BMT-NİN YENİ BAŞ KATİBİ TÜRK OLA BİLƏR
Tarix: 14-01-2013, 12:45 |
Çap et
İHSANOĞLU NAMİZƏDDİRSəudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəhbəri Ekmələddin İhsanoğlunun namizədliyini BMT-nin baş katibi postuna irəli sürüb. Trend-in məlumatına görə, bu barədə təşkilatın bazar ertəsi yaydığı məlumatda deyilir.
Səudiyyə Ərəbistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ənvər Əşki qeyd edib ki, İhsanoğlu İƏT rəhbəri postunda, xüsusilə siyasi, humanitar və mədəni sahələrdə nəzərəçarpan uğurlara nail olub. Bununla əlaqədar, İhsanoğlu BMT-nin baş katibi postuna ən uyğun namizəddir.
Qeyd edək ki, Ekmələddin İhsanoğlu 2005-ci il yanvarın 1-dən İƏT-in baş katibi postundadır. İhsanoğlu Qahirənin Əyn Şəms Universitetinin (təbiət elmləri üzrə bakalavr) məzunudur.
1966-70-ci illərdə Əyn Şəms Universitetində türk dili və ədəbiyyatından dərs deyib. 1970-80 -ci illərdə Ankara Universitetində müəllim çalışıb. 1984-2000-ci illərdə İstanbul Universitetində tarix elmləri kafedrasının müəllimi olub.
BMT-nin hazırkı baş katibi Pan Gi Munun səlahiyyət müddəti 2016-cı il iyunun 21-də başa çatır.