"HƏR İKİ ARVADIM ÇOX MEHRİBANDIR"
Tarix: 14-01-2013, 09:12 | Çap et
RƏHMAN RƏHMANOV: "OLACAĞA ÇARƏ YOXDUR"- Özünüz haqda məlumat verərdiniz?
- 1957-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailədə tək övlad olmuşam. İncəsənət Gimnaziyasında oxuya-oxuya bu sənətə marağım olub. Ailəliyəm, dörd övladım var idi, biri rəhmətə getdi, bir nəvəm var. Qırx ildir bu sənətdəyəm. Abdulla Şaiq adına Kukla Teatrında çalışıram.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Oxuduğum gimnaziyanın yanında mağaza var idi. İlk dəfə nənəm mənə ordan 3 manat 50 qəpiyə kukla aldı. Həvəsləndim, sonra bir gün “26-lar” adına Mədəniyyət Sarayının yanından keçirdim. Gördüm ki, bir elan vurulub. On üç yaşım var idi onda. Elanda yazılıb ki, xalq teatrına həvəskar aktyorlar qəbul olunur. Layihənin rəhbəri görkəmli sənətkar, xalq artisti Lütfüyar Məmmədbəyov idi. Gördülər ki, istedad var məndə. Uşaq olduğum üçün uşaq rolları verdilər sınaq üçün. Verilən rolların hamısının öhdəsindən gəlirdim. Xalq artisti Nurəddin Mehdixanlı, Bəsti Cəfərova ilə tərəf müqabili olmuşam. 1974-cü ildən Abdulla Şaiq adına Kukla Teatrında çalışıram.
- Bəs ailədə necə qarşıladılar sizin bu sənətə gəlişinizi?
- Mən Kubinkada böyümüşəm. Hamı bilir ki, Sovet dövründə Kubinkadan İncəsənətə gedib aktyor olmaq nə deməkdir. Çox kriminal yer olub. Çətin olub, amma Allahlarına şükür ediblər ki, məhz aktyor oldum, kriminal yollara getmədim.
- Mümkünsə uşaqlıq xatirələrindən danışın.
- Arıq, cansız uşaq olmuşam. Bağçada həmişə pəncərədən baxırdım ki, qar yağacaq. Sevinirdim ki, şaxta baba gələcək. Çox sakit uşaq olmuşam. Çox gözəl də uşaqlığım keçib. Həmişə də dava-dalaşdan uzaq olmuşam.
- Nədən stimul alırsınız?
- Sənətimdən, ailəmdən.
- Nəyə heyfsilənirsiniz?
- Hələ də fəxri ad almamışam. Bəlkə də yaddan çıxmışam. İnanın, çoxları elə bilir ki, mənim fəxri adım var. Yəqin vaxtı çatanda verərlər. Amma adım olsaydı, yaxşı
olardı. Elə adamlar var ki, iyirmi yaşında alır, eləsi var 30 yaşında, qismət. Yəqin ki, gec-tez verəcəklər ad mənə, gözləyirəm.
- Gənc aktrisaların, aktyorların tez bir zamanda özləri üçün lüks şərait qurmasına necə baxırsınız?
- İnanın, həmişə fikirləşirəm, mənə qaranlıq qalır. Yəqin yaxın əhatəsinin insanı var, kömək eləyirlər də. Sovet dövründən indiyə kimi yüz maşınım olub. Artıq otuz beş ildir ki, maşın sürürəm. Bu maşını kreditə almışam, beş ildir kredit ödəyirəm. Elə də bahalı deyil. Onu da məcburən aldım ki, tamaşaçılara görə metroya, avtobusa minə bilmərəm. Deyəcəklər, imkanı var, simiclikdən avtobusda, metroda gəzir. Xalqı bilmirsiniz? Əlacım olsa, metroyla gedib-gələrəm. Mən teatrdan nə maaş alıram ki, maşınla işə gedim, gəlim. Bu yaşımda istəyirəm ki, yaxşı evim olsun. Oturub rahat ömür sürüm.
- Bəs toylara gedirsiniz?
