyev yaradıcı heyətin gəldiyi avtobusu avtomobil ehtiyat hissələri ilə doldurmuşdu. Avtobusun baqajında yer dolduğundan aktyorların sumkalarına, qucaqlarına da "zapçast" yüklənmişdi. Bu əlavə yükə görə qastroldan qayıdan avtobus iki gün Gürcüstan-Azərbaycan gömrüyündə qaldı", - deyə müraciətdə vurğulanır. Onlar nazirdən xahiş edirlər ki, bu problemlərə reaksiya verib həllinə yardımçı olsun: "Xahiş edirik ki, Azərbaycan mədəniyyətinə cavabdeh olan rəsmi şəxs kimi sizə müraciət edirik, belə bir insan 23 ildir İrəvan Dövlət Dram Teatrına rəhbərlik edir. Sizcə, belə bir adam buna layiqdirmi? Xahiş edirik bu teatrda baş verənləri xüsusi nəzarətə götürüb İftixar Piriyevin fəaliyyətinin təftiş olunması istiqamətində göstəriş verəsiniz".
Şikayətlə bağlı İftixar Piriyev və Mədəniyyət Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|