Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."
Tarix: 11-02-2015, 09:29 | Çap et
dia-az.life aktrisa Xatirə Süleymanovanın Milli.Az-a müsahibəsini təqdim edir:
- Xatirə xanım, siz Azərbaycanda serial və filmlərə ən çox çəkilən aktrisalardan birisiniz. İndiyə qədər neçə serialda rol almısınız?
- “Qaynana”, “Aramızda qalsın”, “Çaqqal nəfəsi”, “Son hədd”, “Göyçək Fatimə”, “Bir ailəm var”, “Həyat varsa”, “Həyat, sən nə qəribəsən” kimi seriallarda rol almışam. Bundan başqa, “Bakı, mən səni sevirəm” adlı bədii filmdə və “Sərkərdə ləyaqəti” sənədli filmində çəkilmişəm.
- Sadaladığınız seriallardan sizə ən düşərlisi hansı oldu? Daha dəqiq desək, tamaşaçı sizi hansı serial vasitəsilə tanımağa başladı?
- Yaradıcılığımda və tanınmağımda hər birinin öz rolu oldu. Amma “Həyat varsa” və “Bir ailəm var” serialı böyük tamaşaçı rəğbəti qazandırdı mənə. Rejissor Rüfət Şahbazov gənc olmağına baxmayaraq, çox mədəni və səviyyəli bir iş çıxartdı ortalığa. Bir də Adil Azayın “Son hədd” serialı çox xoş oldu mənim üçün.
- Uzun illərdir ki, Sumqayıt Dram Teatrında fəaliyyət göstərirsiniz. Bakıdakı teatrlarda müqavilə ilə işləmək fikriniz olub?
- Fikrim deyəndə ki, indiyə qədər işləməmişəm.
- Dəvət almamısınız, yoxsa?
- Xeyr, dəvət olmayıb.
- Olsa, işləyərsiniz?
- Qismətdən artıq yeməzlər. Bu, mənim həyatımda ən çox işlətdiyim kəlmədir. Allahın qismətindən qaçmaq olmur. İnşallah...
- Qismətinizin hansısa bir hissəsindən gileylənirsiniz, yoxsa həmişə şükür etməyi bacaranlardansınız?
- Əlbəttə, bacarıram. Şükür Allahın böyüklüyünə. Versə, nemətdir, verməsə, hikmət. Şükür bu günümə. Ən azından, hansısa bir el şənliyində, toyda, bayramda tamaşaçı sevgisini görüb-hiss edirəmsə, deməli, Allahın sevimli bəndəsiyəm. Mən bunu belə təhlil edirəm.
- Bildiyimə görə, həyat yoldaşınız 16 il bundan öncə dünyadan köçüb. Allah rəhmət eləsin. Hansısa bir xəstəliyi var idi?
- Bəli, həyat yoldaşımın ürəyi xəstə idi. Üç il ailəli oldum. O rəhmətə gedəndə oğlanlarımın birinin bir, o birinin isə iki yaşı var idi. İndi, maşallah, biri universitetdə təhsil alır, digəri də orta məktəbin son siniflərində oxuyur. O da ali məktəbə hazırlaşır. Uşaqlarım Allahın mənə verdiyi ən böyük mükafatdır, düşünürəm. Onlar mənim həyat simfoniyalarımdır. Allah eləməsin, onların pis sədaları gəlsə, onda pis bəstəkar olmuş olaram.
- Ailəli olarkən aktrisa kimi fəaliyyət göstərirdiniz?
- Xeyr, yoldaşım iş adamı idi. Mənim heç nəyə ehtiyacım yox idi. Teatrda işləmirdim. Uzun illər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində incsənət söbəsinin müdiri vəzifəsində çalışmışam. Həm də həyat yoldaşım qısqanc adam idi. Heç eyvana da çıxmağa icazəm yox idi. Onsuz küçəyə çıxdı söhbəti yox idi. Amma həyat... Üç ilin gəlini, iki körpə ilə “canavar həyat”la üz-üzə qaldım. Şükür Allaha, mənim sahibim oldu. Şükür oğullarıma, şükür bu günümə. Özüm özümə dayaq olmağım üçün Allah mənə qüvvət verdi.
- Siz təcrübəli bir aktrisa kimi seriallarda olan vəziyyətlə bağlı nə deyə bilərsiniz? Niyə bizim seriallara az baxılır?
