TÜRKİYƏ VƏTƏNDAŞI NİYƏ TUTULDU?
Tarix: 11-01-2013, 11:47 |
Çap et
YƏQİN VERDİYİ RÜŞVƏT AZ OLUBBelarusda gömrük işçisinə 5 dollar rüşvət təklif edən Türkiyə vətəndaşı həbs olunub. Bu barədə ictimaiyyətə "Qomel" Gömrük İdarəsi məlumat verib. Məlumata görə, adı açıqlanmayan Türkiyə vətəndaşı idarə etdiyi avtomobillə sərhəddən keçmək istəyərkən yoxlama məntəqəsində saxlanılıb.
Qeyd edək ki, gömrük işçisinə pasportunu verərkən içinə 5 dollar qoyan türkiyəli vətəndaş bununla da şübhəli şəxs qismində sərhəddən buraxılmayıb. Saxlanılan şəxs barədə isə gömrük idarəsi hələlik heç bir məlumat vermir. \ faktxeber.com \