“300 min manat kredit götürüb film çəkdim” - Moskvada Kusturiçadan mükafat alan rejissor
Tarix: 12-10-2023, 10:12 | Çap et
Gənc rejissor Səməd Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.
DİA.AZ onunla müsahibəni təqdim edir:
- Səməd bəy, “Salam, İsa” qısa filminiz Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu tərəfindən keçirilən MDB ölkələrinin beynəlxalq tələbə film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. Təbrik edirik. Film nədən bəhs edir?
- Film belə başlayır: İsa valideynlərinin qəbrini ziyarət edir. Qərara gəlir ki, gecə ata evində qalıb səhəri gün Bakıya qayıtsın. Səhər oyananda görür ki, ata-anası da, hətta bir neçə il əvvəl dünyasını dəyişən dostu da sağdır. Bu durumda necə hərəkət edəcəyini, nəyin həqiqət, nəyin xəyal olduğunu müəyyənləşdirə bilmir. Film haqda bu qədər danışa bilərəm, qalanını tamaşaçı özü görəcək...
- Daha öncə neçə film çəkmisiniz?
- "Köz təndir" adlı sənədli filmimi 2019-cu ildə çəkmişəm. Daha bir sənədli filmim də var, amma heç yerdə nümayiş etdirməmişəm. Montajı bitməyən bədii filmim var. Ola bilsin, yenə filmim var, açığı yadımda deyil.
- Çəkdiyiniz filmi necə unutmaq olar?
- İnanın ki, insanın həyatında bəzən elə hadisələr baş verir ki, çox şeyi unudur. Yəni mümkündür...
- Rejissor təhsili alırsınız?
- Birinci ali təhsilim riyaziyyat üzrədir, ikinci ali təhsilim isə rejissorluqdur. 2019-cu ildən 2023-cü ilə Mədəniyyət və İncəsənət Universitetində təhsil aldım, bu il məzum oldum, filmlərimi də 2019 -cu ildən çəkirəm, "Salam, İsa" mənim diplom işimdir.
Bu yaxınlarda yeni sənədli filmin çəkilişlərinə başlayacam. Janr olaraq sənədli film mənə daha yaxındır.
- Niyə?
- Çünki sənədli film daha çox həqiqəti və həqiqəti də çılpaqlığı ilə göstərmək gücünə malikdir.
- Bu, “Salam, İsa”nın qatıldığı ilk festivaldır?
- Bəli. Müəllimimiz Elnur Mehdiyev mənimlə bir neçə yoldaşımı çağırdı və bu festival barədə məlumat verdi. Ora 8 film göndərilmişdi. Festivala Azərbaycandan iki sənədli, bir bədii film seçilmişdi.
Biri Nicat Qulamın "Ata haqqı" filmi, digəri isə Ramal Maçanovun "Qolbol" filmi idi. “Ata haqqı” çox gözəl filmdir, amma təəssüf ki, o kateqoriyada da onu deyil, erməni filmini qalib etdilər. "Qolbol" isə jürinin diplomunu aldı.
Festivalın yarışma proqramında 8 ölkədən 43 film yarışırdı. Festivallar əlaqələr qurmaq baxımından çox əhəmiyyətli platformadır. Ora gedib xairic ölkələrdən gələn, müxtəlif mədəniyyəti, dünyagörüşü təmsil edən insanlarla tanış olmaq, çəkdiklərini izləmək, onlarla fikir mübadiləsi aparmaq fürsəti yaranır.
Festivalda filmlərin 80 faizinə baxdım. Düşünürdüm ki, filmi finala çıxa bilər, amma qalib olacağı barədə düşünmürdüm.
- Mükafatınızı dünyada məşhur rejissor olan Emir Kusturiçadan almısınız. O an nələr yaşandı?
- Festivalda Kusturiçanın ustad dərsi oldu, Rusiyanın müxtəlif universitetlərindən gənclər gəlib onu izləyirdilər. Zal dolu idi.
Qalib gəldiyimi deyəndə həyəcanlandım, səhnəyə çıxıb Kusturiçanın əlindən mükafatı alanda sevincimin həddi-hüdudu yox idi, mükafatı alıb təşəkkür etdim. Çıxış edəndə o qədər həyəcanlıydım ki, Kusturiçanın hələ də səhnədə olduğunu unutmuşdum. Qayıdıb yerimdə oturanda dostum dedi ki, Kusturiça səhnədə olanda sən ona əhəmiyyət vermədin. Yəni çıxışımın sonuna qədər orda olduğunun, mənimlə bərabər səhnədən düşdüyünün fərqinə varmamışam.
Bu filmi çox böyük əziyyətlə çəkmişəm. 3000 manat kreditə pul götürmüşdüm. Texniki olaraq istədiyim nəticəni əldə etmək üçün komanda demək olar ki, qəpik-quruşa işləyib. İki günə çəkilməli olan film 19 saata çəkilib. Bunun üçün ön məşqlər etmişdik. Çox əziyyət çəkmişdik.
Əsas odur ki, filmi çəkdik və indi əziyyətimizin qarşılığını bu formada görəndə insan çox qürurlanır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|