- Hə, gedirəm. “Damara bax, qan al” – belə bir məsəl var. Bakı toylarına üç yüz manata, rayon toylarına altı yüz-yeddi yüz manata gedirəm. Ayda üç-dörd toy olur. Şükür edirəm.
- Gənclik illəriniz necə keçib?
- İncəsənətdə oxuyanda - o dövrdə çox gözəl keçib. Otuz altı il Kukla Teatrında Balaqədeşi oynamışam. Qızıl Fondda var. Sonralar hamı kimi cavanlıq etmişəm. Qızlarla çox vaxt Gülüstan şadlıq sarayına gedirdik konsertə, restorana, yeyib-içirdik.
- İlk məhəbbətiniz neçə yaşında olub?
- VII-VIII sinifdə olub. Qismət olmadıq. Məktəbi bitirəndən sonra birdən rəhmətə getdi. Ani istək oldu sonralar.
- Məndə olan məlumata görə, siz birinci ailənizdən ayrılmısınız. İstərdim bu mövzuda səmimi olasınız?
- Sevib ailə qurmaq ani oldu. İyirmi il ailəli olduq, sonra ayrıldıq. Müəyyən səbəblər oldu. Sonralar bir-birimizi başa düşmədik. Dost kimi sülhlə ayrıldıq, məhkəməyə müraciət etdik, ayrıldıq. Hal-hazırda dörd övladımla da münasibətim
yaxşıdır. Bilirsiniz ki, övladımın biri rəhmətə getdi. Hər hansı xeyir işdə də keçmiş yoldaşımla məsləhətləşib gedib-gəlirəm lazım olanda.
- Bəs həyat yoldaşınız sizdən ayrılandan sonra ailə qurdu?
- Yox, ailə qurmayıb.
- Bəs siz necə oldu ki, ailə qurdunuz? İndiki həyat yoldaşınızla necə tanış oldunuz?
- İkinci həyat yoldaşımı çoxdan tanıyıram. Amma cavanlıqda ağlıma gəlməzdi ki, ailə quraram haçansa onunla. Çünki onun qardaşı ilə dost olmuşuq. Həmin qardaşı rəhmətə getdi. Sonra ilk dəfə eşq elan etdim ki, istəyirəm ailə qurum səninlə. Onsuz da sən mənə yox desən də, mən ailə qurmalıyam. Elə oldu ki, razılıq aldım. Çünki ailələrində mənim dörd uşağım olduğuna və boşandığıma görə bir az narazılıq var idi. Şükür, indi çox xoşbəxtəm. Allahdan ömür istəyirəm ki, doyunca bu xoşbəxtliyi yaşayım.
- Bəs hazırda keçmiş həyat yoldaşınızla indiki həyat yoldaşınızın münasibəti necədir?
- Hər iki arvadım çox mehribandır, uşaqlarım da. Çünki birinci həyat yoldaşımdan dava-dalaşsız ayrılmışam. Zəngləşirlər də, gedib-gəlirlər də.
- Qısqanc insansınız?
- Qətiyyən qısqanc deyiləm. Bax, həyat yoldaşım yanımdadır, deyir ki, həyata bir dəfə gəlirsən. Mən fəxr edirəm ki, sən ürəyin istəyən yerə gedirsən. İcazə verir (gülür). Heç həyat yoldaşım da qısqanmır məni.
- Hər sahədə olduğu kimi incəsənət aləmində bir-birinə maneçilik törədənlər çoxdur. Sizcə bu nədəndir?
- Hamısı paxıllıqdan irəli gəlir. Rəqabət olan yerdə də yaxşı-pis bilinmir. Yaxşının, pisin də yeri bilinmir . İnanın, məndə paxıllıq hissi yoxdur, heç kimlə də heç vaxt düşmən olmamışam. Olub ki, kimdənsə xoşum gəlməyib, elə gülə-gülə uzaqlaşmışam, nömrəsini belə telefonumdan gülə-gülə silmişəm ki, bu insan mənə pis aura bəxş edir. Amma lazım olanda, köməklik istəyəndə yenə dəstək olmuşam.
