YAP SEÇKİLƏRƏ KİMİNLƏ GEDİR?
Tarix: 8-12-2012, 10:42 |
Çap et
MÜBARİZ QURBANLI BLOK YARATMAQDAN DANIŞDI“Yeni Azərbaycan Partiyasının 2013-cü il prezident seçkisindəki yeganə namizədi cənab prezident İlham Əliyev olacaq. YAP hər hansı siyasi blok yaratmayıb və bundan sonra da belə şeyin olacağını güman etmirəm”. Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı 2013-cü ilin prezident seçkisində YAP-ın digər siyasi partiyalarla blok yaradıb, yaratmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
YAP-çı deputat onu da qeyd edib ki, bu vaxta qədər siyasi birlik təşkil etmək gündəmə gəlməyib. O, YAP-la eyni blokda olmayan bir çox siyasi qurumların, ictimai təşkilatların da əvvəlki illərdə olduğu kimi, prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib.