XALƏDDİN İSGƏNDƏROV DA YAŞILLIQ QƏNİMİDİR
Tarix: 2-10-2012, 10:42 |
Çap et
İCRA BAŞÇISI AVTOSALON ÜÇÜN AĞACLARI KƏSDİRİR
Binəqədi rayonun 9-cu mikrorayon, Mir Cəlal küçəsinin sakinləri Azerinews-a müraciət edib. Onların sözlərinə görə, həmin küçədə, "Leyla" şadlıq evinin yaxınlığında yaşıllıq məhv edilib:
"Ağacları kəsərək oranı avtosalona çeviriblər. Binəqədiyə yeni icra başçısı təyin ediləndə düşünürdük ki, rayonu abadlaşdıracaq. Lakin təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı. Xaləddin İsgəndərov da elə Alı Qocayev kimi işləyir. Biz dəfələrlə icra hakimiyyətinə müraciət etmişik ki, yaşıllığı məhv ediblər. Amma heç bir tədbir görülmür. Biz düşünmürük ki, bu avtosalon Xaləddin müəllimə məxsusdur. Amma onun baş verənlərlə bağlı tədbir görməməsi bir qədər qəribədir. Əgər icra başçısı bu məsələ ilə bağlı tədbir görməsə, dövlət başçısı İlham Əliyevə müraciət edəcəyik".