- Sizcə aktyora savad lazımdır?
- Mütləq lazımdır. Gərək çoxlu mütaliə edə, klassik filmlərə baxmalıdır. Azərbaycanda baş verən bütün hadisələrdən xəbərdar olmalıdır. Şəxsən mən belə edirəm.
- Sənət adamlarının övladlarının adları müxtəlif söz-söhbətlərdə gəzir. Sizcə səbəb nədir?
- İnanın, Allahın işidir, olacağa çarə yoxdur. Hər şeylə barışmaq lazımdır.
- Kukla Teatrında başınıza maraqlı hadisə gəlibmi?
- Bir dəfə Kukla Teatrı ilə Qusara getmişdik. Artıq neçə illərdi afişalarda mən gedirəm. Həm də truppaya rəhbərlik edirəm. Təsəvvür edin, biletin yarısı satılıb, yarısı qalıb. Orda bütün kənd hamısı qarışıb bir-birinə. Mikrofon işləyir. Bilirəm ki, gecə oynayacağıq. Bütün kənd tökülüb gəlib, uşaq əlindən yer yoxdur. Bir də gördüm ki, bir uşaq gəldi məni qıcıqlandırmaq üçün başladı danışmağa: “Mən Kukla Teatrı istəmirəm, mən ədəbiyyat, riyaziyyat, botanika istəyirəm”. Bunu deyən kimi partladım. Tez qaçdı uşaqların içinə, güclə sakitləşdirdilər məni. Heç vaxt yadımdan çıxmaz.
- Səhnə Rəhmandan nə alıb?
- Çox şeyi səhnə qazandı, mənə heç nə vermədi.
- Nə zaman haqsızlığın qurbanı olmusunuz?
- O qədər haqsızlıq olub ki. Dözməsəydim, bu gün Rəhman Rəhmanov olmazdım.
- Bağışlamağı bacarırsınız?
- Yüz faiz.
- Ürəkdən haçan ağlamısınız?
- Demək olar ki, tez-tez ağlayıram.
- Kişilər niyə qadınları təhlükəli hesab edir?
- Təhlükəli qadın yoxdur. Mənim bütün xanımlara hörmətim böyükdür. Təsəvvür edin, ilanın quyruğunu tapdalasan, çönüb səni sancacaq. Hər şey insanın özündən asılıdır.
- Bəs ağılla ürəyin arasında qalmaq çətin olur?
- Yox, ürək nə deyir, ağıl onu edir. Ürəyin hökmü böyükdür. İstənilən an dayana bilər.
- Tənhalığı sevirsiniz?
- Çox xoşlayıram, elə olur ki, çıxıb gedirəm bir rayona, olub-keçənləri fikirləşirəm. Mən deyirəm ki, cənnət də, cəhənnəm də burdadı. Bu həqiqətdi, cənnətdə də, cəhənnəmdə də yaşamaq özündən asılıdır.
- Gözünüzün düşməni kimdir?
- Yalan danışan insan. Çünki mən yalandan heç kimin haqqını tapdalamamışam.
- Rəhman haçan təhlükəli ola bilər?
- Heç vaxt, hamımız insanıq, vəhşi heyvan deyiləm ki, gedib hamıya ilişəm. Əgər Rəhmanı kimsə sancarsa, təbii ki, cavabını alar.
- Olubmu tamaşaçıları güldürəndə ürəyinizdən ağlamaq keçib?
- Oğlum rəhmətə gedəndə səkkizinci gün idi, tamaşam var idi. Özüm oynamalı idim. Müdir dedi ki, bəs gəl tamaşanı başqa vaxta keçirək, indi oynama. Dedim, yox, tamaşaçılar bir ay bundan qabaq bilet alıb gəliblər. Razı olmadım, oynadım. Necə ki, teatrın maskasında bir üzü gülür, bir üzü ağlayır, mən də elə idim.
- Oğlunuzu cavan itirdiniz. Necə oldu ki, dünyasını dəyişdi?
