NAZİR OĞLUNUN MAHNISININ ÜSTÜNDƏ DAVA QIZIŞDI
Tarix: 21-12-2012, 11:50 |
Çap et
"MƏNİM İFAMDAN SONRA"...Əməkdar artist Könül Kərimova növbəti dəfə müğənni Ramal İsrafilov ilə duet oxumaq niyyətindədir. Lent.az-a açıqlama verən xanım müğənni bildirib ki, növbəti işbirliyinin də uğurlu olacağına inanır: “ Mən öncə Ramalla “Aləm gözəl” mahnısını ifa etdim. Bizim ifamızdan sonra mahnı bu qədər söz-söhbətə səbəb oldu. Deyə bilmərəm, bu mahnını hansı müğənni yaxşı oxuyub, amma mənim ifamdan sonra mahnı dəbə düşdü. İndi isə Ramalın yeni bəstəsi olan “Dünya Gözəl” mahnısını duet oxumaq barəsində düşünürük. Mənə elə gəlir ki, bizim ifamızdan sonra bu mahnı da “Aləm gözəl” qədər seviləcək”.