TİMOŞENKO ÖZÜNƏ FİKİR VERİR
Tarix: 4-11-2011, 12:04 |
Çap et
KEÇMİŞ BAŞ NAZİR HƏBSXANDA MASAJ OLUNUR
Bir qədər əvvəl 7 il müddətinə azadlıqdan məhrum edilmiş Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun səhhəti normaldır.
"İnterfaks"ın verdiyi məlumata görə, bunu onun vəkili bildirib. Bir müddət əvvəl səhhətində problem yaranmış Timoşenkonun indi özünü yaxşı hiss etdiyini deyən vəkil sabiq baş nazirin tibbi xarakterli prosedurlar keçməsinə şərait yaradıldığını söyləyib. Hətta o, mütəmadi olaraq masaj olunur. Bu, Timoşenkonun kürəyində meydana gəlmiş problemlərin aradan qaldırılması üçündür.