- Allahın yazısıdır. İkinci mərtəbədən yıxılıb yerə, balaca daş girmişdi beyninə. Heç yeri də əzilməmişdi (kövrəlir.) Allah heç bir ataya belə dərdi qismət eləməsin. Ata oğul çiynində gedər, oğul ata çiynində yox. Böyük dərddir, elə bil ki, ürəyimə bir xəncər salınıb.
- Bəs dedilər oğlunuzun həyatını itirməyinin səbəbi həkimlərin nəzarətsizliyi olub?
- Oğlum Musa Nağıyev adına xəstəxanada dünyasını dəyişdi. Yəqin cərrah otaqlarında yer olmamışdı, axı hər saniyə yol qəzasına düşmüş adamlar gətirirdilər. Heç bir həkimi günahlandırmıram. Mənim həkim dostlarım çoxdur. Allahın qismətidir. Bir daş parçası beyin sümüyünü sındırıb içəri girmişdi. Çətin dərddir. Dəfn edilən yerdə də özüm və yoldaşım üçün yer götürmüşəm. Mən vəsiyyət etmişəm ki, qəbrimin üstünə bu söz yazılsın:
Mən öləndə bir gün yadınıza düşsəm əgər,
Mənim ruhumu göylərdə axtararsınız.
Beş-altı rolun müəllifini -
Sevən könüllərdə axtararsınız.
- Sizcə, sizə indiki dövrdə tələbat var?
- Var, hiss eləyirəm. “Lider” televiziyasında hal-hazırda yeni bir serial gedir. Orda çəkilirəm. Hamısı cavanlardı, üç professional aktyor var. Küçədə hamı yaxınlaşır mənə. Hami rollarımı bəyəndiyini deyir.
- Sizi xoşbəxt edəcək üç əsas səbəb?
- 1) Ürəyimdə uşaqlar üçün oynamaq istədiyim rolu oynaya bilsəm, 2) Allah mənə bir az ömür versin, 3) Torpaqlarımız qayıtsın. O vaxt Qarabağ döyüşlərində mən çox iştirak etmişəm. Bir dəfə də snayperə tuş gəlmişəm. Xoşbəxtliyimdən heç nə olmayıb, 4) Bir də maşının kreditini verib qurtarsam, xoşbəxt olaram.
- Tamaşaçı sevincini qazanmaq üçün nə edirsiniz?
- Çalışıram obrazları yüksək səviyyədə oynayım ki, hamı tərəfindən sevilsin.
- Hiss edirsiniz ki, yaş o yaş deyil?
- Əlbəttə, o yaş deyil. Amma mən həmişə çalışıram ki, öz rollarımı cavanlara verim oynasın. Çünki ustadlarımızdan biz elə görmüşük.
- Sizcə istedadlı bir aktyorla dil tapmaq asandır?
- Əlbəttə, hansısa rolu oynayanda istedadlıya bir göz işarəsi bəsdir ki, bilir hansı hərəkəti etməlidir. İstedadsız da yerində eşələnir.
- Aktyorluqdan başqa əlinizdən nə gəlir?
- Evdə elektrik, su işlərinin hamısını özüm edirəm, əlimdən də gəlir.
- Özünüzü hansı nağılın qəhrəmanına bənzədirsiniz?
- Doktor Aybalitə - rus nağılı var, bir də Qoca Xatabıc, onu oynamaq istəyərdim.
- Qalmaqallara münasibətiniz necədir?
- Çox pisdir, pis baxıram. Heç vaxt da fikirləşməmişəm ki, qalmaqal edim, yaxud kimləysə söz-söhbət olsun.
- Sevgi nədir sizin üçün?
- Vətən, ailə, sənət, övlad.
- Olubmu sizin adınızdan təsdiq olunan rolu hansısa səbəbdən başqasına veriblər?
- Xeyr, heç vaxt olmayıb. Onda olar ki, mən özüm imtina edərəmsə, yaxud hansısa səbəblərdən istəmərəm oynamaq. Şükür, bu qırx ildə belə şey olmayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|