YAP-DAN SƏFİR ELDAR HƏSƏNOVLA BAĞLI AÇIQLAMA
Tarix: 24-10-2012, 12:54 |
Çap et
HAKİM PARTİYADA GÜLÜRLƏR?
“Elşad Abdullayevin yenə hansısa açıqlaması olacaqsa, onunla müvafiq qurumlar məşğul olacaq. Abdullayevin açıqlamaları önəmli sayılmır, sayıla da bilməz. Əgər açıqlama olacaqsa, hüquq mühafizə orqanları bununla məşğul olacaq. Elşadın adı altında bu və ya digər videomateriallarla kimlərsə siyasi şou yaratmağa çalışır”.
Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı hesab edir ki, Abdullayev əlindəki videoları, artıq yayıb: “Bundan artıq yaymaq iqtidarında deyil. Əgər hər hansı bir material varsa, bu, sadəcə dedi-qodu yaradacaq, məişət səviyyəli hadisələrlə özünü təsdiqləyəcək. Hakimiyyət Azərbaycan xalqına arxalanır. Prezident İlham Əliyevin siyasətini də xalq dəstəkləyir. Ona görə də hər hansı baş verən hadisədən geri çəkilmərik”.
YAP funksioneri onu da qeyd edib ki, Elşad Abdullayevlə bağlı məsələdə Eldar Həsənovun adının hallanması gülüncdür.