Mehriban Xanlarova açıq fotosundan danışdı - "Heç kimdən qorxmuram"
Tarix: 21-01-2016, 08:59 |
Çap et
Əməkdar artist Mehriban Xanlarova müğənni Kərimin onun açıq fotosunu paylaşaraq, yazdığı icmarıca eyni foto ilə cavab verib.
Gecce.az xəbər verir ki, aktrisa bunu qeyd edib:
"Mən heç nədən çəkinmirəm, heç kimnən qorxmuram. Çox insanların yadından çıxıb ki, mən aktrisayam".
Xatırladaq ki, Kərim küsülü olduğu aktrisa haqqında bunları demişdi:
“Həci xanım və əməkdar artist Mehriban Xanlarovanı doğrudan çox istəyirəm. Əsl nümunəvi Azərbaycan xanımıdır. Mehriban xanım, mən sizdən dönə-dönə üzr istəyirəm. Pis insan mənəm. Siz çox gözəl insansınız, belə də qalın. Mən istəyərdim ki, televiziyada olan dostlarım Mehriban xanımı tez-tez efirlərə çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan gözəl anlayışı olan sənətkardır və hamıya məsləhətlərini verə bilər. Mehriban xanım, sizə yalnız alqışlar düşür".