- Məncə, az baxılmır. Sadəcə olaraq, hərənin öz zövqü var və müzakirə olunmur. Amma yaxşı olar ki, seriallarımızın səs-səda salması üçün çəkilişlər zamanı peşəkar aktyor və aktrisalara müraciət olunsun. Çünki onların hər biri məktəb keçən insanlardır. Hər bir sənətin sənətkarı daha gözəldir.
- Qeyri-peşəkarlara çoxmu müraciət olunur?
- Sənətdə qeyri-peşəkarlar doludur. Utancverici bir şeydir. Aktyorların dəyərlərini vermək istəməyənlər, sənətdən bixəbər olanlar pul qazanmaq üçün hər yoldan ötəni seriala çəkirlər ki, ona pul ödəməsinlər. Yalnız özünə və sənətinə dəyər verən rejissorlar peşəkarlarla işləməyə üstünlük verirlər.
- Bəs sizin üçün o qeyri-peşəkarlarla bir serialda çəkilmək, tərəf-müqabili olmaq çətin olmur?
- Bu, tək mənim problemim deyil. Belələri rejissorları da çox incidirlər. Peşəkarlarla bir səhnəni bir dubla çəkiriksə, başqaları ilə bu dubllar uzanır. Həmin səhnə də qeyri-səmimi alınır. Aktyorlar da yorulurlar. Çox çətin və arzuolunmaz olur. Amma deyim ki, onlar özlərindən o qədər razı olurlar ki, biz mat qalırıq. Sənətdənkənarlar “meydan sulayanda” sənətkarlar mat qalırlar. Lakin bu, davam edə bilməz. Təbiilik və səmimilik peşəkar aktyorda daha qabarıq görünür. Səhnələrin sevilməsi lazımdır. Yoxsa belə olmur...
- Artıq dörd ilə yaxındır ki, Sumqayıt Dram Teatrında “Qatil” tamaşasında baş rolu canlandırırsınız. Eyniadlı tamaşa Akademik Milli Dram Teatrında da səhnəyə qoyuldu. Fərqi nədə gördünüz?
- Bu barədə danışmaq istəmirəm. Bircə bunu deyə bilərəm ki, biz əsərin mənasını və fikrini pozmadan ifa etdik. Mən utancaq, həyatı boyu əli kişi əlinə dəyməyən fağır müəllimi oynadım.
- Deməli, Akademik Milli Dram Teatrında səhnələşdirilən “Qatil”in motivi və məğzi dəyişdirilmişdi? Belə qənaətə gəlmək olar?
- Siz özünüz əsəri diqqətlə oxusanız, fərqi görəcəksiniz. Mən heç vaxt aktyorların əziyyətinə ləkə gətirəcək fikir demərəm. Çünki o rolu təhvil verənə qədər aktyor dəridən-qabıqdan çıxır. Hər rejissorun əsərə öz yanaşma tərzi var. Kim nəyi necə görür, necə fikirləşir, onu da səhnələşdirir.
- Siz də vaxtilə bir tamaşada öpüşmüsünüz, səhv etmirəmsə...
- Sevgi o qədər ülvi hissdir ki, onu öpüşmə və başqa bir şey olmadan, baxışlarla da həll etmək olar. Öpüşmək hələ lap yaxşı aktyor olmaqdan xəbər vermir. Mənim sevgi səhnələri oynadığım tamaşalar çoxdur. Amma rejissorlar o səhnələri elə incəliklə verdilər ki, nifrət doğuracaq heç nə yaranmadı. Biz unutmamalıyıq ki, bura Azərbaycandır. Əgər müasirlik deyiriksə, bu, çılpaq və açıq-saçıq səhnələrin bolluğu demək deyil.
- Sevginin ülvi hiss olduğunu vurğuladınız. Həyat yoldaşınızdan sonra kimisə sevdinizmi, yaxud indi sevirsinizmi?
- Sevirəm, özü də iki nəfəri...
- Bilirəm, övladlarınızı nəzərdə tutursunuz. Allah saxlasın. Amma mən əks cinsin nümayəndələrini nəzərdə tuturdum...
- Onlar da əks cinsin nümayəndələridir də (gülür). Mən ürəyimin açarını hər ələ təqdim eləmərəm (gülür). Hər şey gizli olanda abırlı və gözəl olur.
- Hal-hazırda hansı işin üzərində çalışırsınız?
- Hələ ki, ciddi bir iş yoxdur. Amma başlayanda birdən başlayır, adam çaş-baş qalır. Allah camaatımızın canını sağ eləsin, təki həmişə xeyir işlər olsun, mən də həmin məclislərdə aparıcılıq edim (gülür). Yenə də deyirəm, şükür bu günümə...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
|