AKTRİSAMIZ ƏRƏ GETMƏK İSTƏMİR
Tarix: 10-01-2013, 09:22 |
Çap et
"SONRADAN GƏLƏN YAMAQ OLAR"Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ötən il sənətində yadda qalan əlamətdar hadisələr haqqında Milli.Az-a danışıb:
“2012-ci il mənim üçün, demək olar ki, sənətimdə bir o qədər də yeniliklərlə yadda qalmadı. Amma ictimai sektorda fəaliyyətə başlamağım məni sevindirdi. 2013-ci il isə mənim üçün ikiqat sevindirici il olacaq. Həm Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyi, həm də may ayında mənim yubileyimdir. Yeni 2013-cü il ilə bağlı arzularım hədsizdir. Ən əsası isə gözəl əsərlərdə bir- birindən marağlı rollar oynamaqdır. Bir də tamaşaçıların alqışı. Aktrisa bundan gözəl nə arzu edə bilər?”
Aktrisa ailə həyatı barədə də danışıb.
“Şəxsi həyatım ilə bağlı heç bir şey düşünmürəm. Sonradan gələn yamağ olar. Mən həyatımı xalqıma, sənətimə, vətənimə, bir də övladıma həsr etmək istəyirəm. Mənim ailəm bunlardır. Çünki mən nə sənətsiz, nə vətənsiz, nə də övladımdan ayrı yaşaya bilərəm. Məni ucaldan xalq, yetişdirən vətən oldu. Gələcəyə aparan isə övladımdır”, - deyə aktrisa bildirib.