"Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                 

AĞDAM TƏHSİLİNDƏ ELMİRA ŞÜKÜROVA RÜZGARI
Tarix: 14-01-2013, 08:38 | Çap et
AĞDAM TƏHSİLİNDƏ ELMİRA ŞÜKÜROVA RÜZGARI
MİSİR MƏRDANOVUN ƏYALƏTDƏ LAQYİQLİ DAVAMÇILARI VAR: RAHAT OLSUN

DİA.AZ: - Son illər təhsil sahəsində baş verən qanunsuzluqlar, maxenasiyalar, dövlət büdcəsinin mənimsənilməsi ilə bağlı dəfələrlə yazılar dərc olunub və ciddi rezonans yaranıb. Amma hər dəfə bu məqamlar ortaya çıxanda şəxsən nazir Misir Mərdanovun özü bəyan edib ki, konkret faktlar olarsa məsələyə baxıla bilinər. Ağdam Təhsil Şöbəsində olan qanunsuzluqlarla bağlı DİA.AZ-a şok faktlar daxil olub.

Öncəliklə qanunsuzluqların anonsuna baxıb, sonra faktlara keçək.

1. Ağdamda nə qədər müəllim hazırda saxta diplomlarla fəaliyyət göstərir?
2. Rusiyada yaşasa da Ağdamda müəllim kimi kimlər “iş başındadır”?
3. Məktəblərin sayı nədən çox artırılır və bununla büdcədən nə qədər pul yeyilir?
4. İcra başçısı ilə Təhsil Şöbəsinin müdirəsini hansı tellər bağlayır?
5. Məktəb direktorları nədən vərəsəlik prinsipi ilə təyin edilir?

İndi isə keçək konkret faktlara.

Adı olub özü olmayan məktəblər

Apardığımız araşdırmalar sübut edir ki, bu gün Ağdam ərazisində süni şəkildə məktəblərin, həmçinin siniflərin sayı artırılır. Bunu nədən edirlər? Əldə etdiyimiz məlumata görə belə bir addım atmaqla büdcədən daha çox vəsait mənimsəmək olur. Bunun üçün sadəcə olaraq rayonda müvafiq təşkilatlarla əlaqə qurulur, komissiya yaradılır və aydın olur ki, sinif otaqları “balaca” olduğundan şagirdlər üçün narahatlıq yaranır. Buna görə əlavə sinif yaradılır. Əlavə sinif isə sözsüz ki, əlavə gəlir mənbəyi sayılır. Bu işdə isə zaman-zaman Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovla, rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürova problemlər yaşansa da ümumi “maraqlar”a görə ortaq məxrəcə gələ biliblər. Gəlin öncəliklə Ağdamda yerləşən və fəaliyyəti ümumiyyətlə olmayan və ya zəif olan məktəblərin siyahısına baxaq və bu məktəblər vasitəsi ilə Nizami Sadıqovla, Elmira Şükürovanın nə qədər pul qazandığını müəyyənləşdirək. Beləliklə, sənədlərdə mövcud olsa da, 1, 3, 4, 8, 12, 53, 65, 96 saylı məktəblər, reallıqda zəif və yox olan təhsil ocaqlarına aiddir. 6, 13, 22, 58, 69, 108, 117, 119, 138, 143, 145 saylı məktəblər isə ümumiyyətlə yox dərəcəsindədir.

20-yə qədər məktəbin adından istifadə edilərək beləcə dövlət büdcəsindən vəsait çıxarılır. Yəqin ki, bu faktlar Misir Mərdanov üçün maraqlı olacaq. İndi isə gəlin məktəblərə təyinatların hansı vərəsəliklə edildiyinə baxaq. Bu təyinatlarda Elmira Şükürova ilə Nizami Sadıqovun ümumi “razılaşması” ilə həyata keçirilir.

Direktor təyinatlarındakı dəhşətlər

Ağdamdakı təhsil maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan məlumata görə təyinatlar məlum maraqlar üzərində qurulur və bu konkret faktlarla sübut edilir. Məsələn

- Ağdam rayon İmanqulubəy kənd orta məktəbinin direktoru Həmid müəllim yerinə öz bacısı qızını təyin etdirir.

- Bir məktəb direktoru Əliyev Mahir Məzahir oğlu narkotika alveri ilə həbs olunduğundan onun yerinə, anası direktor təyin edilir.

- Soltabuq kənd orta məktəbinin direktoru işdən azad olunsa da, öz gəlinini öz yerinə təyin etdirə bilir.

- 19 saylı orta məktəbin direktoru Əfqan Həsənov 70 yaşı tamam olduğu üçün istefaya gedir və öz yerinə gəlini Şəfəq Səfərovanı təyin etdirir.

- Hətta elə ailələr var ki, ər və arvad hərəsi bir məktəbdə direktor “təyin” olunub. Bunu da nəzərinizə çatdıraq ki, şişirtmələr nəticəsində bu gün Ağdamda 145 məktəb “fəaliyyət” göstərir və hər ay hansısa “səbəbdən”, hər məktəb mərkəzə 100-200 manat arası pul göndərir.

Yəqin ki, bu faktların araşdırılması və həqiqiliyini Təhsil Nazirliyi çox qısa müddətdə təsdiq edə bilər.

P.S. Araşdırma və bizə daxil olan faktların dəqiqləşdirilməsi davam edir. Növbəti saylarımızda bütün bu faktlarla yanaşı oxuyacaqsınız:

- Hansı məktəblər əslində direktorun şəxsi evində yerləşir?

- Hansı məktəb direktoru və müəllimə əslində başqa ölkədə yaşayıb?

- Məktəblərin təmiri ilə məşğul olan “Vüsel” şirkəti kimlərə məxsusdur və büdcədən nə qədər vəsait yeyilib?

- Təyinatlarda Elmira Şükürova hansı prinsiplərlə işləyir?

- Hansı müəllimələr iki məktəbdə dərs keçir və məktəblər arasındakı məsafə 200 kilometrdən çox olsa da bu müəllimlər 15 dəqiqəlik tənəffüs zamanı o biri məktəbə çata “bilirlər”?

Saxta diplomlu müəllimlərin siyahısı ilə də tanış ola biləcəksiniz. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru