İTALİYA DÖVLƏTİ DƏ İTTİHAM OLUNDU
Tarix: 9-01-2013, 10:46 |
Çap et
BU ÖLKƏDƏ MƏHBUS HÜQUQU POZULUBMəlumata görə, İnsan Haqları üzrə Avropa Məhkəməsi həbsxanalarının dolduğunu bildirərək İtaliya hökumətini məhbusların hüquqlarını pozmaqda ittiham edib.
Beləliklə, məhkəmə kameralarda yer olmadığı üçün yerlərini digər məhkumlarla bölüşməyə məcbur olan 7 məhbusun iddialarını təmin edib. Nəticədə məhkəmə İtaliya hökumətinə problemi həll etmək üçün bir il vaxt verib, həmçinin iddiaçılara 130 min dollardan çox təzminat ödəməyi tələb edib.
İtaliyanın ədliyyə naziri Paula Severino İnsan haqları üzrə Avropa Məhkəməsinin qərarını təhqir edici hesab etsə də, gözlənilən olduğunu bildirib. \ FaktXeber.com \