MİSİR MƏRDANOV BELƏ DEYİR....
Tarix: 8-10-2012, 11:55 |
Çap et
AMMA YENƏ DƏ KİTABLAR PULLA SATILIR
“Arxasına pulsuz yazılan kitabların satılması qanunsuzdur. Kim belə bir addım atarsa, qanun qarşısında cavab verməlidir”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, heç kim dövlətin pulu ilə çap edilən kitabı pulla almamalıdır. Onun sözlərinə görə, 1-ci siniflər üzrə dərslik çatışmazlığı problemi həll edilib: “Arxasına “pulsuz” yazılan dərsliklərin satışı ilə bağlı monitorinq aparılacaq. Belə dərsliklər bazarlara müxtəlif yollarla çıxarıla bilər. Ola bilər ki, bəzi məktəblər şagirdlərin sayından çox say göstərib kitabları çox alır, artıq qalanlarını isə satır. Nəşriyyatlar da dərsliləri çap edib, arxasına “pulsuz” yazıb satışa çıxara bilər. Hər halda bu məsələ aydınlaşmalı, tədbir görülməlidir”.