Müğənni Nadir Qafarzadə “ATV Maqazin Onlarla” verilişində “Həftənin hit mahnısı” rubrikasının qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı həmkarı Sevda Yahyavenı 10-luqdan uzaqlaşdırıb. Nadir birinci yerə isə xalq artisti Flora Kərimovanı layiq görüb. N.Qafarzadə yenicə barışdığı xalq artisti haqda fikirlərini də bölüşüb:
“Bu insanı mən 10-luqda görmürəm. Çünki o artıq öz onluqlarını o qədər tarixə yazıb ki... Yəni bu onluqlara ehtiyacı yoxdur. Amma keyfiyyəti, sənəti insanlara nümayiş etdirmək üçün belə insanların 10-luqlarda olması lazımdır”.
Nadir Flora Kərimova ilə necə barışmasından da danışıb:
“Yanımdan keçdi, özümü saxladım, görüşmədim. Amma səhnəyə ifaya dəvət alanda qeyd etməyə bilməzdim. Gördüm ki, bu xanımda böyük dinləmə mədəniyyəti var. İfadan sonra yaxınlaşıb əlindən, üzündən öpdüm. Fikirləşirəm ki, heç kimlə küsülü qalmayım. Qəfil dünyadan köçərəm, bundan qorxduğumdan heç kimlə küsülü getmək istəmirəm”.