ALMANİYADA UŞAQLAR ARASINDA EPİDEMİYA
Tarix: 30-09-2012, 11:52 |
Çap et
6500 KÖRPƏ İNFEKSİYAYA YOLUXUB
Almaniyada 6,5 min uşaq mədə-bağırsaq infeksiyasına tutulub.
SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü Reyter agentliyi məlumat verib.
Xəstələnənlərin böyük əksəriyyəti ölkənin şərq torpaqlarından -Saksoniya, Tyurinqiya, Berlin və Branderburqdan olan məktəblilərdir. Bəzi hallarda müəllimlər də xəstələnib. Xəstəliyin əlamətləri ürəkbulanması və diareyadır. Bütün xəsətələnənlər "Sodeho" şirkətinin məhsullarından istifadə ediblər.
Şirkətin nümayəndələri yoxlamaların nəticələrinə istinad edərək məhsulların keyfiyyətsiz olmasını təkzib edirlər. Hazırda ekspertlər infeksiyanın mənbəyini araşdırmaqla məşğuldurlar.